Avropa İttifaqı bu gündən yeni giriş-çıxış sisteminə start verib
12.10.2025 [16:21]
Bu gündən etibarən Avropa İttifaqında (Aİ) birliyə üzv olmayan ölkələrin vətəndaşları üçün nəzərdə tutulmuş avtomatlaşdırılmış yeni elektron sərhəd sisteminin (Entry/Exit System - EES) tətbiqinə başlanıb.
AZƏRTAC Aİ-nin Miqrasiya və Daxili İşlər İdarəsinə istinadla bildirir ki, bu sistem vasitəsilə həmin şəxslər 29 Avropa ölkəsinin xarici sərhədini keçdikdə onların məlumatları elektron şəkildə qeydiyyata alınacaq. EES şəxsin adını, səfər sənədi məlumatlarını, biometrik göstəriciləri (barmaq izləri və üz təsviri), həmçinin giriş və çıxış tarixini və yerini tam şəkildə qeyd edəcək. Növbəti səfərlərdə artıq yalnız üztanıma biometrik sistemi kifayət edəcək.
Ölkəyə girişdən imtina halları barədə məlumatları da qeyd edəcək EES 29 Avropa ölkəsində altı ay ərzində mərhələli şəkildə tətbiq olunacaq. Bu müddətdə sərhəd orqanları Aİ-yə üzv olmayan vətəndaşların məlumatlarını tədricən sistemə daxil edəcəklər. Gələn il aprelin 10-dan etibarən EES pasportlara əl ilə möhür vurulması sistemini tam əvəz edəcək. Yeni sistem ölkədə icazə verilən qalma müddətini aşan şəxslərin (over-stayers) avtomatik aşkarlanmasına imkan verəcək.
Bu sistem avtomatlaşdırılmış sərhəd nəzarəti və özünəxidmət terminallarının daha geniş tətbiqinə imkan yaradacaq ki, bu da sərnişinlər üçün daha sürətli və rahat keçidi təmin edəcək. Aİ-nin məqsədi qanunsuz miqrasiyanın qarşısını almaq, Avropada yaşayan və səyahət edən insanların təhlükəsizliyini artırmaqdır. Bununla yanaşı, sistem Aİ-yə üzv olmayan vətəndaşların səyahət prosesini asanlaşdıracaq, müddəti aşan qalma və saxta sənədlərdən istifadə hallarını daha səmərəli şəkildə müəyyənləşdirəcək.
Xəbər lenti
Hamısına baxDünya
13 Avqust 23:55
Dünya
13 Avqust 23:35
Dünya
13 Avqust 23:05
Dünya
13 Avqust 22:45
Dünya
13 Avqust 22:20
Dünya
13 Avqust 21:55
Dünya
13 Avqust 21:35
Dünya
13 Avqust 21:10
Dünya
13 Avqust 20:45
Dünya
13 Avqust 20:20
Dünya
13 Avqust 19:55
Dünya
13 Avqust 19:35
Dünya
13 Avqust 19:10
İqtisadiyyat
13 Avqust 18:57
İdman
13 Avqust 15:59
İqtisadiyyat
13 Avqust 15:47
Sosial
13 Avqust 15:20
İqtisadiyyat
13 Avqust 14:55
Mədəniyyət
13 Avqust 14:45
İqtisadiyyat
13 Avqust 14:20
Sosial
13 Avqust 14:18
Sosial
13 Avqust 13:50
Elm
13 Avqust 13:26
Elm
13 Avqust 13:20
İqtisadiyyat
13 Avqust 13:12
Elm
13 Avqust 13:11
İqtisadiyyat
13 Avqust 12:53
Gündəm
13 Avqust 12:40
Mədəniyyət
13 Avqust 12:25
Sosial
13 Avqust 12:05
Elm
13 Avqust 12:00
Gündəm
13 Avqust 11:50
Sosial
13 Avqust 11:50
Elm
13 Avqust 11:37
İdman
13 Avqust 11:35
Elm
13 Avqust 11:32
YAP xəbərləri
13 Avqust 10:59
Analitik
13 Avqust 09:55
Gündəm
13 Avqust 09:50
Gündəm
13 Avqust 09:45
Sosial
13 Avqust 09:25
Gündəm
13 Avqust 09:25
Gündəm
13 Avqust 09:20
Sosial
13 Avqust 09:05
Dünya
12 Avqust 23:55
Dünya
12 Avqust 23:45
Dünya
12 Avqust 23:20
Dünya
12 Avqust 22:55
Elanlar
12 Avqust 22:43
Dünya
12 Avqust 22:35
Dünya
12 Avqust 22:05
Dünya
12 Avqust 21:45
Dünya
12 Avqust 21:20
Dünya
12 Avqust 20:50
Dünya
12 Avqust 20:30
Dünya
12 Avqust 19:55
Dünya
12 Avqust 19:35
Dünya
12 Avqust 19:15
Mədəniyyət
12 Avqust 18:56
İqtisadiyyat
12 Avqust 18:50
İqtisadiyyat
12 Avqust 18:25
İdman
12 Avqust 18:05
Mədəniyyət
12 Avqust 17:45
İqtisadiyyat
12 Avqust 17:15
YAP xəbərləri
12 Avqust 17:12
Elm
12 Avqust 16:58
İdman
12 Avqust 16:57
YAP xəbərləri
12 Avqust 16:56
Analitik
12 Avqust 16:52
Elm
12 Avqust 16:45

