Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Dünya / Almaniya ordusu hücum dronlarından ibarət altı bölmənin yaradılmasını planlaşdırır

Almaniya ordusu hücum dronlarından ibarət altı bölmənin yaradılmasını planlaşdırır

26.11.2025 [21:26]

Almaniya Silahlı Qüvvələri (Bundesver) qarşıdakı illərdə hücum dronlarından ibarət altı bölmənin yaradılmasını planlaşdırır.

AZƏRTAC “Tagesschau” xəbər xidmətinə istinadla bildirir ki, bu barədə Bundesverin Quru Qoşunlarının inspektoru general-leytenant Kristian Froydinq məlumat verib. O, ortamənzilli ilk batareyanın 2027-ci ilədək hazır vəziyyətə gətirilməsinin, 2029-cu ilə qədər isə daha beş batareyanın yaradılmasının planlaşdırıldığını qeyd edib.

Hazırda Bundesver döyüş meydanı üzərində dövrə vurub daha sonra hədəfə yönələn hücum dronlarını sınaqdan keçirir. Həmçinin 2029-cu ilədək genişmənzilli silah sistemləri ilə təchiz olunmuş ayrıca bir bölmənin də yaradılması planlaşdırılır.

General K.Froydinq bildirib ki, gələcəkdə döyüş meydanı bir-biri ilə əlaqəli və məlumatyönümlü, asimmetrik, tam şəffaf və süni intellekt tətbiqləri tərəfindən formalaşdırılan məkan olacaq. Məlumat isə əsas resursa – praktiki olaraq döyüş sursatına çevriləcək. O, gələcək müharibələrdə müdafiə sistemlərinin əsl rəqabətinin yaşanacağını bildirib.

Paylaş:
Baxılıb: 204 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

Analitik

Analitik

Ədəbiyyat

Sosial

Sosial

Təbiətin nəfəsi...

11 Dekabr 08:33

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30 31