/ / BMT-nin Baş katibi hökumətləri din zəminində ayrı-seçkiliyə son qoymaq üçün daha təsirli addımlar atmağa çağırıb
BMT-nin Baş katibi hökumətləri din zəminində ayrı-seçkiliyə son qoymaq üçün daha təsirli addımlar atmağa çağırıb
22.08.2025 [17:36]
BMT-nin Nyu-Yorkdakı baş qərargahında hər il avqustun 21-də qeyd edilən Beynəlxalq Terror Qurbanlarını Anma Günü və BMT Baş Assambleyasının qətnaməsi əsasında təsis edilmiş 22 avqust - Beynəlxalq Din və Etiqad Zəminində Zorakılıq Aktlarının Qurbanlarının Anım Günü ilə bağlı tədbir keçirilib.
BMT-nin Baş katibi Antonio Quterreş avqustun 22-də qeyd edilən Beynəlxalq Din və Etiqad Zəminində Zorakılıq Aktlarının Qurbanlarının Anım Günü ilə əlaqədar dünya birliyinə müraciət edib. Sənəddə deyilir: “Dünyanın hər yerində insanlar inanclarına görə təqiblərə, hücumlara və hətta qətllərə məruz qalmaqda davam edirlər. İbadət yerləri murdarlanır, cəmiyyətlər terrora məruz qalır, onlayn platformalar nifrətlə doludur. Bu hərəkətlər təkcə iyrənc deyil, həm də bizim ümumi insanlığımız üçün təhlükədir.
İnsanların öz inanclarına görə hədəf alındığı, nifrət ritorikasına nəzarət olunmadığı, cəzasızlıq mühitinin hökm sürdüyü bir şəraitdə hər kəs risk altındadır. Biz bu təhlükə ilə üz-üzə qalmalıyıq. Hökumətlər ayrı-seçkiliyə qarşı güclü qanunlar qəbul etməli və həyata keçirməli, hamı üçün hörmət, inklüzivlik və insan hüquqlarını təşviq edən təhsilə sərmayə qoyulmalıdır. Siyasi, dini və icma liderləri bölücü taktikalardan imtina etməli, habelə icmalar daxilində və icmalar arasında dialoqa dəstək verməlidirlər. Rəqəmsal platformaları nifrət meqafonuna çevirməmək üçün internet məkanında təhlükəsizlik tədbirləri artırılmalı və əlavə qorunma vasitələri daxil edilməlidir.
Bu Beynəlxalq Gündə biz qurbanları yad edirik və hərəkətə keçməyi öhdəmizə götürürük. Gəlin, müxtəlifliyin qeyd olunduğu, hər kəsin təhlükəsiz və ləyaqət içində yaşaya biləcəyi bir dünya qurmaq üçün birlikdə olaq”.
AZƏRTAC BMT-nin saytına istinadla xəbər verir ki, baş qərargahda keçirilən tədbirdə terror hücumlarından sağ çıxan insanlar bir araya gələrək siyasətin formalaşdırılmasında və terror aktlarının qarşısının alınmasında qlobal miqyasda səylərin artırılmasının zəruriliyini vurğulayıblar.
BMT-nin Terrorla Mübarizə İdarəsinin (UNOCT) rəhbəri Vladimir Voronkov yüksəksəviyyəli anım mərasimində çıxışı zamanı deyib: “Bu beynəlxalq gün təkcə anımla bağlı deyil, həmçinin hər yerdə qurbanların hüquqlarını, ləyaqətini və səslərini qorumaq üçün kollektiv öhdəliyin daha bir təzahürüdür. Həyatları terrorçular tərəfindən məhv edilən qurbanların xatirəsini ehtiramla anırıq, ağrı, itki və travma ilə yaşamağa davam edənlərlə həmrəyik”.
Tədbirdə terror aktları zamanı sağ qalanların və həlak olanların yaxınlarının ifadələri səsləndirilib. Qeyd edilib ki, keçən ilin aprel ayında UNOCT güclü bir həqiqəti əks etdirən qlobal təşəbbüs olan Terrorizm Qurbanları Assosiasiyaları Şəbəkəsini (VoTAN) təsis edib. Sağ qalanların səsi siyasəti formalaşdırmaq və oxşar hücumların qarşısını almaq üçün dəyişikliklərə təkan vermək üçün vacibdir.
Xəbər lenti
Hamısına baxDünya
25 May 23:31
Dünya
25 May 23:17
Dünya
25 May 22:45
Dünya
25 May 22:34
Xəbər lenti
25 May 22:19
İdman
25 May 21:52
Dünya
25 May 21:24
Dünya
25 May 21:08
Dünya
25 May 20:42
Müsahibə
25 May 20:31
İqtisadiyyat
25 May 20:16
Dünya
25 May 19:58
Sosial
25 May 19:21
Dünya
25 May 19:10
Dünya
25 May 18:52
Dünya
25 May 18:30
Dünya
25 May 17:25
Dünya
25 May 16:19
Siyasət
25 May 16:07
Gündəm
25 May 16:05
Siyasət
25 May 15:42
Dünya
25 May 15:31
Dünya
25 May 14:26
Sosial
25 May 14:11
Sosial
25 May 13:58
İdman
25 May 13:53
Elanlar
25 May 13:35
Dünya
25 May 13:30
Gündəm
25 May 13:12
Hadisə
25 May 12:53
Dünya
25 May 12:45
Siyasət
25 May 12:25
Dünya
25 May 12:17
Sosial
25 May 12:01
Dünya
25 May 11:59
Siyasət
25 May 11:35
Hadisə
25 May 11:34
Elm
25 May 11:33
Siyasət
25 May 11:28
Gündəm
25 May 11:27
Gündəm
25 May 11:26
Siyasət
25 May 11:25
İdman
25 May 11:20
YAP xəbərləri
25 May 11:11
Din
25 May 10:47
Dünya
25 May 10:41
Dünya
25 May 10:18
Dünya
25 May 09:54
Sosial
25 May 09:39
Hadisə
25 May 09:22
Dünya
25 May 08:50
Hadisə
25 May 08:35
Sosial
25 May 07:46
Sosial
25 May 07:24
Sosial
24 May 23:19
Dünya
24 May 22:16
Dünya
24 May 21:35
Hadisə
24 May 20:09
Sosial
24 May 19:20
Xəbər lenti
24 May 18:35
Dünya
24 May 17:22
Dünya
24 May 16:43
Dünya
24 May 15:30
Sosial
24 May 14:17
İdman
24 May 13:24
Xəbər lenti
24 May 12:21
Dünya
24 May 11:32
Dünya
24 May 10:19
Dünya
24 May 09:25
Siyasət
24 May 08:54

