Alimlər: 2040-cı ilə qədər ozon qatı əksər regionlarda bərpa olunacaq
27.09.2025 [19:33]
Yer kürəsinin ozon qatı bərpa olunur və alimlər bunu bəşəriyyətin planetimizi qorumaq üçün lazımi addımlar atdıqda nələrə nail ola biləcəyinin bariz nümunəsi hesab edirlər.
Bu müsbət xəbər ozon qatının tükənməsini qlobal təhlükə kimi tanıyan ilk sənəd olan Vyana Konvensiyasının 40 illiyinə həsr olunmuş Ümumdünya Meteorologiya Təşkilatının (ÜMT) Ozon bülleteninin dərcindən sonra elan olunub.
AZƏRTAC-ın xarici mediaya istinadla verdiyi xəbərə görə, son illər aparılan tədqiqatlar göstərir ki, Antarktida üzərindəki ozon qatının vəziyyəti nəzərəçarpacaq dərəcədə yaxşılaşıb və bu, onun uzunmüddətli bərpa tendensiyasına uyğundur. Hərçənd ki, bu yaxşılaşmanın müəyyən hissəsi təbii atmosfer dəyişimləri ilə bağlıdır, alimlər əsas diqqəti daha mühüm məqama yönəldirlər: davamlı bərpa prosesi dünya ictimaiyyətinin ozon qatını dağıdan xlorftor¬karbonlar (XFK) kimi dağıdıcı kimyəvi maddələrdən mərhələli şəkildə imtina etməsindən sonra başlayıb.
Yer səthindən bir neçə kilometr yüksəklikdə yerləşən ozon qatı canlıları zərərli ultrabənövşəyi şüalardan qoruyur. Onsuz dəri xərçəngi, katarakta, immun sisteminin zədələnməsi və ekosistemlərin pozulması riski kəskin artar.
1987-ci ildə qəbul olunmuş Monreal Protokolu sayəsində təqribən 200 ölkənin saç spreyləri, soyuducular və yanğınsöndürmə köpüklərində istifadə edilən XFK maddələrindən mərhələli şəkildə imtina etməsi nəticəsində proqnozlara görə, 2040-cı ilə qədər ozon qatı əksər regionlarda bərpa olunacaq. Mövcud tendensiya davam edərsə, 2066-cı ilə qədər Antarktida üzərindəki məşhur ozon dəliyi də tam bağlanacaq.
Ozon qatının son dövrlərdə bərpası həm də digər bir sıra Dayanıqlı İnkişaf Məqsədlərinə nail olunmasına təkan verib. Buraya səhiyyə, iqlim dəyişikliyi ilə mübarizə, ərzaq təhlükəsizliyi və biomüxtəliflik daxildir.
Həlledici məsələ insanların bundan sonra atacağı addımlardır. Bununla belə, alimlər bu xəbəri ətraf mühitin mühafizəsi sahəsində nadir qlobal uğur və elmin beynəlxalq əməkdaşlıqla birlikdə planetin ən ciddi problemlərinə cavab verə bilməsinin nümunəsi kimi qiymətləndirirlər.
Xəbər lenti
Hamısına baxSiyasət
09 Avqust 00:20
Dünya
08 Avqust 23:39
Siyasət
08 Avqust 22:17
Hadisə
08 Avqust 21:24
Gündəm
08 Avqust 21:23
Gündəm
08 Avqust 20:08
Gündəm
08 Avqust 19:41
Sosial
08 Avqust 17:21
Sosial
08 Avqust 16:39
Analitik
08 Avqust 15:22
Siyasət
08 Avqust 15:08
Dünya
08 Avqust 13:24
Gündəm
08 Avqust 12:35
Dünya
08 Avqust 12:17
Elm
08 Avqust 12:06
Dünya
08 Avqust 11:35
Siyasət
08 Avqust 10:49
Yeni texnologiyalar
08 Avqust 10:25
Analitik
08 Avqust 09:55
Analitik
08 Avqust 09:32
Ədəbiyyat
08 Avqust 09:17
Sosial
08 Avqust 08:51
Sosial
08 Avqust 08:34
Dünya
07 Avqust 23:21
Maraqlı
07 Avqust 22:17
Maraqlı
07 Avqust 21:35
Analitik
07 Avqust 21:02
Siyasət
07 Avqust 21:00
Siyasət
07 Avqust 20:57
Siyasət
07 Avqust 20:41
Dünya
07 Avqust 20:17
Dünya
07 Avqust 19:22
Dünya
07 Avqust 18:45
Dünya
07 Avqust 18:19
Dünya
07 Avqust 17:49
Dünya
07 Avqust 17:25
Dünya
07 Avqust 16:57
Dünya
07 Avqust 16:40
Dünya
07 Avqust 16:23
İdman
07 Avqust 15:31
Dünya
07 Avqust 15:06
Dünya
07 Avqust 14:45
Hadisə
07 Avqust 14:19
Dünya
07 Avqust 13:50
Siyasət
07 Avqust 13:28
Gündəm
07 Avqust 13:27
Siyasət
07 Avqust 13:26
Siyasət
07 Avqust 13:25
Dünya
07 Avqust 13:25
Siyasət
07 Avqust 13:23
MEDİA
07 Avqust 13:22
Siyasət
07 Avqust 13:22
Sosial
07 Avqust 13:20
MEDİA
07 Avqust 13:04
MEDİA
07 Avqust 12:55
Dünya
07 Avqust 12:43
Hadisə
07 Avqust 12:18
Gündəm
07 Avqust 11:55
Gündəm
07 Avqust 11:40
Siyasət
07 Avqust 11:20
Sosial
07 Avqust 10:50
Analitik
07 Avqust 10:30
Analitik
07 Avqust 10:05
Analitik
07 Avqust 09:45
Analitik
07 Avqust 09:20
Ədəbiyyat
07 Avqust 09:05
Dünya
07 Avqust 07:28
Dünya
06 Avqust 23:45
Dünya
06 Avqust 23:10
İdman
06 Avqust 23:07

