Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Dünya / ABŞ-ın döyüş təyyarəsi və helikopteri Cənubi Çin dənizində qəzaya uğrayıb

ABŞ-ın döyüş təyyarəsi və helikopteri Cənubi Çin dənizində qəzaya uğrayıb

27.10.2025 [07:14]

ABŞ Hərbi Dəniz Qüvvələrinə məxsus döyüş təyyarəsi və helikopter Cənubi Çin dənizi üzərində iki ayrı insident nəticəsində qəzaya uğrayıb.

AZƏRTAC xəbər verir ki, bu barədə ABŞ-ın Sakit Okean Donanması sosial mediada məlumat yayıb.

Məlumata görə, “MH-60R Sea Hawk” tipli helikopter “USS Nimitz” təyyarədaşıyan gəmisindən adi əməliyyatlar həyata keçirərkən qəzaya düşüb.

Bundan təxminən yarım saat sonra isə “F/A-18F Super Hornet” tipli döyüş təyyarəsinin qəzaya uğradığı bildirilib. Hər iki hadisə zamanı ekipaj üzvləri xilas edilib, xəsarət alan olmayıb.

Xatırladaq ki, oktyabrın 7-də Kaliforniyada tibbi helikopter qəzaya uğrayaraq Sakramento şəhərində magistral yola düşmüşdü. Sentyabr ayında isə Texasda iki mühərrikli Cessna 340 təyyarəsi qəzaya uğramış, nəticədə iki nəfər həlak olmuşdu.

Paylaş:
Baxılıb: 480 dəfə

Xəbər lenti

Hamısına bax

Sosial

Gündəm

İqtisadiyyat

YAP xəbərləri

Analitik

YAP xəbərləri

Analitik

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30