Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Dünya / Xəbərdarlıq: 10 Afrika ölkəsində yüksək Ebola epidemiyası riski var

Xəbərdarlıq: 10 Afrika ölkəsində yüksək Ebola epidemiyası riski var

25.05.2026 [21:24]

Konqo Demokratik Respublikasında və Uqandada baş verən son Ebola epidemiyası ilə bağlı 10 Afrika ölkəsi yüksək risk altındadır.

AZƏRTAC xəbər verir ki, bu barədə Afrikanın Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzi (Africa CDC) xəbərdarlıq edib.

Qurumun baş direktoru Jan Kaseya onlayn brifinqdə bildirib ki, yüksək riskli ölkələrə Cənubi Sudan, Ruanda, Keniya, Zambiya, Mərkəzi Afrika Respublikası, Tanzaniya, Efiopiya, Anqola, Konqo Respublikası və Burundi daxildir.

Afrika İttifaqının ixtisaslaşmış səhiyyə orqanının məlumatına görə, Konqo Demokratik Respublikası mayın 15-də Ebola epidemiyası elan etdikdən bəri, həm şübhəli, həm də təsdiqlənmiş hallar daxil olmaqla, ümumilikdə 745 yoluxma halı qeydə alınıb. Eyni zamanda, Ebola ilə əlaqəsi ehtimal olunan 176 ölüm hadisəsi baş verib.

Paylaş:
Baxılıb: 448 dəfə

Xəbər lenti

Hamısına bax

Analitik

Siyasət

Bu, ilk dəfəydi...

08 Avqust 15:08

Analitik

Ədəbiyyat

Şənbə üçün nəzm

08 Avqust 09:17  

Sosial

Robotlar robotu

08 Avqust 08:34

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 31