Britaniyada 40 min oğurlanmış telefonu Çinə göndərən beynəlxalq şəbəkə ifşa olunub
07.10.2025 [21:58]
London polisi ötən il ərzində Birləşmiş Krallıqdan Çinə təxminən 40 min oğurlanmış mobil telefonu qaçaqmalçılıq yolu ilə göndərməkdə şübhəli beynəlxalq cinayətkar dəstəni zərərsizləşdirdiyini bildirib.
AZƏRTAC BBC-yə istinadla xəbər verir ki, Metropolitan Polisi bunu Böyük Britaniyada telefon oğurluqlarına qarşı indiyədək keçirilmiş ən iri əməliyyat adlandırıb. Əməliyyat nəticəsində 18 nəfər saxlanılıb və 2 minə yaxın oğurlanmış telefon aşkar edilib. Polis hesab edir ki, bu dəstə Londonda oğurlanan bütün telefonların təxminən yarısının xaricə göndərilməsinə cavabdeh ola bilər.
İstintaq ötən ilin Milad bayramı ərəfəsində bir zərərçəkənin öz oğurlanmış “iPhone” telefonunu izləməsi ilə başlayıb.“Zərərçəkən elektron izləmə vasitəsilə telefonunun Hitrou hava limanı yaxınlığında yerləşən anbara göndərildiyini müəyyənləşdirib. Oradakı təhlükəsizlik əməkdaşları da ona kömək göstərib və həmin telefonun içərisində daha 894 telefon olan qutuda tapıldığını aşkar ediblər”,- deyə detektiv inspektor Mark Qevin bildirib. Sonradan aydın olub ki, bu telefonların demək olar ki, hamısı oğurlanıb və Honq Konqa göndərilmək üzrə olub. Ardınca polis digər göndərişləri də izləyərək saxlayıb, bağlamalar üzərində barmaq izi və DNT ekspertizası aparıb. Aparılan araşdırmalar nəticəsində iki əsas şübhəli şəxs müəyyən edilib. Hər ikisi 30 yaşlarında olan Əfqanıstan vətəndaşları oğurlanmış əmlakı qəbul etmək və gizlətməkdə ittiham olunublar. Onların idarə etdikləri avtomobildən onlarla telefon, əlaqəli ünvanlarda isə 2 minə yaxın cihaz tapılıb. Daha sonra 29 yaşlı bir Hindistan vətəndaşı da eyni maddələrlə ittiham olunub. Detektiv Qevin bu dəstənin Londonda oğurlanan bütün telefonların 40 faizinə qədərinin xaricə çıxarılmasına cavabdeh olduqlarına inandıqlarını bildirib.
Keçən həftə polis oğurluq, oğurlanmış əmlakı saxlamaq və oğurluq planlaşdırmaqda şübhəli daha 15 nəfəri saxlayıb.
Xəbər lenti
Hamısına baxDünya
17 Avqust 23:58
Dünya
17 Avqust 23:25
Dünya
17 Avqust 22:50
Dünya
17 Avqust 22:22
Dünya
17 Avqust 21:48
Dünya
17 Avqust 21:10
Dünya
17 Avqust 20:35
Dünya
17 Avqust 20:07
Dünya
17 Avqust 19:45
Dünya
17 Avqust 19:15
Elm
17 Avqust 18:55
İqtisadiyyat
17 Avqust 18:30
Elm
17 Avqust 18:05
Mədəniyyət
17 Avqust 17:40
İdman
17 Avqust 17:10
Elm
17 Avqust 17:01
Dünya
17 Avqust 16:48
Elm
17 Avqust 16:31
İdman
17 Avqust 16:25
Mədəniyyət
17 Avqust 15:55
Sosial
17 Avqust 15:35
Sosial
17 Avqust 15:10
Sosial
17 Avqust 14:50
Sosial
17 Avqust 14:19
Xəbər lenti
17 Avqust 14:13
Elm
17 Avqust 13:27
İqtisadiyyat
17 Avqust 12:30
Gündəm
17 Avqust 12:20
Hərbi
17 Avqust 12:19
Hərbi
17 Avqust 12:17
Gündəm
17 Avqust 11:57
Sosial
17 Avqust 11:35
Sosial
17 Avqust 10:55
Dünya
17 Avqust 10:30
İdman
17 Avqust 09:45
Sosial
17 Avqust 09:10
Dünya
16 Avqust 23:58
Dünya
16 Avqust 23:45
Dünya
16 Avqust 23:15
Dünya
16 Avqust 22:50
Dünya
16 Avqust 22:05
Dünya
16 Avqust 21:35
Dünya
16 Avqust 20:55
Dünya
16 Avqust 20:25
Dünya
16 Avqust 19:45
Dünya
16 Avqust 19:05
Dünya
16 Avqust 18:45
İdman
16 Avqust 18:10
Sosial
16 Avqust 17:20
İdman
16 Avqust 16:45
İdman
16 Avqust 16:25
Mədəniyyət
16 Avqust 15:55
Sosial
16 Avqust 15:20
Sosial
16 Avqust 14:35
Sosial
16 Avqust 14:24
Dünya
16 Avqust 13:55
Dünya
16 Avqust 13:35
Dünya
16 Avqust 12:55
Dünya
16 Avqust 12:10
Dünya
16 Avqust 11:35
Siyasət
16 Avqust 10:55
Dünya
16 Avqust 10:25
Dünya
16 Avqust 09:45
Dünya
16 Avqust 09:05
Dünya
15 Avqust 23:31
Dünya
15 Avqust 22:20
Dünya
15 Avqust 21:15
Dünya
15 Avqust 20:39
Dünya
15 Avqust 19:22
Dünya
15 Avqust 18:29

