Fransada özəl müəssisələrdə çalışan həkimlər tətilə başlayıblar
05.01.2026 [20:25]
Fransada özəl müəssisələrdə çalışan həkimlər bu gündən tətilə start veriblər. Bu ölkə mediasının məlumatına görə, yanvarın 15-dək davam edəcək etiraz aksiyası həkimlərlə bağlı son illərin ən kütləvi tədbirlərdən biridir. Artıq bir çox şəhərlərdə həkim kabinetləri bağlanıb, bəzi özəl klinikalarda əməliyyat blokları fəaliyyətini dayandırıb. Bununla əlaqədar olaraq, dövlət xəstəxanalarına müraciət edənlərin sayı çoxalıb.
AZƏRTAC xəbər verir ki, tətil 2026-cı il üçün sosial təminat büdcəsində nəzərdə tutulan bir sıra tədbirlərə qarşı yönəlib. Aksiyaya bütün tibbi həmkarlar ittifaqları, koordinasiya qurumları, internlər, tibb universitetlərinin tələbələri və Özəl Xəstəxanalar Federasiyası dəstək verir. Fransa Tibbi Həmkarlar İttifaqları Konfederasiyasının məlumatına görə, aksiyada özəl müəssisələrində çalışan həkimlərin 85 faizdən çoxu iştirak edə bilərlər. Artıq aksiyanın ilk saatlarında 15 mindən çox həkim tətil platformasında qeydiyyatdan keçib.
Fransa Tibbi Həmkarlar İttifaqları Konfederasiyasının prezidenti Frank Devulder etiraf edib ki, tətil xəstələr üçün çətinliklər yaradır, lakin özəl tibb sistemi ciddi şəkildə hədəfə alıb. O bildirib ki, gündə təxminən iki milyon konsultasiya həyata keçirən şəhər təbabətinin zəiflədilməsi əhalinin ümumi tibbi xidmətə çıxışını təhlükə altında qoyur.
Narazılığın mərkəzində parlament tərəfindən ötən il dekabrın 16-da qəbul edilmiş sosial təminatın maliyyələşdirilməsi haqqında qanun dayanır. Həkimlər büdcəni maliyyə baxımından “yetərsiz və cəzalandırıcı mexanizmlərlə dolu” hesab edirlər. Xüsusilə, elektron paylaşılmış tibbi dosyedən istifadə etməyən həkimlərə maliyyə sanksiyalarını nəzərdə tutan maddə böyük narazılıq doğurub. Həmin maddə Konstitusiya Şurası tərəfindən ləğv olunsa də, bu, həkimləri qane etməyib.
Bundan başqa, tibbi tariflərin birtərəfli şəkildə azaldılması ehtimalı, müqaviləsiz həkimlərin reseptlərinə görə ödənişlərin ləğvi planı, xəstəlik məzuniyyətlərinə nəzarətin sərtləşdirilməsi və həkimlərin fəaliyyət azadlığının məhdudlaşdırılması ilə bağlı qanun layihələri də narazılıq yaradan səbəblər sırasındadır.
Fransanın səhiyyə naziri Stefani Rist dialoqun davam etdiyini və islahatların həkimlərlə məsləhətləşməsiz aparılmayacağını deyib. Həmçinin o, zərurət yaranarsa, bəzi bölgələrdə həkimlərin işə cəlb edilə biləcəyini diqqətə çatdırıb.
Xəbər lenti
Hamısına baxDünya
13 Avqust 23:55
Dünya
13 Avqust 23:35
Dünya
13 Avqust 23:05
Dünya
13 Avqust 22:45
Dünya
13 Avqust 22:20
Dünya
13 Avqust 21:55
Dünya
13 Avqust 21:35
Dünya
13 Avqust 21:10
Dünya
13 Avqust 20:45
Dünya
13 Avqust 20:20
Dünya
13 Avqust 19:55
Dünya
13 Avqust 19:35
Dünya
13 Avqust 19:10
İqtisadiyyat
13 Avqust 18:57
İdman
13 Avqust 15:59
İqtisadiyyat
13 Avqust 15:47
Sosial
13 Avqust 15:20
İqtisadiyyat
13 Avqust 14:55
Mədəniyyət
13 Avqust 14:45
İqtisadiyyat
13 Avqust 14:20
Sosial
13 Avqust 14:18
Sosial
13 Avqust 13:50
Elm
13 Avqust 13:26
Elm
13 Avqust 13:20
İqtisadiyyat
13 Avqust 13:12
Elm
13 Avqust 13:11
İqtisadiyyat
13 Avqust 12:53
Gündəm
13 Avqust 12:40
Mədəniyyət
13 Avqust 12:25
Sosial
13 Avqust 12:05
Elm
13 Avqust 12:00
Gündəm
13 Avqust 11:50
Sosial
13 Avqust 11:50
Elm
13 Avqust 11:37
İdman
13 Avqust 11:35
Elm
13 Avqust 11:32
YAP xəbərləri
13 Avqust 10:59
Analitik
13 Avqust 09:55
Gündəm
13 Avqust 09:50
Gündəm
13 Avqust 09:45
Sosial
13 Avqust 09:25
Gündəm
13 Avqust 09:25
Gündəm
13 Avqust 09:20
Sosial
13 Avqust 09:05
Dünya
12 Avqust 23:55
Dünya
12 Avqust 23:45
Dünya
12 Avqust 23:20
Dünya
12 Avqust 22:55
Elanlar
12 Avqust 22:43
Dünya
12 Avqust 22:35
Dünya
12 Avqust 22:05
Dünya
12 Avqust 21:45
Dünya
12 Avqust 21:20
Dünya
12 Avqust 20:50
Dünya
12 Avqust 20:30
Dünya
12 Avqust 19:55
Dünya
12 Avqust 19:35
Dünya
12 Avqust 19:15
Mədəniyyət
12 Avqust 18:56
İqtisadiyyat
12 Avqust 18:50
İqtisadiyyat
12 Avqust 18:25
İdman
12 Avqust 18:05
Mədəniyyət
12 Avqust 17:45
İqtisadiyyat
12 Avqust 17:15
YAP xəbərləri
12 Avqust 17:12
Elm
12 Avqust 16:58
İdman
12 Avqust 16:57
YAP xəbərləri
12 Avqust 16:56
Analitik
12 Avqust 16:52
Elm
12 Avqust 16:45

