Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Dünya / İsrail Tehrana silsilə zərbələr endirib

İsrail Tehrana silsilə zərbələr endirib

20.06.2025 [14:16]

İsrail ordusu (SAXAL) iyunun 19-da axşam saatlarında İran paytaxtının mərkəzi rayonlarına silsilə zərbələr endirib.

AZƏRTAC xəbər verir ki, bu barədə İsrail Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, əməliyyata İsrail Hərbi Hava Qüvvələrinin 60-dan çox qırıcı cəlb olunub və 120-yə yaxın mərmi atılıb. Hücum zamanı onlarla hədəf, o cümlədən raket istehsalı müəssisələri və Müdafiə Tədqiqatları və İnnovasiyalar Təşkilatının qərargahı vurulub.

Bundan öncə isə İran İsrailin Beer-Şeva şəhərini raket atəşinə tutub. “The Times of Israel” qəzetinin məlumatına görə, raketlərdən birinin yaşayış binalarının yanına düşməsi nəticəsində tikiliyə zərər dəyib və bir neçə avtomobil yanıb.

Paylaş:
Baxılıb: 348 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

Ədəbiyyat

Elm

Ədəbiyyat

Şənbə üçün nəzm

13 İyun 08:30  

Sosial

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30