Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Dünya / Astanada türk dövlətləri səhiyyə nazirlərinin 5-ci görüşü keçirilir

Astanada türk dövlətləri səhiyyə nazirlərinin 5-ci görüşü keçirilir

08.04.2025 [10:37]

Qazaxıstanın paytaxtı Astanada Türk Dövlətləri Təşkilatına (TDT) üzv dövlətlərin səhiyyə nazirlərinin 5-ci toplantısı keçirilir.

AZƏRTAC xəbər verir ki, görüş zamanı TDT ölkələrində səhiyyə sisteminin inkişafı, həmçinin səhiyyə nazirlərinin 4-cü görüşünün nəticələri müzakirə olunacaq. Tədbirdə fövqəladə hallar zamanı əməkdaşlıq, belə şəraitdə işləmək üçün kadrların hazırlanması, donor məlumat bazasının yaradılması, tibb və əczaçılıq sənayesində tərəfdaşlığın gücləndirilməsi məsələləri də nəzərdən keçirilir.

Bundan əlavə, TDT üzvü olan ölkələrin səhiyyə sistemlərinin inkişafında beynəlxalq təşkilatların rolu müzakirə olunur və təşkilat çərçivəsində yaradılmış işçi qruplarının 2025–2026-cı illər üçün Fəaliyyət Planı təsdiq ediləcək.

İclasın sonunda birgə Bəyannamə imzalanacaq.

Paylaş:
Baxılıb: 570 dəfə

Xəbər lenti

Hamısına bax

Analitik

Siyasət

Bu, ilk dəfəydi...

08 Avqust 15:08

Analitik

Ədəbiyyat

Şənbə üçün nəzm

08 Avqust 09:17  

Sosial

Robotlar robotu

08 Avqust 08:34

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 31