Fransada ƏDV fırıldaqçılığı və çirkli pulların yuyulması üzrə istintaq başlanıb
30.06.2026 [21:56]
Avropa Prokurorluğu (EPPO) bildirib ki, ƏDV üzrə “karusel” tipli fırıldaqçılıqla bağlı aparılan istintaq çərçivəsində Paris bölgəsində 6 axtarış aparılıb və 6 nəfər dindirilib. Zərərin təxminən 13 milyon avro, maliyyə dövriyyəsinin isə 160 milyon avro olduğu bildirilir.
AZƏRTAC xəbər verir ki, istintaq, həmçinin çirkli pulların yuyulması və cinayətkar təşkilatda iştirak şübhələrini əhatə edir. İş üzrə əsasən İle-de-Frans bölgəsində yerləşən 26 fransız şirkəti araşdırılır. EPPO-nun məlumatına görə, əməliyyatlar iyunun 25-də Parisdə keçirilib. Araşdırmalar zamanı sənədlər, rəqəmsal daşıyıcılar, lüks avtomobil və təxminən 60 min avro nağd pul müsadirə olunub. İstintaq materiallarına əsasən, sxem real iqtisadi fəaliyyəti olmayan, yalnız nəzarətdən yayınmaq üçün yaradılmış qısaömürlü şirkətlər şəbəkəsinə əsaslanıb. Bu şirkətlərin iki il ərzində 80-dən çox bank və ödəniş hesabından istifadə edərək təxminən 160 milyon avro dövriyyə etdiyi müəyyən olunub. Dindirilən 6 nəfərin bu şirkətlərin maliyyə idarəçiliyində və fırıldaqdan əldə olunan vəsaitlərin yuyulmasında iştirak etməkdə şübhəli olduğu bildirilir.
EPPO-nun açıqlamasına görə, iş Avropa İttifaqı daxilində sərhədlərarası əməliyyatlarda ƏDV azadolma qaydalarından sui-istifadə edilərək, vergi itkilərinə səbəb olan “karusel” sxemi ilə bağlıdır. Bu şübhələr 2025-ci ilin avqustunda Fransanın Vergi Araşdırmaları Milli İdarəsi tərəfindən Avropa Prokurorluğuna ötürülüb.
Araşdırmalar Milli Antifırıldaq İdarəsinin iştirakı ilə davam edir.
Avropa Prokurorluğu xatırladır ki, bütün şübhəlilər Fransanın müvafiq məhkəmələri tərəfindən yekun hökm çıxarılanadək günahsız sayılır.
Xəbər lenti
Hamısına baxDünya
18 İyul 22:39
Mədəniyyət
18 İyul 21:40
Maraqlı
18 İyul 20:17
İqtisadiyyat
18 İyul 19:30
İdman
18 İyul 18:42
Dünya
18 İyul 18:25
Maraqlı
18 İyul 17:53
İdman
18 İyul 17:19
Elm
18 İyul 16:44
Dünya
18 İyul 16:31
Dünya
18 İyul 15:59
Dünya
18 İyul 15:24
Dünya
18 İyul 14:40
Dünya
18 İyul 14:17
Gündəm
18 İyul 13:35
Dünya
18 İyul 13:10
Siyasət
18 İyul 12:56
Siyasət
18 İyul 12:20
Gündəm
18 İyul 11:53
Dünya
18 İyul 11:39
Gündəm
18 İyul 11:24
İqtisadiyyat
18 İyul 10:55
Yeni texnologiyalar
18 İyul 10:31
Turizm
18 İyul 10:19
Analitik
18 İyul 09:54
Ədəbiyyat
18 İyul 09:32
Ədəbiyyat
18 İyul 09:15
İdman
18 İyul 08:50
Ədəbiyyat
18 İyul 08:38
Dünya
18 İyul 07:59
Hadisə
18 İyul 07:39
Dünya
18 İyul 07:23
Dünya
18 İyul 07:22
Dünya
18 İyul 07:22
Dünya
17 İyul 23:41
İqtisadiyyat
17 İyul 23:20
Dünya
17 İyul 23:20
Dünya
17 İyul 22:46
Dünya
17 İyul 22:45
Dünya
17 İyul 22:19
Dünya
17 İyul 21:53
Xəbər lenti
17 İyul 21:34
Dünya
17 İyul 21:25
Mədəniyyət
17 İyul 20:48
Dünya
17 İyul 20:42
İqtisadiyyat
17 İyul 20:31
Dünya
17 İyul 20:17
Elm
17 İyul 19:50
Dünya
17 İyul 19:28
İqtisadiyyat
17 İyul 19:10
Mədəniyyət
17 İyul 18:50
İdman
17 İyul 18:48
Dünya
17 İyul 18:45
Dünya
17 İyul 18:30
Dünya
17 İyul 18:05
Siyasət
17 İyul 17:54
Elm
17 İyul 17:50
YAP xəbərləri
17 İyul 17:49
Dünya
17 İyul 17:44
Dünya
17 İyul 17:25
YAP xəbərləri
17 İyul 17:24
Sosial
17 İyul 17:10
İqtisadiyyat
17 İyul 17:07
Elm
17 İyul 17:03
Gündəm
17 İyul 17:00
Elm
17 İyul 16:52
Dünya
17 İyul 16:45
İqtisadiyyat
17 İyul 16:30
Siyasət
17 İyul 16:27
Xəbər lenti
17 İyul 16:10

