Media: "Türk axını" ilə Rusiyadan Avropaya qaz ixracı 6,7 faiz artıb
01.09.2025 [20:28]
Rusiya yanvar–avqust aylarında “Türk axını” boru kəməri ilə Avropaya qaz ixracını ötən ilin eyni dövrü ilə müqayisədə 6,7 faiz artıraraq 11,5 milyard kubmetrə çatdırıb.
AZƏRTAC xəbər verir ki, bu barədə məlumat Avropa Qaz Nəqliyyat Sistemləri Operatorları Şəbəkəsinin (ENTSOG) hesabatında yer alıb.
Bildirilir ki, avqust ayında isə Rusiyadan bu marşrutla Avropaya qaz ixracı iyul ayı ilə müqayisədə 2 faiz azalıb, lakin 2024-cü ilin avqustu ilə müqayisədə 5,5 faiz artaraq 1,56 milyard kubmetr təşkil edib.
Avqust ayında “Türk axını” kəmərinin Avropa istiqamətində orta gündəlik yüklənməsi 50,2 milyon kubmetr olub ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 5,5 faiz çox, iyul ayı ilə müqayisədə isə 2,3 faiz azdır.
Qeyd edək ki, Rusiya ilə Türkiyə arasında Qara dənizin dibi ilə keçən “Türk axını” boru kəmərinin illik ötürmə gücü 31,5 milyard kubmetrdir. Bu kəmər Türkiyə ilə yanaşı, Cənubi və Cənub-Şərqi Avropa ölkələrinin qazla təmin olunması üçün nəzərdə tutulub. Ukrayna ərazisindən tranzitin dayandırılmasından sonra “Türk axını” Rusiya qazının Avropaya tədarükü üçün fəaliyyət göstərən yeganə marşrutdur.
ENTSOG-un məlumatına görə, 2024-cü ildə “Türk axını” boru kəməri vasitəsilə Avropaya qaz tədarükü 23 faiz artaraq 16,7 milyard kubmetr təşkil edib. Ümumilikdə isə ötən il Rusiyanın Avropaya boru kəməri ilə qaz ixracı əvvəlki illə müqayisədə 14 faiz artaraq 32,1 milyard kubmetr olub.
Hesabat dövründə Rusiya boru kəməri ilə Türkiyəyə də qaz tədarükünü 2,6 faiz artıraraq 21 milyard kubmetrə çatdırıb.
Xəbər lenti
Hamısına baxDünya
09 Avqust 17:10
Dünya
09 Avqust 16:34
Dünya
09 Avqust 16:18
Siyasət
09 Avqust 16:00
İdman
09 Avqust 15:56
İqtisadiyyat
09 Avqust 15:23
Maraqlı
09 Avqust 14:50
İdman
09 Avqust 14:35
Dünya
09 Avqust 13:42
Maraqlı
09 Avqust 13:16
Yeni texnologiyalar
09 Avqust 12:34
Dünya
09 Avqust 12:19
Hadisə
09 Avqust 11:52
Dünya
09 Avqust 11:30
Hadisə
09 Avqust 10:45
İdman
09 Avqust 10:17
Hadisə
09 Avqust 09:59
Dünya
09 Avqust 09:25
Dünya
09 Avqust 08:50
Siyasət
09 Avqust 08:33
Dünya
09 Avqust 08:03
Siyasət
09 Avqust 00:20
Dünya
08 Avqust 23:39
Siyasət
08 Avqust 22:17
Hadisə
08 Avqust 21:24
Gündəm
08 Avqust 21:23
Gündəm
08 Avqust 20:08
Gündəm
08 Avqust 19:41
Sosial
08 Avqust 17:21
Sosial
08 Avqust 16:39
Analitik
08 Avqust 15:22
Siyasət
08 Avqust 15:08
Dünya
08 Avqust 13:24
Gündəm
08 Avqust 12:35
Dünya
08 Avqust 12:17
Elm
08 Avqust 12:06
Dünya
08 Avqust 11:35
Siyasət
08 Avqust 10:49
Yeni texnologiyalar
08 Avqust 10:25
Analitik
08 Avqust 09:55
Analitik
08 Avqust 09:32
Ədəbiyyat
08 Avqust 09:17
Sosial
08 Avqust 08:51
Sosial
08 Avqust 08:34
Dünya
07 Avqust 23:21
Maraqlı
07 Avqust 22:17
Maraqlı
07 Avqust 21:35
Analitik
07 Avqust 21:02
Siyasət
07 Avqust 21:00
Siyasət
07 Avqust 20:57
Siyasət
07 Avqust 20:41
Dünya
07 Avqust 20:17
Dünya
07 Avqust 19:22
Dünya
07 Avqust 18:45
Dünya
07 Avqust 18:19
Dünya
07 Avqust 17:49
Dünya
07 Avqust 17:25
Dünya
07 Avqust 16:57
Dünya
07 Avqust 16:40
Dünya
07 Avqust 16:23
İdman
07 Avqust 15:31
Dünya
07 Avqust 15:06
Dünya
07 Avqust 14:45
Hadisə
07 Avqust 14:19
Dünya
07 Avqust 13:50
Siyasət
07 Avqust 13:28
Gündəm
07 Avqust 13:27
Siyasət
07 Avqust 13:26
Siyasət
07 Avqust 13:25
Dünya
07 Avqust 13:25

