Çində satılan hər 100 avtomobildən 44-ü elektromobildir
12.07.2025 [15:42]
Dünyanın ikinci ən böyük iqtisadiyyatı olan Çində aktiv daxili istehlak fonunda avtomobil istehsalı və satışında ikirəqəmli artım qeydə alınıb.
AZƏRTAC Çin Avtomobil İstehsalçıları Assosiasiyasına istinadla xəbər verir ki, cari ilin birinci yarısında avtomobil istehsalı ötən ilin eyni dövrü ilə müqayisədə 12,5 faiz artaraq 15,62 milyona, daxili satış isə 11,4 faiz çoxalaraq 15,65 milyon ədədə çatıb.
Assosiasiyanın ekspertləri hesab edirlər ki, istehsalın və satışın çoxalmasının əsas səbəbləri ölkənin sabit iqtisadi inkişafı, istehlak proqramlarının icrası, habelə ekoloji təmiz avtomobil bazarının böyüməsidir. Təsadüfi deyil ki, hibrid və elektromobil istehsalı 41,4 faiz çoxalıb (6,97 milyon ədəd), satışı isə 40,3 faiz artaraq 6,94 milyon ədədə yüksəlib. Ekoloji təmiz avtomobillərin satışdakı payı 44,3 faiz təşkil edib.
Hesabat dövründə Çinin 3,08 milyon ədəd avtomobil ixrac edib ki, bu rəqəm ötən ilin müvafiq dövrü ilə müqayisədə 10,4 faiz çoxdur. Ekoloji təmiz avtomobillərin ixracı isə 75,2 faiz artaraq 1,06 milyon ədəd təşkil edib.
Dünyanın ən iri avtomobil bazarı olan Çin ardıcıl 10 ildir elektromobil istehsalında və satışında dünya lideridir. Ötən il dünya üzrə elektrik avtomobili satışının yarıdan çoxu Çində olub. Çin son 2 ildə avtomobil ixracında liderdir.
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
10 İyul 23:21
İqtisadiyyat
10 İyul 22:45
Dünya
10 İyul 22:19
Dünya
10 İyul 21:50
İqtisadiyyat
10 İyul 21:26
Dünya
10 İyul 21:13
Gündəm
10 İyul 20:49
Elm
10 İyul 20:41
Dünya
10 İyul 20:35
İqtisadiyyat
10 İyul 20:18
Maraqlı
10 İyul 19:50
Dünya
10 İyul 19:23
Dünya
10 İyul 19:07
Maraqlı
10 İyul 18:39
Dünya
10 İyul 18:03
Dünya
10 İyul 17:55
Dünya
10 İyul 17:23
Dünya
10 İyul 16:49
Dünya
10 İyul 16:20
YAP xəbərləri
10 İyul 15:50
İqtisadiyyat
10 İyul 15:39
İqtisadiyyat
10 İyul 15:38
Dünya
10 İyul 15:32
Dünya
10 İyul 15:06
Sosial
10 İyul 14:54
Sosial
10 İyul 14:43
Dünya
10 İyul 14:40
Dünya
10 İyul 14:19
Sosial
10 İyul 14:06
İqtisadiyyat
10 İyul 14:06
Elanlar
10 İyul 14:05
Sosial
10 İyul 14:04
YAP xəbərləri
10 İyul 14:03
Dünya
10 İyul 13:51
Dünya
10 İyul 13:35
Sosial
10 İyul 12:43
Sosial
10 İyul 12:43
Elm
10 İyul 12:42
Dünya
10 İyul 12:26
Dünya
10 İyul 12:10
Gündəm
10 İyul 11:50
Gündəm
10 İyul 11:48
İqtisadiyyat
10 İyul 11:47
Gündəm
10 İyul 11:35
İqtisadiyyat
10 İyul 11:35
Siyasət
10 İyul 11:25
Siyasət
10 İyul 11:14
MEDİA
10 İyul 11:13
İqtisadiyyat
10 İyul 11:05
Sosial
10 İyul 10:42
İqtisadiyyat
10 İyul 10:40
Dünya
10 İyul 10:19
Xəbər lenti
10 İyul 10:17
YAP xəbərləri
10 İyul 09:54
Analitik
10 İyul 09:52
Dünya
10 İyul 09:45
Analitik
10 İyul 09:45
Sosial
10 İyul 09:40
Sosial
10 İyul 09:35
Sosial
10 İyul 09:17
Dünya
10 İyul 08:50
İdman
10 İyul 08:22
Dünya
09 İyul 23:32
Sosial
09 İyul 23:17
Dünya
09 İyul 22:45
İqtisadiyyat
09 İyul 22:19
Dünya
09 İyul 22:03
İdman
09 İyul 21:59
İdman
09 İyul 21:50
Hərbi
09 İyul 21:24

