Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Dünya / Monteneqro ilə Yaponiya viza rejimini ləğv edir

Monteneqro ilə Yaponiya viza rejimini ləğv edir

29.05.2025 [09:47]

Monteneqro və Yaponiya arasında viza rejimi bu ilin payızından etibarən ləğv olunacaq.

AZƏRTAC xəbər verir ki, bu barədə Monteneqronun Baş naziri Miloyko Spayiçin Tokioda yaponiyalı həmkarı Şiqeru İşiba ilə görüşündə razılıq əldə edilib.

Görüşdə Monteneqronun Yaponiyada səfirliyinin açılması ilə bağlı müzakirələr aparılıb, ilin sonuna kimi bu istiqamətdə konkret addımların atılması və fəaliyyətin intensivləşdirilməsi razılaşdırılıb.

Miloyko Spayiç səfəri Monteneqro-Yaponiya dostluğunun gələcək kursunu təyin edəcək ikitərəfli münasibətlərin yeni mərhələsinin başlanğıcı kimi qiymətləndirib.

Görüşdə, həmçinin iki ölkə arasında münasibətlər, iqtisadi əməkdaşlığın gücləndirilməsi, o cümlədən enerji, yaşıl enerji, infrastruktur, turizm, ekologiya və yüksək texnologiyalar sahələrində potensial müzakirə olunub.

Paylaş:
Baxılıb: 421 dəfə

Xəbər lenti

Hamısına bax

Analitik

Siyasət

Bu, ilk dəfəydi...

08 Avqust 15:08

Analitik

Ədəbiyyat

Şənbə üçün nəzm

08 Avqust 09:17  

Sosial

Robotlar robotu

08 Avqust 08:34

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 31