Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Dünya / Fransalı nazir: 40 ildir muzeylərin təhlükəsizliyi heç kimi maraqlandırmır

Fransalı nazir: 40 ildir muzeylərin təhlükəsizliyi heç kimi maraqlandırmır

20.10.2025 [08:42]

Luvr muzeyinin qarət olunması Fransanın siyasi dairələrində ciddi narahatlıq yaradıb.

AZƏRTAC xəbər verir ki, mədəniyyət naziri Raşida Dati TF1 kanalına müsahibəsində ümumilikdə muzeylərin pis qorunduğunu bildirib.

“İki il əvvəl Luvr muzeyinin direktoru təhlükəsizliklə bağlı audit aparılması üçün şəhər polis idarəsinə müraciət etmişdi. Muzeylərin mühafizəsinin yeni növ mütəşəkkil cinayətkarlıqlara qarşı uyğunlaşdırılması zəruridir” – deyə nazir vurğulayıb.

Senator Yan Brossat sosial media hesabında bildirib ki, çoxdandır muzeyin mühafizəsi üçün işçi çatışmır. Hətta buna görə iyunun 16-da muzey əməkdaşları tətil keçirib və nəticədə muzey bir neçə saatlıq bağlanıb.

Qeyd edək ki, Luvr muzeyi oktyabrın 19-da səhər saatlarında qarət olunub. Apollon zalından Fransa hökmdarlarına məxsus əşyalar aparılıb.

Paylaş:
Baxılıb: 551 dəfə

Xəbər lenti

Hamısına bax

Analitik

Siyasət

Bu, ilk dəfəydi...

08 Avqust 15:08

Analitik

Ədəbiyyat

Şənbə üçün nəzm

08 Avqust 09:17  

Sosial

Robotlar robotu

08 Avqust 08:34

Gündəm

3-cü işğal...

07 Avqust 11:40  

Analitik

Analitik

Ədəbiyyat

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 31