Azərbaycan mövqeyi 9 pillə yaxşılaşıb
15.10.2026 [10:10]
Qlobal İnnovasiya İndeksində yüksək illik irəliləyiş əldə olunub
Biznes Mühiti və Beynəlxalq Reytinqlər üzrə Komissiyanın Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin rəhbərlik etdiyi “Texnologiya və innovasiyalar” İşçi qrupunun iclasında “Qlobal İnnovasiya İndeksi - 2026” hesabatının nəticələri, Azərbaycanın İndeksdəki mövqeyi, metodologiyada edilən dəyişikliklər və müvafiq indikatorlar üzrə mövcud vəziyyət müzakirə olunub. Həmçinin, yeni dəyişikliklər nəzərə alınmaqla İşçi qrupunun növbəti il üçün Fəaliyyət Planının hazırlanması məsələsi nəzərdən keçirilib. İşçi qrupunun rəhbəri, rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rəşad Həsənov “Qlobal İnnovasiya İndeksi -2026” hesabatında Azərbaycanın mövqeyinin 9 pillə yaxşılaşaraq 85-ci yerə yüksəldiyini və bunun ölkənin İndeksdə indiyədək qeydə alınmış ən yüksək illik irəliləyiş olduğunu bildirib. İnnovasiya sahəsinin sürətlə inkişaf etdiyini nəzərə alaraq, beynəlxalq rəqabətdə mövqeyimizi gücləndirmək üçün daha çevik və nəticəyönümlü addımların atılmasının əhəmiyyəti vurğula?ıb.
Yeni texnologiyaların və ya elmi kəşflərin sayı
Qlobal İnnovasiya İndeksi innovasiya fəaliyyəti, investisiya axınları, elmi əməkdaşlıq və qabaqcıl texnologiyaların yayılması ilə bağlı unikal baxış təqdim edir. Qİİ ölkələr üçün innovasiya fəaliyyətinin qiymətləndirilməsi, siyasətlərin təkmilləşdirilməsi və onların effektivliyinin artırılmasında dəyərli istinad mənbəyi rolunu oynayır. BMT-nin Baş Assambleyası Qİİ-ni elm, texnologiya və innovasiya sahəsində siyasətlərin davamlı inkişaf məqsədlərinə uyğun ölçülməsi üçün etibarlı müqayisəli təhlil aləti kimi tanıyır.
“Qlobal İnnovasiya İndeksi 2026” hesabatında yeni texnologiyaların və ya elmi kəşflərin sayı ilə bərabər, institutlar, infrastruktur, bazarın vəziyyəti, biznesin inkişaf səviyyəsi, insan kapitalına əsaslanan bilik və texnoloji nəticələr dərindən təhlil olunur. Ümumilikdə, hesablamalarda təxminən 80 sub-indikator nəzərə alınır.
Qiymətləndirmə əsasən 2 istiqamət üzrə aparılır. Birinci istiqamət innovasiya resurslarıdır. Burada ölkədə innovasiya yaratmaq üçün mövcud şərait araşdırılır. Siyasi və biznes mühiti, təhsil və elmi tədqiqatlar, infrastruktur, İKT
imkanları, investisiya və kreditlərə çıxış, eləcə də biznes sektorunun texnoloji imkanları nəzərə alınır.
İkinci istiqamət isə innovasiya nəticələridir. Yəni ölkənin yaratdığı şəraitin real nəticələrə nə dərəcədə çevrildiyi qiymətləndirilir. Bu mərhələdə patent müraciətləri, elmi-texniki araşdırmalar, yüksək texnologiyalı məhsulların ixracı, əmtəə nişanları, yaradıcı sənaye və onlayn yaradıcılıq kimi göstəricilər nəzərə alınır. İndeks yalnız ölkənin nə qədər texnologiyaya sahib olduğunu deyil, yeni ideyalar və texnologiyalar yaratmaq üçün hansı imkanlara malik olduğunu və bunlardan hansı nəticələri əldə etdiyini göstərməyə çalışır.
Startaplar və rəqəmsal şirkətlərin reytinqdə rolu
İnnovasiya resursları və nəticələri alt indeksləri bir-birlərinə qarşılıqlı olaraq bağlıdırlar. Çünki innovativ nəticələri maddi, maliyyə, intellektual, təşkilati resurslar qoymaqla əldə etmək olar. Azərbaycan bu sahədə mühüm nəticələr əldə etmək üçün müasir institutlar yaradıb, insan kapitalını, elm və təhsil potensialını inkişaf etdirir, səmərəli biznes modellərini tətbiq edir, İKT sektorunu fəal şəkildə inkişaf etdirir, ölkənin inkişafına mühüm resurslar yatırır. Bu isə Qİİ-nin yaxşılaşdırılması üçün ehtiyatdır.
Azərbaycan innovasiyalar və rəqəmsal layihələrin həyata keçirilməsində qabaqcıl ölkələrlə sıx əməkdaşlıq edir, ən müasir elektron xidmət və bacarıqları mənimsəmək üçün birgə addımlar atır, eyni zamanda onları ölkəmizə gətirərək rəqəmsal ekosistemin inkişafına töhfə verməyə səfərbər edir. Ölkəmizdə fəaliyyət göstərən startaplar və investorlara əməkdaşlıq üçün yeni fürsətlər yaradılır, rəqəmsal şirkətlər arasında fikir və təcrübə mübadiləsi təmin olunur. Bütün bunlar innovasiya nəticələrinə mühüm təsir göstərir. Qİİ-nin tərtibatçı-ekspertlərinin qeyd etdiyi kimi, Azərbaycan innovasiyalara investisiya qoyuluşu ilə müqayisədə yüksək göstəricilər nümayiş etdirir.
Biznesin inkişaf səviyyəsi üzrə 20 pillə irəliləyiş
Azərbaycan qeyd edilən sub-indek?lərin əksəriyyəti üzrə irəliləyiş əldə edib. Biznesin inkişaf səviyyəsi üzrə sub-indeksdə ölkəmiz 20 pillə irəliləyib. İnfrastruktur üzrə 18, bilik və texnoloji nəticələr üzrə 10, bazarın inkişaf səviyyəsi üzrə 9, institutlar üzrə isə 5 pillə yüksəliş əldə edib. Bütün bunlar ölkəmizdə innovativ iqtisadiyyat quruculuğu uğrunda aparılan islahatların mühüm nəticələrini əks etdirir.
“Qlobal İnnovasiya İndeksi”nə daxil olan indikatorların müvafiq hissəsinin icrasının təmin edilməsinə “Texnologiya və innovasiyalar” İşçi qrupunun fəaliyyəti də mühüm əhəmiyyət daşıyır. Bu baxımdan nəticələrin daha da yaxşılaşdırılması üçün 2027-ci il üzrə Fəaliyyət Planının hazırlanması vacib hesab edilir.
E.CƏFƏRLİ
Xəbər lenti
Hamısına baxSiyasət
15 Oktyabr 10:44
Sosial
15 Oktyabr 10:32
Sosial
15 Oktyabr 10:28
Sosial
15 Oktyabr 10:13
İqtisadiyyat
15 Oktyabr 10:10
Sosial
15 Oktyabr 10:03
Dünya
15 Oktyabr 09:53
Sosial
15 Oktyabr 09:49
Sosial
15 Oktyabr 09:41
Dünya
15 Oktyabr 09:34
Siyasət
15 Oktyabr 09:33
Siyasət
15 Oktyabr 09:32
Gündəm
14 Oktyabr 23:11
Gündəm
14 Oktyabr 22:10
Gündəm
14 Oktyabr 21:43
YAP xəbərləri
14 Oktyabr 19:54
Gündəm
14 Oktyabr 19:46
Gündəm
14 Oktyabr 19:40
Gündəm
14 Oktyabr 19:31
Gündəm
14 Oktyabr 19:29
Gündəm
14 Oktyabr 19:17
YAP xəbərləri
14 Oktyabr 18:51
Dünya
14 Oktyabr 18:45
Elm
14 Oktyabr 17:52
Dünya
14 Oktyabr 16:51
Dünya
14 Oktyabr 15:47
YAP xəbərləri
14 Oktyabr 15:35
Mədəniyyət
14 Oktyabr 15:23
Sosial
14 Oktyabr 15:21
Siyasət
14 Oktyabr 15:20
Siyasət
14 Oktyabr 15:19
Siyasət
14 Oktyabr 15:18
Sosial
14 Oktyabr 15:08
Sosial
14 Oktyabr 15:08
İqtisadiyyat
14 Oktyabr 15:07
Sosial
14 Oktyabr 15:06
YAP xəbərləri
14 Oktyabr 15:04
YAP xəbərləri
14 Oktyabr 14:49
MEDİA
14 Oktyabr 13:46
İdman
14 Oktyabr 13:44
YAP xəbərləri
14 Oktyabr 13:00
Gündəm
14 Oktyabr 12:58
YAP xəbərləri
14 Oktyabr 12:42
YAP xəbərləri
14 Oktyabr 12:39
YAP xəbərləri
14 Oktyabr 12:30
Gündəm
14 Oktyabr 12:25
MEDİA
14 Oktyabr 12:19
YAP xəbərləri
14 Oktyabr 12:00
İqtisadiyyat
14 Oktyabr 11:49
YAP xəbərləri
14 Oktyabr 11:37
YAP xəbərləri
14 Oktyabr 11:32
Siyasət
14 Oktyabr 11:26
Siyasət
14 Oktyabr 11:25
Gündəm
14 Oktyabr 11:19
Dünya
14 Oktyabr 11:12
Siyasət
14 Oktyabr 10:42
Gündəm
14 Oktyabr 10:41
Dünya
14 Oktyabr 10:35
Elm
14 Oktyabr 10:15
Mədəniyyət
14 Oktyabr 09:53
YAP xəbərləri
14 Oktyabr 09:53
Yeni texnologiyalar
14 Oktyabr 09:39
Analitik
14 Oktyabr 09:20
Sosial
14 Oktyabr 08:57
Sosial
14 Oktyabr 08:32
Gündəm
14 Oktyabr 08:10
Siyasət
13 Oktyabr 21:40
Mədəniyyət
13 Oktyabr 21:37
Elm
13 Oktyabr 21:21
Dünya
13 Oktyabr 20:05

