Dünyada bunkerlərə tələbat artıb
16.03.2026 [20:49]
Yaxın Şərqdə baş verən proseslər fonunda dünyanın bir sıra ölkələrində bunker tikintisi üçün müraciət edənlərin sayının artdığı bildirilir. Xüsusilə nüvə elektrik stansiyalarının yaxınlığında yaşayanların belə sığınacaqlara maraq göstərdikləri deyilir.
AZƏRTAC Fransanın “Le Parisien” qəzetinə istinadla xəbər verir ki, Amerika Birləşmiş Ştatlarında fəaliyyət göstərən “Atlas Survival Shelters” şirkətinə bunkerlərin quraşdırılması ilə bağlı dünyanın müxtəlif ölkələrindən zənglər daxil olub. Şirkətin rəhbəri bildirib: “Bu tip məhsullara tələbat hazırda ən yüksək səviyyədədir, əvvəllər belə halla rastlaşmamaışam”.
Oxşar vəziyyət Fransada bunker tikintisi üzrə ixtisaslaşmış “France Bunker” şirkətində də müşahidə olunur. Şirkətin rəhbəri Patris Russel deyib ki, onların saytında bir gün ərzində “iki ay yarımlıq konsultasiya ziyarəti” qeydə alınıb.
Bununla belə, Fransada bunker quraşdırmaq o qədər də asan deyil. Bu iş ciddi qaydalarla tənzimlənir. Belə ki, bunker tikdirmək istəyən şəxsin kifayət qədər böyük torpaq sahəsi və ciddi maliyyə imkanları olmalıdır.
Bunker neçəyə başa gəlir?
Məlumata görə, bunkerlərin bir neçə növü mövcuddur. Ən sadə bunkerin qiyməti təxminən 60 min avrodan başlayır. 10–12 kvadratmetrlik belə sığınacaqda 2-3 həftə yaşamaq mümkündür. Bu məbləğə müştərilər su və elektrik şəbəkəsinə qoşulan kiçik bir yeraltı otaq əldə edirlər. Torpağın xüsusiyyətlərindən asılı olaraq qiymət arta bilər.
Daha rahat və uzunmüddətli yaşayış üçün nəzərdə tutulan bunkerlər isə təxminən 200 min avroya başa gəlir. Bu qiymətə hava filtrasiya sistemi, ehtiyat elektrik və su, tullantı sularının emalı da daxildir. Belə bir bunkerdə 4 nəfər bir neçə il yaşaya bilər.
Xəbər lenti
Hamısına baxDünya
09 Avqust 19:24
Dünya
09 Avqust 18:49
Dünya
09 Avqust 18:31
Dünya
09 Avqust 17:43
Dünya
09 Avqust 17:10
Dünya
09 Avqust 16:34
Dünya
09 Avqust 16:18
Siyasət
09 Avqust 16:00
İdman
09 Avqust 15:56
İqtisadiyyat
09 Avqust 15:23
Maraqlı
09 Avqust 14:50
İdman
09 Avqust 14:35
Dünya
09 Avqust 13:42
Maraqlı
09 Avqust 13:16
Yeni texnologiyalar
09 Avqust 12:34
Dünya
09 Avqust 12:19
Hadisə
09 Avqust 11:52
Dünya
09 Avqust 11:30
Hadisə
09 Avqust 10:45
İdman
09 Avqust 10:17
Hadisə
09 Avqust 09:59
Dünya
09 Avqust 09:25
Dünya
09 Avqust 08:50
Siyasət
09 Avqust 08:33
Dünya
09 Avqust 08:03
Siyasət
09 Avqust 00:20
Dünya
08 Avqust 23:39
Siyasət
08 Avqust 22:17
Hadisə
08 Avqust 21:24
Gündəm
08 Avqust 21:23
Gündəm
08 Avqust 20:08
Gündəm
08 Avqust 19:41
Sosial
08 Avqust 17:21
Sosial
08 Avqust 16:39
Analitik
08 Avqust 15:22
Siyasət
08 Avqust 15:08
Dünya
08 Avqust 13:24
Gündəm
08 Avqust 12:35
Dünya
08 Avqust 12:17
Elm
08 Avqust 12:06
Dünya
08 Avqust 11:35
Siyasət
08 Avqust 10:49
Yeni texnologiyalar
08 Avqust 10:25
Analitik
08 Avqust 09:55
Analitik
08 Avqust 09:32
Ədəbiyyat
08 Avqust 09:17
Sosial
08 Avqust 08:51
Sosial
08 Avqust 08:34
Dünya
07 Avqust 23:21
Maraqlı
07 Avqust 22:17
Maraqlı
07 Avqust 21:35
Analitik
07 Avqust 21:02
Siyasət
07 Avqust 21:00
Siyasət
07 Avqust 20:57
Siyasət
07 Avqust 20:41
Dünya
07 Avqust 20:17
Dünya
07 Avqust 19:22
Dünya
07 Avqust 18:45
Dünya
07 Avqust 18:19
Dünya
07 Avqust 17:49
Dünya
07 Avqust 17:25
Dünya
07 Avqust 16:57
Dünya
07 Avqust 16:40
Dünya
07 Avqust 16:23
İdman
07 Avqust 15:31
Dünya
07 Avqust 15:06
Dünya
07 Avqust 14:45
Hadisə
07 Avqust 14:19
Dünya
07 Avqust 13:50
Siyasət
07 Avqust 13:28

