Arktikanın böyük hissəsi buzsuz qalıb
23.01.2026 [11:47]
Arktikada misli görünməmiş hadisə qeydə alınıb. Qışın ən sərt çağında Arktikanın iki dənizi – Barens və Kara dənizləri demək olar ki, buzdan azad olub. Müşahidələrin aparıldığı bütün dövrlər ərzində bu cür hal qeydə alınmayıb.
AZƏRTAC xəbər verir ki, eyni zamanda Arktikada dəniz buzunun ümumi sahəsi ilin bu vaxtı üçün rekord dərəcədə aşağı səviyyəyə enib.
Höteborq Universitetinin alimlərinin fikrincə, buz örtüyünün sürətlə azalması bir neçə proseslə izah olunur. Birincisi, Arktikanın atmosferi xeyli istiləşib və hətta qış aylarında burada getdikcə daha tez-tez istilik dalğaları müşahidə olunur. İkincisi, okeanın temperaturu yüksəlib. Okeanların istiləşməsi qlobal xarakter daşısa da, əvvəllər Arktikada dəniz hava və buz vasitəsilə effektiv şəkildə soyuyurdu. İndi isə havanın daha isti olması və buzun azalması fonunda bu baş vermir.
“Qapalı dairə yaranır. Qışda dəniz buzunun bu qədər az olmasının əsas səbəbi isti okeandır”, – deyə iqlimşünas Selin Eyoze bildirib.
Üçüncü amil buzun qalınlığının azalmasıdır. Buz daha kövrək olur, fırtınalar zamanı asanlıqla parçalanır və daha tez əriyir. Ayrı-ayrı ərazilərdə buz hazırda o qədər nazikdir ki, alimlər bəzən ölçmələr aparmaq üçün onun üzərinə çıxmağa risk etmirlər.
Tədqiqatçılar qeyd edirlər ki, hələ payız aylarında buz örtüyünün artımı anomal dərəcədə ləng gedib. Proqnozlara görə, Arktikada tamamilə buzsuz ilk gün artıq 2030-cu ilə qədər baş verə bilər.
Buzun geri çəkilməsi gəmiçilik, resursların hasilatı və turizm daxil olmaqla iqtisadi fəaliyyət üçün imkanlar açır, lakin ekspertlər şəraitin qeyri-sabitliyini vurğulayır və baş verən dəyişikliklərin uzunmüddətli ekoloji nəticələri barədə xəbərdarlıq edirlər.
Xəbər lenti
Hamısına baxGündəm
13 İyul 11:14
Sosial
13 İyul 11:13
Siyasət
13 İyul 11:13
Dünya
13 İyul 11:10
Dünya
13 İyul 10:59
Dünya
13 İyul 10:23
Siyasət
13 İyul 10:19
Siyasət
13 İyul 10:18
Siyasət
13 İyul 10:18
Dünya
13 İyul 09:45
Siyasət
13 İyul 09:38
Siyasət
13 İyul 09:37
Siyasət
13 İyul 09:36
Dünya
13 İyul 09:17
Gündəm
13 İyul 09:15
Sosial
13 İyul 08:53
Dünya
13 İyul 08:29
Dünya
12 İyul 23:26
Dünya
12 İyul 22:34
Dünya
12 İyul 21:20
Maraqlı
12 İyul 20:17
Dünya
12 İyul 19:20
Dünya
12 İyul 18:39
Dünya
12 İyul 17:28
Dünya
12 İyul 16:42
Xəbər lenti
12 İyul 15:31
Dünya
12 İyul 14:20
Dünya
12 İyul 13:19
Dünya
12 İyul 12:35
Dünya
12 İyul 11:16
Dünya
12 İyul 10:28
Dünya
12 İyul 10:06
İdman
12 İyul 09:56
İdman
12 İyul 09:33
Dünya
12 İyul 08:52
Elm
12 İyul 08:30
Sosial
12 İyul 08:00
Dünya
11 İyul 23:30
Siyasət
11 İyul 22:38
Siyasət
11 İyul 21:17
Sosial
11 İyul 20:29
Gündəm
11 İyul 19:44
Gündəm
11 İyul 18:45
Gündəm
11 İyul 17:59
Sosial
11 İyul 17:33
Hadisə
11 İyul 16:44
Gündəm
11 İyul 15:59
Gündəm
11 İyul 15:32
Gündəm
11 İyul 15:07
Dünya
11 İyul 14:25
Dünya
11 İyul 13:32
Gündəm
11 İyul 12:55
Gündəm
11 İyul 12:20
Siyasət
11 İyul 11:56
Gündəm
11 İyul 11:32
Sosial
11 İyul 11:18
Gündəm
11 İyul 11:05
Hərbi
11 İyul 10:52
Gündəm
11 İyul 10:45
Siyasət
11 İyul 10:39
YAP xəbərləri
11 İyul 10:23
Sosial
11 İyul 10:13
İqtisadiyyat
11 İyul 09:58
Analitik
11 İyul 09:30
MEDİA
11 İyul 09:17
Ədəbiyyat
11 İyul 08:53
Ədəbiyyat
11 İyul 08:35
İqtisadiyyat
10 İyul 23:21
İqtisadiyyat
10 İyul 22:45
Dünya
10 İyul 22:19

