“Rafale”in M88 mühərrikinin yığılması Fransadan kənarda həyata keçiriləcək
16.02.2026 [11:19]
Fransanın aviasiya mühərrikləri istehsalçısı “Safran” strateji əhəmiyyətli addım ataraq “Rafale” qırıcı təyyarəsini təchiz edən M88 mühərrikinin yığılması üçün Hindistanda montaj xətti yaradacağını elan edib. Bu, şirkətin Fransadan kənarda ilk belə təşəbbüsüdür və Hindistanın artan sifarişləri fonunda “Make in India” strategiyası çərçivəsində razılaşdırılıb.
AZƏRTAC xəbər verir ki, şirkətin baş direktoru Olivye Andries qərarı Parisdə qrupun 2025-ci il üzrə maliyyə nəticələrinin təqdimatı zamanı açıqlayıb. Onun sözlərinə görə, bu addım Hindistan tərəfindən böyük həcmdə yeni təyyarə sifarişinin mümkünlüyü ilə bağlıdır.
Fevralın 12-də Hindistan Müdafiə Satınalmaları Komitəsi əlavə 114 ədəd “Dassault Rafale” qırıcısının alınması layihəsini təsdiqləyib. Baş direktor bildirib ki, bu qərar uzun müddətdir Hindistan hakimiyyəti ilə aparılan danışıqların bir hissəsidir.
Son illərdə Hindistan hökuməti və Baş nazir Narendra Modi xarici sənaye şirkətlərini yerli istehsala cəlb etməyə çalışır. Bu siyasət “Make in India” adlı milli sənaye strategiyası çərçivəsində həyata keçirilir. Olivye Andries isə bildirib ki, “Safran” Hindistanın suverenlik tələbinə cavab vermək üçün lazım olanı etməyə hazırdır.
Xatırladaq ki, 2025-ci ilin noyabrında "Safran" artıq M88 mühərriki üçün Hindistanda texniki xidmət mərkəzi açacağını elan etmişdi. Bu, şirkət üçün ilk addım sayılırdı.
Texnologiya transferinə nail olmaq üçün “Dassault Aviation”, “Safran” və Hindistan hökuməti arasında danışıqlar mürəkkəb və uzunmüddətli olub.
Hindistan üçün bu addım Çin və Pakistanla gərgin geosiyasi şəraitdə milli müdafiə sənayesini gücləndirmək məqsədi daşıyır. Bununla yanaşı, “Safran” Fransa hökumətini də istehsalın ölkə daxilində davam edəcək strateji əhəmiyyəti barədə əmin edib.
Beləliklə, mühərrikin yığılması Hindistanda həyata keçiriləcək, lakin əsas və strateji komponentlər Fransada istehsal olunmağa davam edəcək.
Xəbər lenti
Hamısına baxDünya
09 Avqust 19:24
Dünya
09 Avqust 18:49
Dünya
09 Avqust 18:31
Dünya
09 Avqust 17:43
Dünya
09 Avqust 17:10
Dünya
09 Avqust 16:34
Dünya
09 Avqust 16:18
Siyasət
09 Avqust 16:00
İdman
09 Avqust 15:56
İqtisadiyyat
09 Avqust 15:23
Maraqlı
09 Avqust 14:50
İdman
09 Avqust 14:35
Dünya
09 Avqust 13:42
Maraqlı
09 Avqust 13:16
Yeni texnologiyalar
09 Avqust 12:34
Dünya
09 Avqust 12:19
Hadisə
09 Avqust 11:52
Dünya
09 Avqust 11:30
Hadisə
09 Avqust 10:45
İdman
09 Avqust 10:17
Hadisə
09 Avqust 09:59
Dünya
09 Avqust 09:25
Dünya
09 Avqust 08:50
Siyasət
09 Avqust 08:33
Dünya
09 Avqust 08:03
Siyasət
09 Avqust 00:20
Dünya
08 Avqust 23:39
Siyasət
08 Avqust 22:17
Hadisə
08 Avqust 21:24
Gündəm
08 Avqust 21:23
Gündəm
08 Avqust 20:08
Gündəm
08 Avqust 19:41
Sosial
08 Avqust 17:21
Sosial
08 Avqust 16:39
Analitik
08 Avqust 15:22
Siyasət
08 Avqust 15:08
Dünya
08 Avqust 13:24
Gündəm
08 Avqust 12:35
Dünya
08 Avqust 12:17
Elm
08 Avqust 12:06
Dünya
08 Avqust 11:35
Siyasət
08 Avqust 10:49
Yeni texnologiyalar
08 Avqust 10:25
Analitik
08 Avqust 09:55
Analitik
08 Avqust 09:32
Ədəbiyyat
08 Avqust 09:17
Sosial
08 Avqust 08:51
Sosial
08 Avqust 08:34
Dünya
07 Avqust 23:21
Maraqlı
07 Avqust 22:17
Maraqlı
07 Avqust 21:35
Analitik
07 Avqust 21:02
Siyasət
07 Avqust 21:00
Siyasət
07 Avqust 20:57
Siyasət
07 Avqust 20:41
Dünya
07 Avqust 20:17
Dünya
07 Avqust 19:22
Dünya
07 Avqust 18:45
Dünya
07 Avqust 18:19
Dünya
07 Avqust 17:49
Dünya
07 Avqust 17:25
Dünya
07 Avqust 16:57
Dünya
07 Avqust 16:40
Dünya
07 Avqust 16:23
İdman
07 Avqust 15:31
Dünya
07 Avqust 15:06
Dünya
07 Avqust 14:45
Hadisə
07 Avqust 14:19
Dünya
07 Avqust 13:50
Siyasət
07 Avqust 13:28

