Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Dünya / ABŞ bombardmançı təyyarələrini Böyük Britaniyadakı bazadan geri çəkib

ABŞ bombardmançı təyyarələrini Böyük Britaniyadakı bazadan geri çəkib

02.07.2026 [18:15]

ABŞ Hərbi Hava Qüvvələrinə məxsus “B-52 Stratofortress” strateji bombardmançı təyyarələri Böyük Britaniyadakı bazanı tərk edib.

AZƏRTAC xəbər verir ki, bu barədə “The War Zone” nəşri məlumat yayıb.

Nəşrin məlumatına görə, İrana qarşı hərbi əməliyyatların dəstəklənməsi məqsədilə bölgəyə yerləşdirilən altı “B-52 Stratofortress” bombardmançısı iyulun 1-də Fairford Kral Hərbi Hava Qüvvələri bazasını tərk edib. Bildirilir ki, bu təyyarələrdən İran ərazisinə endirilən zərbələr zamanı istifadə olunub.

Qeyd edilib ki, bombardmançıların Böyük Britaniyadan çıxarılması ABŞ-nin zərurət yaranacağı halda İrana qarşı əməliyyatları bərpa etmək imkanlarını məhdudlaşdırmır. Fairford bazasında “12 B-1 Lancer” strateji bombardmançısı qalır. Bundan əlavə, Vaşinqton ABŞ ərazisində yerləşən “B-52 Stratofortress”, “B-1 Lancer” və “B-2 Spirit” bombardmançılarından da istifadə edə bilər.

Paylaş:
Baxılıb: 294 dəfə

Xəbər lenti

Hamısına bax

Siyasət

Dünya

2031-ci ilədək...

18 İyul 11:39

İqtisadiyyat

Turizm

Ədəbiyyat

Şənbə üçün nəzm

18 İyul 09:15  

İdman

Ədəbiyyat

“Qəliz” dil

18 İyul 08:38

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31