Bu dəfə Ciddədə ...
11.03.2025 [10:11]
ABŞ Ukrayna ilə də Səudiyyə Ərəbistanında görüşür
Kiyev Vaşinqtonu inandırmağa çalışır
Son illər qlobal miqyasda proseslərə ən mühüm təsiredici amil kimi qeyd olunan Ukrayna-Rusiya müharibəsinin yekunlaşdırılması istiqamətində işlər aktiv şəkildə davam etdirilir. Xüsusilə, Trampın hakimiyyətə gəlişi ilə ABŞ münaqişənin dayandırılması istiqamətində səylərini gücləndirib. Bu və ya digər şəkildə hərbi əməliyyatların dayandırılması üçün müzakirələr təşkil edən ABŞ artıq Rusiya tərəfi ilə iki dəfə masa arxasına oturub. Geniş ictimaiyyətə açıqlanmasa da Ər - Riyadda və İstanbulda baş tutan görüşlərdə münaqişənin dayandırılması mexanizmləri müzakirə edilib.
Ciddə masası...
Bu dəfə “növbə” Ukraynaya çatıb. Belə ki, bu gün Səudiyyə Ərəbistanının Ciddə şəhərində ABŞ ilə Ukrayna arasında danışıqlar prosesinin birinci raunduna start verilir. Qeyd edək ki, danışıqlarda rəsmi Kiyevi Ukrayna liderinin ofisinin rəhbəri Andrey Yermak, xarici işlər naziri Andrey Sibiqa və müdafiə naziri Rüstəm Umerov da təmsil edəcək. Vaşinqtonu isə görüşdə dövlət katibi Marko Rubio, milli təhlükəsizlik müşaviri Mayk Vals və Trampın Yaxın Şərq məsələləri üzrə nümayəndəsi Stiv Vitkoff təmsil edir.
“The Economist”in yazdığına görə, Ukrayna prezidenti Zelenski krallığa səfər çərçivəsində Ər-Riyada gəlib. Martın 11-də baş tutacaq görüşü Kiyev tərəfi “təsadüfi” adlandırsa da, siyasi politoloqlar bunu heç də belə qiymətləndimir. Belə ki, ötən həftə “Axios” Ukrayna rəsmisinə istinadən Zelenskinin martın 10-da Səudiyyə Ərəbistanına səfər edəcəyini və vəliəhd şahzadə Məhəmməd bin Salmanla görüşəcəyini yazmışdı.
“Qismən barışıq” təklifi...
Görüşün mahiyyətinə gəldikdə isə burada sülh ilə yanaşı ABŞ-ın Ukraynaya yenidən aktiv yardım etməsi məsələsinin də qoyulacağı bildirilir. Belə ki, “The Financial Times” yazır ki, Kiyev ABŞ-ı hərbi yardım və kəşfiyyat məlumatlarının mübadiləsini bərpa etməyə inandırmağa çalışır. Bunun üçün isə Ciddədə “qismən barışıq” təklif edilməsi planlaşdırılır. ABŞ nümayəndə heyəti isə rəsmi Kiyevin müharibəni dayandırmaq üçün Rusiyaya müəyyən güzəştlərə getməyə hazır olması ilə bağlı mövqeyini qiymətləndirmək niyyətindədir. “Reuters”in iki amerikalı rəsmiyə istinadən verdiyi məlumata görə, Vaşinqton nümayəndə heyəti rəsmi Kiyevin müharibəni dayandırmaq üçün Rusiyaya “maddi güzəştlərə” hazır olub-olmadığını müəyyən etməyə çalışır. Bundan əlavə, “Reuters” yazır ki, ABŞ rəsmiləri fevralın 28-də Oval kabinetdə hər iki ölkə liderləri arasında emosional söhbətdən sonra “ukraynalıların Tramp administrasiyası ilə əlaqələri yaxşılaşdırmaqda ciddi olduqlarının əlamətlərini” izləyəcəklər. Bu barədə adının çəkilməsini istəməyən məmurlardan biri qərbli jurnalistlərə bildirib.
Prezident Trampın xüsusi elçisi Vitkoff isə Ukrayna ilə müharibəyə son qoymaq üçün çərçivə sazişi üzərində danışıqlar aparıldığını önə çəkib. Ukrayna məsələsinin nizamlanması ilə bağlı məsul şəxslərdən sayılan ABŞ-ın Ukrayna və Rusiya üzrə xüsusi elçisi Keyt Kelloq isə deyib ki, Vaşinqton hazırda Zelenskinin əlavə addım atmasını gözləyir.
Daha çox təzyiq yaradacaq...
Qərb mətbuatı bu görüşdən gözləntilərlə yanaşı, nəticələri də təhlil edir. Belə ki, danışıqların daha bir neçə raund uzanma ehtimalını və ya elə ilk mərhələdəcə nəticəyə yol açacağını indidən söyləmək çətindir. Hər bir halda, bu danışıqlar hərbi əməliyyatların danışıqlar masasına transferini gerçəkləşdirə bilər. “The Economist” yazır ki, Səudiyyə Ərəbistanındakı danışıqlar uğursuz olacağı təqdirdə, bunun Ukraynaya təsiri böyük olacaq - Kiyevin isə başqa şansı olmayacaq.
Nəşr qeyd edir ki, danışıqların uğursuzluğu Vaşinqtonun daha çox təzyiqinə səbəb ola bilər - bununla bağlı açıqlama verən ukraynalı rəsmilər isə Zelenskinin ərazi güzəştləri müqabilində atəşkəs sazişinin bağlanmasını istisna edib.
Zelenski minerallarla bağlı güzəştə razıdır...
Qeyd edək ki, görüşdən öncə Vaşinqtondan yayılan məlumatlarda bildirilib ki, məqsəd sülh sazişi və ilkin atəşkəs üçün zəmin yaratmaqdır. Bununla belə, Ukrayna tərəfi görüşün şantaj, ləngimə taktikası və ya ABŞ prezidenti Donald Trampın Rusiyanın xeyrinə olan güzəştlər əldə etmək cəhdi ilə yekunlaşa biləcəyindən ehtiyat edir. Ən vacib məsələ isə Ciddədə sövdələşmənin bağlanması üçün Ukraynanın ilk növbədə Trampla barışmalı olmasıdır.
“Financial Times” yazır ki, Zelenski məhbusların azad edilməsini, raketlərin, dronların və infrastruktur obyektlərinə zərbələrin istifadəsinə qadağa qoyulmasını, habelə Moskvanın bunu edəcəyi təqdirdə nizamlanmanın ilk mərhələsi kimi “dənizdə barışıq” təklif edib. Bu, qismən Aİ-nin “atəşkəs planı” ilə üst-üstə düşür. Bu isə ABŞ-ı “qıcıqlandırır”. Düzdür, Tramp üçün əsas olan amil əldə edəcəyi iqtisadi üstünlüklərdirsə belə, prosesə Aİ tərəfindən müdaxilə Ağ Ev sahibinin ürəyincə deyil.
Bunu anlayan Ukrayna isə ABŞ-ı yumşaltmaq üçün digər vasitələrə əl atır. Məsələn, Zelenski bildirib ki, Ukrayna resursları ilə bağlı istənilən vaxt və istənilən əlverişli formatda saziş imzalamağa hazırdır. Bu isə Ukraynanın bugünkü görüşdə ABŞ-ın dəstəyini qazanmasına hesablanıb.
P.İSMAYILOV
Xəbər lenti
Hamısına baxDünya
13 Avqust 22:45
Dünya
13 Avqust 22:20
Dünya
13 Avqust 21:55
Dünya
13 Avqust 21:35
Dünya
13 Avqust 21:10
Dünya
13 Avqust 20:45
Dünya
13 Avqust 20:20
Dünya
13 Avqust 19:55
Dünya
13 Avqust 19:35
Dünya
13 Avqust 19:10
İqtisadiyyat
13 Avqust 18:57
İdman
13 Avqust 15:59
İqtisadiyyat
13 Avqust 15:47
Sosial
13 Avqust 15:20
İqtisadiyyat
13 Avqust 14:55
Mədəniyyət
13 Avqust 14:45
İqtisadiyyat
13 Avqust 14:20
Sosial
13 Avqust 14:18
Sosial
13 Avqust 13:50
Elm
13 Avqust 13:26
Elm
13 Avqust 13:20
İqtisadiyyat
13 Avqust 13:12
Elm
13 Avqust 13:11
İqtisadiyyat
13 Avqust 12:53
Gündəm
13 Avqust 12:40
Mədəniyyət
13 Avqust 12:25
Sosial
13 Avqust 12:05
Elm
13 Avqust 12:00
Gündəm
13 Avqust 11:50
Sosial
13 Avqust 11:50
Elm
13 Avqust 11:37
İdman
13 Avqust 11:35
Elm
13 Avqust 11:32
YAP xəbərləri
13 Avqust 10:59
Analitik
13 Avqust 09:55
Gündəm
13 Avqust 09:50
Gündəm
13 Avqust 09:45
Sosial
13 Avqust 09:25
Gündəm
13 Avqust 09:25
Gündəm
13 Avqust 09:20
Sosial
13 Avqust 09:05
Dünya
12 Avqust 23:55
Dünya
12 Avqust 23:45
Dünya
12 Avqust 23:20
Dünya
12 Avqust 22:55
Elanlar
12 Avqust 22:43
Dünya
12 Avqust 22:35
Dünya
12 Avqust 22:05
Dünya
12 Avqust 21:45
Dünya
12 Avqust 21:20
Dünya
12 Avqust 20:50
Dünya
12 Avqust 20:30
Dünya
12 Avqust 19:55
Dünya
12 Avqust 19:35
Dünya
12 Avqust 19:15
Mədəniyyət
12 Avqust 18:56
İqtisadiyyat
12 Avqust 18:50
İqtisadiyyat
12 Avqust 18:25
İdman
12 Avqust 18:05
Mədəniyyət
12 Avqust 17:45
İqtisadiyyat
12 Avqust 17:15
YAP xəbərləri
12 Avqust 17:12
Elm
12 Avqust 16:58
İdman
12 Avqust 16:57
YAP xəbərləri
12 Avqust 16:56
Analitik
12 Avqust 16:52
Elm
12 Avqust 16:45
Elm
12 Avqust 16:30
İdman
12 Avqust 16:22
Sosial
12 Avqust 16:00

