Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Dünya / İndoneziyada müharibə dövründən qalan bomba partladı: 5 nəfər həlak oldu

İndoneziyada müharibə dövründən qalan bomba partladı: 5 nəfər həlak oldu

01.06.2026 [20:45]

İndoneziyanın şərqində İkinci Dünya müharibəsi zamanından qaldığı ehtimal edilən bomba partlayıb.

AZƏRTAC xəbər verir ki, “Jakarta Globe” qəzetinin yaydığı məlumata görə, bombanın partlaması nəticəsində beş nəfər həlak olub. Daha üç nəfər itkin düşüb və azı 19 nəfər yaralanıb. Hadisə bazar günü günortadan sonra Papua əyalətində baş verib.Yerli polis bildirib ki, partlayışa İkinci Dünya müharibəsi dövrünə aid bombanın səbəb olduğu güman edilir.

Güclü partlayış hadisə yerinə yaxın altı evi yerlə-yeksan edib. İlkin şahid ifadələrinə əsasən, bomba yerli sakinlərin müdaxiləsi nəticəsində partlayıb. Polis, həmçinin yaxınlıqda partlamamış minaatan mərmisi tapıb.

Paylaş:
Baxılıb: 18 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

YAP xəbərləri

Sosial

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30