“CBS News”: İranın inkişaf etmiş raket arsenalı Yaxın Şərqdəki ABŞ qoşunlarına problem yaradır
22.07.2026 [22:20]
“CBS News” telekanalının verdiyi məlumata görə, Tehranın Körfəz ölkələrinə və Amerika qoşunlarına zərbələri fonunda İranın inkişaf etmiş raket arsenalı Yaxın Şərqdə ABŞ qoşunları üçün problem yaradır.
AZƏRTAC xəbər verir ki, telekanalın məlumatına görə, İran raketləri hədəflərinə çatdıqda, bu, ABŞ və müttəfiqlərinin hava hücumundan müdafiə qüvvələrinin onları ya ələ keçirə bilməməsi, ya da vaxtında aşkar edə bilməməsi deməkdir.
Amerikanın iki əsgərinin ölümünə və birinin itkin düşməsinə səbəb olan İranın İordaniyadakı hərbi hava bazasına hücumundan sonra Dövlət katibi Marko Rubio bildirib: “Bir raket sızdı. Demək olar ki, bütün raketləri vurduq. Biri sızdı, bu, ürəkağrıdıcıdır”.
Materialda deyilir ki, bu, yeganə hadisə deyil. “CBS News”a görə, eyni bazaya son 48 saat ərzində iki dəfə zərbə endirilib və birbaşa zərbələr nəticəsində onlarla ABŞ əsgəri yaralanıb.
Telekanal qeyd edir ki, İranın dəqiq idarə olunan raketləri İordaniyada ABŞ raket müdafiə sistemlərinə dəfələrlə daxil olub. Raketlərin bazaya necə çatdığı sualına cavab verən ABŞ Mərkəzi Komandanlığının sözçüsü kapitan Tim Hokins Amerika və tərəfdaş qüvvələrin iyulun 17-də İranın qonşu Körfəz ölkələrinə atdığı onlarla raket və dronu məhv etdiyini deyib, lakin təəssüflə bildirib ki, onlardan bir neçəsi hədəfə çatıb.
Prezident Donald Tramp isə müdafiə uğursuzluğuna görə başqalarının da məsuliyyət daşıdığını irəli sürərək, hərbi bazada İran raketlərinin hədəfə çatmasına imkan verin operatorların olduğunu deyib. O, əlavə edib: “Dünyanın ən yaxşı avadanlıqları bizdədir. Amma işinizi başqalarının görməsinə icazə verdikdə, bəzən bu o qədər də yaxşı alınmır”. Tramp, həmçinin həmin operatorların kimlərdən ibarət olduğunu dəqiqləşdirməyib.
Pentaqon daha sonra təsdiqləyib ki, bu ay İordaniyadakı son ölümcül zərbə istisna olmaqla, Yaxın Şərqdə İranın hücumlarında təxminən 100 ABŞ hərbçisi yaralanıb.
Təqaüddə olan iordaniyalı general-leytenant Qasid Mahmud İranın hücumlarının artan effektivliyini təkmilləşdirilmiş raket texnologiyası ilə əlaqələndirib. O əlavə edib: “İranlılar radarın diqqətini yayındırmaq üçün sadə raketlərdən istifadə edirlər. Daha sonra daha keyfiyyətli raketlər atırlar və bu raketlər son 30 və ya 40 kilometrdə hədəflərini dəyişir”.
Xəbər lenti
Hamısına baxDünya
30 İyul 23:47
Dünya
30 İyul 23:18
Dünya
30 İyul 22:55
Dünya
30 İyul 22:25
Dünya
30 İyul 21:15
Dünya
30 İyul 20:48
Dünya
30 İyul 20:20
Dünya
30 İyul 19:50
Gündəm
30 İyul 19:33
Dünya
30 İyul 19:20
Dünya
30 İyul 18:40
Dünya
30 İyul 17:25
Gündəm
30 İyul 16:32
Dünya
30 İyul 16:19
Dünya
30 İyul 15:38
YAP xəbərləri
30 İyul 15:31
İqtisadiyyat
30 İyul 14:50
Sosial
30 İyul 14:33
Sosial
30 İyul 14:31
Sosial
30 İyul 14:29
YAP xəbərləri
30 İyul 14:24
Dünya
30 İyul 14:22
YAP xəbərləri
30 İyul 13:58
Elanlar
30 İyul 13:49
Dünya
30 İyul 13:41
Dünya
30 İyul 13:17
Elm
30 İyul 12:57
Sosial
30 İyul 12:57
Elm
30 İyul 12:56
Dünya
30 İyul 12:49
Sosial
30 İyul 12:31
İqtisadiyyat
30 İyul 12:20
İqtisadiyyat
30 İyul 12:19
Sosial
30 İyul 11:58
Gündəm
30 İyul 11:25
Mədəniyyət
30 İyul 11:15
Mədəniyyət
30 İyul 11:14
Siyasət
30 İyul 10:42
İqtisadiyyat
30 İyul 10:17
Siyasət
30 İyul 09:54
Sosial
30 İyul 09:30
Dünya
30 İyul 09:15
Analitik
30 İyul 08:57
Analitik
30 İyul 08:33
Elm
30 İyul 07:56
İdman
30 İyul 07:54
Dünya
30 İyul 07:45
Dünya
30 İyul 07:44
Dünya
29 İyul 23:17
Dünya
29 İyul 22:41
Dünya
29 İyul 22:19
İqtisadiyyat
29 İyul 21:50
Dünya
29 İyul 21:22
Dünya
29 İyul 21:09
Dünya
29 İyul 20:45
Xəbər lenti
29 İyul 20:32
Siyasət
29 İyul 20:27
Dünya
29 İyul 20:16
Siyasət
29 İyul 20:15
Siyasət
29 İyul 19:59
Dünya
29 İyul 19:50
Siyasət
29 İyul 19:44
Siyasət
29 İyul 19:36
Dünya
29 İyul 19:25
Dünya
29 İyul 19:10
Turizm
29 İyul 18:31
İdman
29 İyul 17:19
Sosial
29 İyul 16:25
Gündəm
29 İyul 16:13
Sosial
29 İyul 15:51

