/ / İtaliya və Balkanlarda anormal istilər hökm sürür, meşə yanğınları ilə bağlı narahatlıqlar artır
İtaliya və Balkanlarda anormal istilər hökm sürür, meşə yanğınları ilə bağlı narahatlıqlar artır
30.06.2026 [15:23]
Bazar ertəsi İtaliya və Balkan ölkələri yüzlərlə əlavə ölüm halına səbəb olan və bütün qitədə gündəlik həyatı pozan rekord istilərin təsirini hiss edib. Rekord yüksək temperatur fonunda meşə yanğınlarının yayılması ilə bağlı narahatlıqlar artır.
AZƏRTAC xəbər verir ki, hökumətlər gələn həftənin əvvəlindən etibarən son bir neçə gündə daha çox zərər çəkmiş Fransa və Almaniya kimi ölkələrdə isti havanın yenidən güclənəcəyini bildiriblər.
“Reuters” agentliyinin yazdığına görə, İtaliyada şimaldakı Bolzanodan Siciliya adasının cənubundakı Palermoyadək 22 şəhərdə yüksək temperaturla əlaqədar qırmızı təhlükə səviyyəsi elan olunub.
Xorvatiyada meteorologiya xidməti bazar ertəsi paytaxt Zaqreb, eləcə də Split və Dubrovnik kimi turizm şəhərləri üçün qırmızı təhlükə səviyyəsi elan edib. Dörd təyyarənin dəstəyi ilə onlarla yanğınsöndürən Adriatik dənizində, Splitdən təxminən 55 kilometr cənub-qərbdə yerləşən Vis turizm adasında şam meşələrini bürümüş meşə yanğınının söndürülməsi istiqamətində mübarizə aparıb.
Qonşu Serbiyada Dövlət Hidrometeorologiya Xidməti bazar ertəsi havanın temperaturunun 39 dərəcə Selsiyə çatacağı barədə xəbərdarlıq edib.
Albaniyada həftəsonu ölkənin cənubundakı Klos kəndi yaxınlığında hektarlarla ərazidəki kolluq və zeytun bağlarını məhv edən meşə yanğını lokallaşdırılıb.
Alimlər bildiriblər ki, iyunun 20-dən başlayan isti hava dalğası Avropada indiyədək qeydə alınmış ən güclü istilər olub. Nəticədə elektrik təchizatı pozulub, infrastruktur zədələnib və səhiyyə sistemi həddindən artıq yüklənib.
Alimlərin fikrincə, insan fəaliyyəti nəticəsində yaranan iqlim dəyişikliyi olmasaydı, belə bir isti hava dalğasının baş verməsi “praktiki olaraq mümkün olmazdı”. Belə ki, bu həftə gecə temperaturunun yüksəlməsi ehtimalı cəmi iyirmi il əvvəllə müqayisədə 100 dəfə çoxdur.
İtaliya Meteorologiya Cəmiyyətinin prezidenti Luka Merkallinin sözlərinə görə, iyulun 5-6-da temperaturun yenidən kəskin yüksələcəyi gözlənilir.
“Güclü istilər səbəbindən meşə yanğınları riski artır. Bununla yanaşı, çoxsaylı leysan yağışları da müşahidə olunur ki, bu da təbii olaraq həmin riski azaldır”, – deyə o əlavə edib. O qeyd edib ki, leysan yağışları çox lokal xarakter daşıdığı üçün yağıntının miqdarı müxtəlif ərazilərdə əhəmiyyətli dərəcədə fərqlənə bilər.
Həftəsonu isti hava ilə əlaqədar yeni faciələr barədə də məlumatlar daxil olub.
Polisin məlumatına görə, bazar günü günorta saatlarında Kiprdə qızmar günəş altında qalmış avtomobildə 8 və 10 yaşlı, Bolqarıstandan olan iki oğlan uşağının meyiti aşkarlanıb. Hazırda Kiprdə havanın temperaturu təxminən 38 dərəcə Selsi təşkil edir ki, bu da Şərqi Aralıq dənizində yerləşən ada üçün ilin bu dövründə anomal istilər hesab olunmur.
Bazar günü Varşava yaxınlığındakı Marki şəhərində keçirilən “Poland Bike Marathon” seriyasının yarışları zamanı 30 və 71 yaşlı iki velosipedçi həlak olub.
Həmin gün Polşada havanın temperaturu 40,5 dərəcə Selsiyə çataraq yeni rekord maksimum göstərici qeydə alınıb.
Xəbər lenti
Hamısına baxDünya
18 İyul 22:39
Mədəniyyət
18 İyul 21:40
Maraqlı
18 İyul 20:17
İqtisadiyyat
18 İyul 19:30
İdman
18 İyul 18:42
Dünya
18 İyul 18:25
Maraqlı
18 İyul 17:53
İdman
18 İyul 17:19
Elm
18 İyul 16:44
Dünya
18 İyul 16:31
Dünya
18 İyul 15:59
Dünya
18 İyul 15:24
Dünya
18 İyul 14:40
Dünya
18 İyul 14:17
Gündəm
18 İyul 13:35
Dünya
18 İyul 13:10
Siyasət
18 İyul 12:56
Siyasət
18 İyul 12:20
Gündəm
18 İyul 11:53
Dünya
18 İyul 11:39
Gündəm
18 İyul 11:24
İqtisadiyyat
18 İyul 10:55
Yeni texnologiyalar
18 İyul 10:31
Turizm
18 İyul 10:19
Analitik
18 İyul 09:54
Ədəbiyyat
18 İyul 09:32
Ədəbiyyat
18 İyul 09:15
İdman
18 İyul 08:50
Ədəbiyyat
18 İyul 08:38
Dünya
18 İyul 07:59
Hadisə
18 İyul 07:39
Dünya
18 İyul 07:23
Dünya
18 İyul 07:22
Dünya
18 İyul 07:22
Dünya
17 İyul 23:41
İqtisadiyyat
17 İyul 23:20
Dünya
17 İyul 23:20
Dünya
17 İyul 22:46
Dünya
17 İyul 22:45
Dünya
17 İyul 22:19
Dünya
17 İyul 21:53
Xəbər lenti
17 İyul 21:34
Dünya
17 İyul 21:25
Mədəniyyət
17 İyul 20:48
Dünya
17 İyul 20:42
İqtisadiyyat
17 İyul 20:31
Dünya
17 İyul 20:17
Elm
17 İyul 19:50
Dünya
17 İyul 19:28
İqtisadiyyat
17 İyul 19:10
Mədəniyyət
17 İyul 18:50
İdman
17 İyul 18:48
Dünya
17 İyul 18:45
Dünya
17 İyul 18:30
Dünya
17 İyul 18:05
Siyasət
17 İyul 17:54
Elm
17 İyul 17:50
YAP xəbərləri
17 İyul 17:49
Dünya
17 İyul 17:44
Dünya
17 İyul 17:25
YAP xəbərləri
17 İyul 17:24
Sosial
17 İyul 17:10
İqtisadiyyat
17 İyul 17:07
Elm
17 İyul 17:03
Gündəm
17 İyul 17:00
Elm
17 İyul 16:52
Dünya
17 İyul 16:45
İqtisadiyyat
17 İyul 16:30
Siyasət
17 İyul 16:27
Xəbər lenti
17 İyul 16:10

