Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Sosial / Vahid məktəbli forması sosial-iqtisadi fərqləri və ayrı-seçkilik risklərini azaldır

Vahid məktəbli forması sosial-iqtisadi fərqləri və ayrı-seçkilik risklərini azaldır

15.10.2026 [20:16]

“Məktəblər təkcə bilik ötürən məkan deyil, həm də cəmiyyətin gələcəyini formalaşdıran, uşaqları və gəncləri birgə yaşamağa hazırlayan mühüm sosial institutdur. Təhsilalanlara vahid geyim forması tələbi isə kollektivə aidlik, məsuliyyət və məktəb kimliyi hissinin formalaşmasına müsbət təsir göstərən amildir. Vahid məktəbli forması və geyim tələbləri sosial-iqtisadi fərqlərin qarşısını almağa, həmçinin ayrı-seçkilik risklərini azaltmağa imkan yaradır. Bu, yalnız geyim mövzusu deyil, həm də təhsil fəlsəfəsi və sosial adaptasiya məsələsidir”.  Bu barədə Milli Azərbaycan Tarixi Muzeyinin direktoru Nailə Vəlixanlı bildirib.

O, qeyd edib ki, vahid məktəbli forması ilə yanaşı, şagirdlərin məktəb mühitinə uyğun görünüşü, davranışı və nizam-intizamı məsələlərinə də kompleks şəkildə yanaşılmalıdır. Çünki məktəbin vəzifəsi yalnız savadlı şagird yetişdirmək deyil, həm də milli-mənəvi dəyərlərə hörmət edən, cəmiyyətin qaydalarını anlayan, məsuliyyətli və mədəni şəxsiyyət formalaşdırmaqdır. Vahid məktəbli forması yalnız şagirdlər arasında bərabərliyi nümayiş etdirmir, eyni zamanda onların məktəbli kimliyini təsdiqləyən mühüm amillərdən biri kimi çıxış edir. Məktəbli forması şagirdin psixoloji cəhətdən məktəb mühitinə uyğunlaşmasına, dərs prosesinə köklənməsinə, bilik əldə etməyə və nizam-intizama hazırlaşmasına müəyyən təsir göstərir. Bu forma uşaqlara məktəbin özünəməxsus qaydaları, davranış normaları və məsuliyyətləri olan bir təhsil mühiti olduğunu xatırladır.

Nailə Vəlixanlı bildirib ki, məktəb müəllimlərinin vahid yanaşmaya uyğun geyimi isə məktəb daxilində korporativ idarəetmə mədəniyyətinin formalaşmasına və güclənməsinə xidmət edir. Müəllimlərin işgüzar üslubda görünməsi məktəbin ictimai nüfuzuna müsbət təsir göstərir; kollektivdə komanda ruhunun və korporativ həmrəyliyin güclənməsinə xidmət edir. 

Tarixi Muzeyinin direktoru onu da vurğulayıb ki, bəzi  qüvvələr və mərkəzlər din amilindən silah kimi istifadə edərək ölkəmizi inkişaf və tərəqqi yolundan geri döndərməyi, burada bəzi Yaxın Şərq ölkələrinin teokratik idarəetmə modelini tətbiq etməyi qarşılarına məqsəd qoyublar.  Ardıcıl dini təbliğat, müxtəlif təsir və təzyiq metodlarından istifadə yolu ilə məzhəblərarası ziddiyyətlərin yaradılması, vətəndaşların radikal dini cərəyanlara cəlb edilməsi, uşaqların və gənclərin dünyagörüşünün dini doqmalar əsasında formalaşdırılması və digər istiqamətlər üzrə fəaliyyət də bu məqsədə xidmət edir. Bu gün bəzi qonşu ölkələrdə baş örtüsü (hicab) məsələsi süni şəkildə qabardılaraq “Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanununda edilmiş dəyişikliklərə qarşı həyata keçirilən kampaniyanın başlıca aktorları da bu mərkəzlər və onların idarə etdiyi resurslardır. 

E.Cəfərli

Paylaş:
Baxılıb: 27 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

Sosial

Ədalət, yoxsa tamaşa?

15 Oktyabr 10:03  

Dünya

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31