Təhsilin dünyəviliyi sosial bərabərliyi təmin edir
16.10.2026 [11:58]
Müstəqil Azərbaycanın Konstitusiyasında ölkəmizin gələcək inkişaf yollarının əsas istiqamətləri müəyyənləşdirilmişdir. Azərbaycan hüquqi, demokratik, unitar dünyəvi və sosial dövlətdir. Konstitusiyada təsbit olunmuş dünyəvilik Azərbaycan xalqının siyasi iradəsini və istəyini ifadə edir. Qəbul edilən qanunlar və qərarlar Konstitusiyanın prinsiplərinə və müddəalarına uyğun həyata keçirilir. Məktəblədə təhsilalanların və təhsilverənlərin vahid geyim formalarının müəyyənləşdirilməsi ilə bağlı Nazirlər Kabinetinin qəbul etdiyi qərarlar da Konstitusiyada təsbit olunmuş dünyəvilik, bərabərlik, bütün vətəndaşlar üçün bərabər imkanların təmin edilməsi prinsiplərinə əsaslanır. Təhsilin dünyəvi xarakteri qanunvericilikdə təsbit olunur. “Təhsil haqqında” Qanunda dünyəviliklə yanaşı, sosial bərabərlik, humanistlik, insan hüquqlarına hörmət və tolerantlıq da əsas prinsiplər kimi göstərilir və həmin qaydalar tətbiq edilərkən hər bir uşağın təhsil hüququna hörmət edilir.
Azərbaycanda orta təhsil məktəblərində şagirdlərin vahid formaya keçməsi qanunla tənzimlənir və Konstitusiyada təsbit olunmuş dünyəvilik prinsipinin bariz nümunəsidir. Qanunda vahid geyim formasının tənzimlənməsinin başlıca məqsədi ölkədə təhsil sisteminin möhkəm əsaslar üzərində inkişaf etdirmək, təhsil alanların bilik səviyyəsini qaldırmaq, uşaqların sağlam inkişafını və təhlükəsiz şəraitdə birgə təhsilini təmin etməkdən ibarətdir. Ona görə də məktəbin fəaliyyəti şəxsi yanaşmalar əsasında deyil, qanunvericilik və müəyyən edilmiş ümumi qaydalar çərçivəsində təşkil olunur. Nazirlər Kabinetinin 17 mart 2022-ci il tarixli 96 nömrəli qərarı ilə dövlət ümumi təhsil müəssisələrində şagirdlərin geyim formaları öz təsdiqini tapmışdır. Onun təkmilləşdirilməsi məqsədi ilə 6 oktyabr 2026-cı il tarixli 325 nömrəli qərarla ayrıca geyim tələbləri müəyyən olunmuşdur. “Ümumi təhsil haqqında” Qanunun 12.13-1-ci maddəsində dövlət məktəblərində həm təhsilalanların, həm də təhsilverənlərin geyim tələblərinə riayət etməsi nəzərdə tutulur. Bununla da Nazirlər Kabinetinin qərarı ilə dövlət ümumi təhsil müəssisələrində şagirdlərin vahid geyim formasına dair tələblərə dəyişiklik edilərək təhsilalanların müəyyən edilmiş geyim formasının vahidliyini pozan, habelə ümumi təhsilin dünyəvilik prinsipinə uyğun olmayan digər geyim elementlərindən istifadə edilməsinin qarşısı alınmışdır.
Təhsil sisteminə yeni müstəvidə yanaşılaraq dini mənsubiyyətdən asılı olmayaraq ümumi qaydalar hamıya tətbiq edilməlidir. Dini mənsubiyyətindən asılı olmayaraq Azərbaycanda şagirdlər vahid məktəbli forması tələblərinə, müəllimlər isə özlərinə aid peşə və geyim tələblərinə əməl etməlidirlər. Bu təhsil sistemində tarixən olmuşdur. Keçən əsrdə fəaliyyət göstərən Qori müəllimlər seminariyasında vahid geyim formasının tətbiqi tələbinə əməl edilmiş, eləcə də ötən əsrin 20-ci illərindən müstəqillik dövrünə qədər respublikamızda məktəblərdə vahid forma olmuşdur. Hazırda dünyanın bütün ölkələrində fəaliyyət göstərən məktəblərdə vahid məktəbli forması təsdiq olunur. Bu həm məktəb daxilində şagirdlərin maddi vəziyyətindəki fərqlilikləri, psixoloji ayrı-seçkiliyi və sosial gərginliyi aradan qaldırır, həm də şagirdlər arasında bərabər mühit formalaşdırır. Vahid forma şagirdlərin diqqətini birbaşa tədris prosesinə yönəldən əsas vasitə olmaqla yanaşı, məktəb daxilində sağlam estetik zövqün formalaşmasına və cəmiyyətin ümumi mədəniyyət standartlarının mənimsənilməsinə birbaşa xidmət edən mühüm vasitədir. Vahid forma qaydaları təhsil sisteminin konkret fəaliyyət mühitini tənzimləyir. Ona görə də məktəbin dünyəvi təhsil mühitinin qorunması və qanuni tələblərə əməl edilməsi zərurətdir. Hüquqi baxımdan məktəblərdə vahid geyim formasının tətbiqi şagirdlərin hüquqi bərabərliyini, sosial bərabərlik və ayrı-seçkiliyin qarşısının alınması, nizam-intizam və təhsil mühitinin yaxşılaşdırılması, eyni zamanda təhsilin dünyəvilik prinsiplərinin qorunmasını təmin edir.
Təhsildə bərabərlik prinsipinin həyata keçirilməsi insan hüquqlarının pozulması deyil, əksinə zəruri ictimai intizam qaydalarıdır. Cəmiyyətin inkişafında mühüm rolu olan təhsil sisteminin effektiv fəaliyyət göstərməsi üçün ümumi qaydaların tətbiq edilməsi zərurətdir. Eyni zamanda, hökumətin məlum qərarları hər bir vətəndaşın üzərinə müəyyənləşdirilən qaydaların yerinə yetirilməsi istiqamətində müəyyən sosial məsuliyyət qoyur. Birinci növbədə nəzərə alınmalıdır ki, təhsil sistemi yalnız bir ölkədə deyil, dünyada qəbul edilmiş elm, bilik və ümumi sosiallaşma mərkəzləridir. Ona görə də məktəblərdə şagirdlərin müəyyən tələblərə əməl etməsi birgə təhsilin və qarşılıqlı məsuliyyətin bir hissəsidir. Qaydaların tətbiq edilməsində valideynlə müəllim əməkdaşlığının qarşılıqlı əlaqəsi mühüm əhəmiyyət daşıyır. Bu əməkdaşlıq şagirdlərin qanuni tələblərə əməl olunmasını təmin etməklə yanaşı, təhsil prosesinə də müsbət təsir edir. Təhsilin inkişafı məqsədilə qəbul edilmiş qaydaları şagirdin, yaxud da müəllimin həyatına, ailədəki inancına və qanun çərçivəsində şəxsi dini praktikasına şamil etmək əks münasibət yaradır. Müəllimlərin geyimi məktəbdə əmək fəaliyyəti ilə yanaşı, məktəbdənkənar rəsmi tədbirlərdə də şagirdlər üçün şəxsi nümunə olmalıdır. Buna görə də qəbul edilmiş qaydalar Azərbaycanın dünyəvi dövlət quruluşunun və məqsədyönlü təhsil siyasətinin növbəti təzahürüdür. Hər zaman milli-mənəvi dəyərlərimizdə və cəmiyyətimizin formalaşmış sosial-mədəni ənənələrində təhsil ocaqlarının ümumi nizamına, kollektiv intizamına hörmətlə yanaşılaraq yüksək dəyərləndirilmişdir. Təhsil sistemində hamı üçün bərabər və nizamlı mühitin yaranması məqsədilə ümumi geyim qaydalarının tətbiqi qanunvericiliyin tələblərinə uyğun olaraq həyata keçirilir. Ümumi təhsil müəssisələrində təhsil alan yeniyetmələrin yaş xüsusiyyətləri nəzərə alınaraq vahid geyim standartlarının tətbiq edilməsi hər hansı məhdudiyyət deyil, əksinə, bütün şagirdlərin keyfiyyətli təhsil hüququndan bərabər şərtlərlə yararlanması üçün zəruri çərçivə təmin edilir. Təhsil sistemində hamının riayət etməli olduğu ortaq standartlar cəmiyyətdə birgəyaşayış mədəniyyətini formalaşdırır. Məktəblərdə vahid məktəbli geyim formasının tətbiqi təhsilin dünyəvi xarakterinin və şagirdlər arasında bərabərliyin qorunmasına xidmət edir və sosial bərabərlik funksiyası daşıyır.
Dövlətin apardığı təhsil siyasətinin siyasi manipulyasiya predmetinə çevrilməsi, baş örtüyünün bölücülük vasitəsi kimi istifadə edilməsi təxribat cəhdləri kimi qiymətləndirilməlidir. Konstitusiya çərçivəsində həyata keçirilən təhsil islahatı ölkəmizdə dünyəvi dövlətçilik prinsiplərinə əsaslanılır. Azərbaycan güclü dövlətdir və ona qarşı istənilən təxribat cəhdi iflasa məhkumdur. Azərbaycan multikultural və tolerant dövlətdir. Hazırda ölkəmizdə fəaliyyət göstərən müxtəlif dini qurumlar azad şəkildə fəaliyyət göstərir və dövlət tərəfindən daim onlara hərtərəfli dəstək verilir.
Sayalı Sadıqova
AMEA, Nəsimi adına Dilçilik İnstitutu,
Terminologiya şöbəsinin müdiri,
filologiya elmləri doktoru, professor
Xəbər lenti
Hamısına baxSosial
15 Oktyabr 20:16
YAP xəbərləri
15 Oktyabr 19:38
YAP xəbərləri
15 Oktyabr 19:20
YAP xəbərləri
15 Oktyabr 18:35
YAP xəbərləri
15 Oktyabr 18:13
YAP xəbərləri
15 Oktyabr 17:15
YAP xəbərləri
15 Oktyabr 17:12
YAP xəbərləri
15 Oktyabr 17:11
YAP xəbərləri
15 Oktyabr 17:08
YAP xəbərləri
15 Oktyabr 17:07
YAP xəbərləri
15 Oktyabr 17:06
YAP xəbərləri
15 Oktyabr 17:04
YAP xəbərləri
15 Oktyabr 17:02
YAP xəbərləri
15 Oktyabr 16:59
Gündəm
15 Oktyabr 16:53
YAP xəbərləri
15 Oktyabr 16:52
YAP xəbərləri
15 Oktyabr 16:33
YAP xəbərləri
15 Oktyabr 16:28
Dünya
15 Oktyabr 16:26
YAP xəbərləri
15 Oktyabr 16:25
15 Oktyabr 16:18
Dünya
15 Oktyabr 16:18
YAP xəbərləri
15 Oktyabr 15:59
YAP xəbərləri
15 Oktyabr 15:53
Siyasət
15 Oktyabr 14:50
Dünya
15 Oktyabr 14:14
Dünya
15 Oktyabr 13:12
Dünya
15 Oktyabr 12:10
Siyasət
15 Oktyabr 11:21
Siyasət
15 Oktyabr 11:11
YAP xəbərləri
15 Oktyabr 11:08
Siyasət
15 Oktyabr 10:44
Sosial
15 Oktyabr 10:32
Sosial
15 Oktyabr 10:28
Sosial
15 Oktyabr 10:13
İqtisadiyyat
15 Oktyabr 10:10
Sosial
15 Oktyabr 10:03
Dünya
15 Oktyabr 09:53
Sosial
15 Oktyabr 09:49
Sosial
15 Oktyabr 09:41
Dünya
15 Oktyabr 09:34
Siyasət
15 Oktyabr 09:33
Siyasət
15 Oktyabr 09:32
Gündəm
14 Oktyabr 23:11
Gündəm
14 Oktyabr 22:10
Gündəm
14 Oktyabr 21:43
YAP xəbərləri
14 Oktyabr 19:54
Gündəm
14 Oktyabr 19:46
Gündəm
14 Oktyabr 19:40
Gündəm
14 Oktyabr 19:31
Gündəm
14 Oktyabr 19:29
Gündəm
14 Oktyabr 19:17
YAP xəbərləri
14 Oktyabr 18:51
Dünya
14 Oktyabr 18:45
Elm
14 Oktyabr 17:52
Dünya
14 Oktyabr 16:51
Dünya
14 Oktyabr 15:47
YAP xəbərləri
14 Oktyabr 15:35
Mədəniyyət
14 Oktyabr 15:23
Sosial
14 Oktyabr 15:21
Siyasət
14 Oktyabr 15:20
Siyasət
14 Oktyabr 15:19
Siyasət
14 Oktyabr 15:18
Sosial
14 Oktyabr 15:08
Sosial
14 Oktyabr 15:08
İqtisadiyyat
14 Oktyabr 15:07
Sosial
14 Oktyabr 15:06
YAP xəbərləri
14 Oktyabr 15:04
YAP xəbərləri
14 Oktyabr 14:49
MEDİA
14 Oktyabr 13:46

