Ukrayna MDB-nin daha bir sazişindən çıxır
15.08.2025 [11:25]
Ukrayna MDB-nin növbəti sazişindən çıxmağa hazırlaşır. Qeyd edək ki, Ukrayna Ali Radasının deputatı Taras Melnıçuk öz “Telegram” şəbəkə hesabında qeyd edib ki, Ukrayna Ali Radasında MDB-nin daha bir sazişindən çıxmaq barədə qərar qəbul edilib. “Ukrayna Ali Radası Müstəqil Dövlətlər Birliyinə üzv dövlətlərin fövqəladə hallar zamanı üçüncü ölkələrdən öz vətəndaşlarının təxliyəsi sahəsində qarşılıqlı fəaliyyət haqqında Sazişdən çıxma barədə” qanun layihəsini təsdiqləyib”, - deyə T.Melnıçuk bildirib. Qeyd edək ki, MDB-nin üzv dövlətləri arasında sözügedən sənəd 1996-cı ilin aprelində imzalanmışdı. Rəsmi Kiyev müntəzəm olaraq Rusiya, Belarus və Suriya ilə, həmçinin MDB çərçivəsində bağlanmış bir sıra sazişlərdən çıxdığını bəyan edir.
Qüvvədən düşən sazişlər...
Ukrayna 2014-cü ilin mart ayında rus ordusunun Krıma daxil olmasından sonra Milli Dövlətlər Birliyinin üzvlüyündən çıxıb. Lakin buna baxmayaraq, Ukraynada MDB-nin bir sıra sazişləri qüvvədə qalmaqda davam edib və rəsmi Kiyev sonradan bu sazişlərdən çıxmaq qərarına gəlib. Qeyd edək ki, Ukrayna 2020-ci ildə MDB dövlətlərinin sərhəd qoşunları üçün hərbi kadrların ixtisaslaşmasının təkmilləşdirilməsi və hazırlanması sahəsində əməkdaşlıq haqqında saziş, mədəniyyət sahəsində əməkdaşlıq haqqında saziş, habelə baytarlıq sahəsində, təşkilata üzvü olan dövlətlərin ərazilərinin sanitar mühafizəsi sahəsində əməkdaşlıq haqqında və Bitki Karantini üzrə Koordinasiya Şurasının yaradılması barədə saziş, 2021-ci ildə MDB-nin poçt və elektrik əlaqəsi sahəsində dövlətlərarası münasibətlərlə bağlı saziş, mülki aviasiya və hava məkanının istifadəsinə dair saziş, 2022-ci ildə MDB-nin “Qeyri-qanuni miqrasiyaya qarşı mübarizədə əməkdaşlıq haqqında” saziş, “Böyük Vətən müharibəsində MDB iştirakçısı olan dövlətlərin xalqlarının şücaət və qəhrəmanlıq xatirəsinin əbədiləşdirilməsi haqqında” saziş və Rusiya ilə imzalanan elmi-texniki əməkdaşlıq haqqında saziş, 2023-cü ildə hərbi qulluqçulara və onların ailə üzvlərinə sosial-hüquqi təminatlar haqqında MDB ölkələrinin sazişi, 2024-cü ildə isə MDB-nin hidrometeorologiya sahəsində əməkdaşlıq haqqında sazişindən çıxıb.
Sazişlərin ləvi nəyə görə bu qədər ləngiyib?
Məsələ ilə bağlı politoloq Rəşad Bayramov “Yeni Azərbaycan” qəzetinə şərhində qeyd edib ki, Ukrayna on bir il bundan öncə M Dövlətlər Birliyini tərk etsə də, müəyyən məsələlərə görə qurumun sazişlərini qüvvədə saxlayıb.
“Təkcə Zelenski hakimiyyəti dövründə deyil, həmçinin Poroşenko hakimiyyəti dövründə də Ukrayna MDB-nin bir sıra sazişlərindən çıxıb. Əsas məsələ burasındadır ki, Ukrayna 2014-cü ildə MDB-ni tərk etsə də, qurumun sazişlərini qüvvədə saxlayırdı. Bu da onunla bağlıdır ki, post-sovet məkanında Ukrayna üçün vacib olan məsələlər MDB-nin sazişləri ilə tənzimlənirdi. Məsələn, pensiyaların və sosial müavintlrn təminatı, MDB ölkələrindəki universitetlərin diplomlarının tanınması və digər məsələlərin həlli istiqamətində MDB çərçivəsində imzalanan sazişlərə uyğun addımlar atılırdı. Ukrayna MDB-nin bir çox sazişlərindən çıxsa belə, bəzi sazişləri hələ ki, qüvvədə saxlayır. Başqa sözlə desək, MDB-nin üzv ölkələri arasında imzalanan sazişlər post-sovet ölkələri arasında münasibətləri tənzimləyən sazişlərdir. Əgər bir ölkə MDB-ni tərk edirsə, bu o demək deyil ki, o, mütləq şəkildə qurumun bütün sazişlərindən çıxmalıdır. Qurumun hər hansı sazişi Ukraynanın maraqlarına hələ də cavab verirsə, Kiyev həmin sazişi qüvvədə saxlayır. Həmin sazişlər əsasında Ukrayna digər post-sovet ölkələri ilə müvafiq sahələrdə münasibətləri davam etdirirdi. Lakin Ukrayna hakimiyyəti görəndə ki, MBD-nin hər hansı sahə üzrə sazişinə ehtiyac yoxdur, həmin sazişi ləğ etmək barədə qərar qəbul edir və post-sovet ölkələri ilə aidiyyat sahə üzrə münasibətlərini ikitərəfli razılaşmalar əsasında yürüdür,” - deyə R.Bayramov vurğuayıb.
MDB-yə üzv olduğu zaman qurumun sazişindən çıxmaq mümkündür?
“Sözsüz ki, bu, mümkündür. Azərbaycan MDB-nin üzvü olsa da, qurumun bəzi sazişlərinə qoşulmayıb. 2011-ci il oktyabrın 18-də MDB-nin üzv ölkələrinin dövlət başçılarının Sank-Peterburqdakı toplantısında Azərbaycan qurumun azad ticarət zonası ilə bağlı sazişinə qoşulmaqdan imtina etdi. Zaman-zaman elə sazişlər olub ki, Azərbaycan həmin sənədlərə öz qeydlərini əlavə etdikdən sonra imza atıb. Azərbaycan MDB çərçivəsində Avrasiya İqtisadi İttifaqı, Gömrük İttifaqı və KTMT-yə üzv olmaqdan da imtina edib. Üzv ölkənin hər hansı sazişə imza atıb-atmamaq seçimi ilə bağlı prosedurlar MDB-nin nizamnaməsində öz əksini tapıb,” - deyə R.Bayramov bildirib.
Yunis ABDULLAYEV
Xəbər lenti
Hamısına baxDünya
09 Avqust 16:34
Dünya
09 Avqust 16:18
Siyasət
09 Avqust 16:00
İdman
09 Avqust 15:56
İqtisadiyyat
09 Avqust 15:23
Maraqlı
09 Avqust 14:50
İdman
09 Avqust 14:35
Dünya
09 Avqust 13:42
Maraqlı
09 Avqust 13:16
Yeni texnologiyalar
09 Avqust 12:34
Dünya
09 Avqust 12:19
Hadisə
09 Avqust 11:52
Dünya
09 Avqust 11:30
Hadisə
09 Avqust 10:45
İdman
09 Avqust 10:17
Hadisə
09 Avqust 09:59
Dünya
09 Avqust 09:25
Dünya
09 Avqust 08:50
Siyasət
09 Avqust 08:33
Dünya
09 Avqust 08:03
Siyasət
09 Avqust 00:20
Dünya
08 Avqust 23:39
Siyasət
08 Avqust 22:17
Hadisə
08 Avqust 21:24
Gündəm
08 Avqust 21:23
Gündəm
08 Avqust 20:08
Gündəm
08 Avqust 19:41
Sosial
08 Avqust 17:21
Sosial
08 Avqust 16:39
Analitik
08 Avqust 15:22
Siyasət
08 Avqust 15:08
Dünya
08 Avqust 13:24
Gündəm
08 Avqust 12:35
Dünya
08 Avqust 12:17
Elm
08 Avqust 12:06
Dünya
08 Avqust 11:35
Siyasət
08 Avqust 10:49
Yeni texnologiyalar
08 Avqust 10:25
Analitik
08 Avqust 09:55
Analitik
08 Avqust 09:32
Ədəbiyyat
08 Avqust 09:17
Sosial
08 Avqust 08:51
Sosial
08 Avqust 08:34
Dünya
07 Avqust 23:21
Maraqlı
07 Avqust 22:17
Maraqlı
07 Avqust 21:35
Analitik
07 Avqust 21:02
Siyasət
07 Avqust 21:00
Siyasət
07 Avqust 20:57
Siyasət
07 Avqust 20:41
Dünya
07 Avqust 20:17
Dünya
07 Avqust 19:22
Dünya
07 Avqust 18:45
Dünya
07 Avqust 18:19
Dünya
07 Avqust 17:49
Dünya
07 Avqust 17:25
Dünya
07 Avqust 16:57
Dünya
07 Avqust 16:40
Dünya
07 Avqust 16:23
İdman
07 Avqust 15:31
Dünya
07 Avqust 15:06
Dünya
07 Avqust 14:45
Hadisə
07 Avqust 14:19
Dünya
07 Avqust 13:50
Siyasət
07 Avqust 13:28
Gündəm
07 Avqust 13:27
Siyasət
07 Avqust 13:26
Siyasət
07 Avqust 13:25
Dünya
07 Avqust 13:25
Siyasət
07 Avqust 13:23

