Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Dünya / Almaniyada Sol Partiyaya yeni həmsədrlər seçilib

Almaniyada Sol Partiyaya yeni həmsədrlər seçilib

21.06.2026 [12:30]

Almaniyada Sol Partiyanın qurultayında yeni həmsədrlər seçilib.

AZƏRTAC xəbər verir ki, İnes Şverdtner və Luici Pantizano Sol Partiyanın yeni həmsədrləri olublar. Potsdamda keçirilən qurultayda İ.Şverdner 85,7 faiz səslə təsdiqlənib. L.Pantizano isə səhhətindəki problemlərə görə yenidən seçkilərə qatılmayan Yan van Akenin yerinə cəmi 53,3 faiz səslə seçilib.

İ.Şverdtner çıxışında partiyanın hökumətin planlaşdırdığı sosial xərclərin ixtisarına qarşı mübarizəni davam etdirəcəyini bildirib. Onun sözlərinə görə, Sol Partiya bələdiyyələrdə sosial işçilərin, idman infrastrukturunun və uşaqların maraqlarını müdafiə etməkdə davam edəcək. L.Pantizano partiyanın fəhlə və əməkçi təbəqə arasında dəstəyini gücləndirməyi əsas prioritetlərdən biri kimi göstərib.

Sol Partiya INSA təşkilatının apardığı son rəy sorğusunun nəticələrinə əsasən 10 faiz səsə malikdir.

Paylaş:
Baxılıb: 348 dəfə

Xəbər lenti

Hamısına bax

Siyasət

Dünya

2031-ci ilədək...

18 İyul 11:39

İqtisadiyyat

Turizm

Ədəbiyyat

Şənbə üçün nəzm

18 İyul 09:15  

İdman

Ədəbiyyat

“Qəliz” dil

18 İyul 08:38

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31