Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Dünya / Almaniyada federal hökumətlə əyalətlər arasında maliyyə mübahisəsi barədə razılıq əldə olunub

Almaniyada federal hökumətlə əyalətlər arasında maliyyə mübahisəsi barədə razılıq əldə olunub

26.06.2026 [16:41]

Almaniyada federal hökumət ilə əyalətlər arasında uzun müddətdir davam edən maliyyə mübahisəsi barədə razılıq əldə olunub. Razılığa əsasən, sentyabrın 1-dən etibarən yeni federal qanunların bələdiyyələr üçün yaratdığı əlavə xərclərin 80 faizini federal büdcə qarşılayacaq.

AZƏRTAC xəbər verir ki, bu razılaşma Kansler Fridrix Merts ilə əyalətlərin rəhbərləri arasında keçirilən danışıqlardan sonra elan olunub.

Yeni mexanizm “qərarı verən xərci ödəyir” prinsipi əsasında qurulub. Buna görə də federal hökumətin qəbul etdiyi və yerli idarəetmə orqanları üçün əlavə maliyyə yükü yaradan qanunlara görə kompensasiya ödənilməsi nəzərdə tutulur.

Mübahisənin əsas səbəbi federal səviyyədə qəbul edilən bəzi qanunların bələdiyyələrin xərclərini artırması olub. Xüsusilə əlilliyi olan şəxslərin hüquqlarının genişləndirilməsi, uşaq və gənclərə yardım sistemi, eləcə də tək valideynli ailələr üçün aliment avansları ilə bağlı qanunlar əyalətlərin büdcələrinə ciddi əlavə yük yaradır.

Federal hökumətin məlumatına görə, son on ildə ilk iki sahə üzrə bələdiyyələrin xərcləri iki dəfə, aliment avansları ilə bağlı xərclər isə dörd dəfə artıb. Yeni razılaşmanın yerli idarəetmə orqanlarının maliyyə dayanıqlığını gücləndirəcəyi gözlənilir.

Paylaş:
Baxılıb: 75 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

Gündəm

Gündəm

35 il bir yerdə

26 İyun 10:20  

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30