Vanuatu Fransa ilə “Matthew” və “Hunter” adaları üzrə mübahisəni beynəlxalq məhkəməyə çıxarır
03.08.2026 [17:35]
Vanuatunun müstəqillik günü münasibətilə keçirilən tədbirdə ölkə hökuməti “Matthew” və “Hunter” adaları üzərində suverenliyinin tanınması üçün beynəlxalq hüquqi mexanizmlərə müraciət etmək niyyətini bir daha təsdiqləyib.
AZƏRTAC ”Le Monde” nəşrinə istinadla xəbər verir ki, Sakit okeanda yerləşən və hazırda Fransanın nəzarətində olan bu iki kiçik vulkanik ada Vanuatu tərəfindən uzun illərdir iddia olunur.
Baş nazir Cotam Napat bəyan edib ki, ölkənin müstəqillik prosesi yalnız “Matthew” və “Hunter” adalarının Vanuatunun tərkib hissəsi kimi tanınmasından sonra tamamlanmış hesab edilə bilər. Onun sözlərinə görə, bu ərazilər Vanuatuya məxsusdur və hökumətin mövqeyi dəyişməz olaraq qalır.
İyulun əvvəlində Fransanın xarici işlər naziri Jan-Noel Barro ilə Parisdə keçirilən görüşdən sonra Vanuatunun baş nazirinin müavini Conni Koanapo 2025-ci ilin noyabrından bəri aparılan danışıqların nəticəsiz qaldığını açıqlamışdı. O bildirmişdi ki, tərəflərin mövqeləri bir-birindən çox uzaqdır və artıq növbəti mərhələyə keçmək vaxtıdır.
Fransa “Matthew” və “Hunter” adaları üzərində suverenliyini 1965-ci ildə Paris və London arasında bağlanmış razılaşmaya əsaslandırır. Həmin dövrdə Vanuatu Fransa və Böyük Britaniyanın birgə idarə etdiyi müstəmləkə idi. Vanuatu isə hesab edir ki, bu razılaşma beynəlxalq hüquqa ziddir, çünki yerli əhali ilə məsləhətləşmə aparılmayıb. Məhz buna görə də ölkə 1980-ci ildə müstəqillik qazandıqdan bəri bu adalar üzərində hüquqlarını irəli sürür.
Sahəsi cəmi bir kvadrat kilometr olan “Matthew” və “Hunter” adaları Fransaya təxminən 350 min kvadrat kilometrlik müstəsna iqtisadi zona qazandırdığı üçün strateji əhəmiyyət daşıyır. Məhz bu səbəbdən mübahisə iki ölkə arasındakı münasibətlərdə mühüm gərginlik mənbəyinə çevrilib. 2005 və 2014-cü illərdə Vanuatu məsələni BMT-yə çıxarmaqla hədələmiş, 2018–2019-cu illərdə və 2025-ci ilin sonunda aparılan danışıqlar isə nəticə verməmişdi.
Paris dialoqun tamamilə dayanmadığını və müzakirələri davam etdirməyə hazır olduğunu bildirir. Bununla belə, Vanuatuda hesab olunur ki, Fransada qarşıdan gələn siyasi təqvim və daxili qanunvericilik suverenlik məsələsində kompromis əldə olunmasını çətinləşdirir. Hind okeanındakı Tromlen adası ilə bağlı Fransa və Mavriki arasında 2010-cu ildə imzalanmış birgə idarəetmə sazişinin bu günədək Fransa parlamenti tərəfindən ratifikasiya olunmaması buna nümunə göstərilir. Mövcud vəziyyətdə Vanuatu üçün bir neçə hüquqi yol nəzərdən keçirilir. Beynəlxalq vasitəçilik mümkün variantlardan biri olsa da, bunun üçün hər iki tərəfin razılığı tələb olunur. Beynəlxalq Ədalət Məhkəməsində iddia qaldırılması isə mümkün görünmür, çünki Fransa 1974-cü ildən bu məhkəmənin məcburi yurisdiksiyasını tanımır.
Digər ehtimal BMT Baş Assambleyası vasitəsilə Beynəlxalq Ədalət Məhkəməsindən (BƏM) məsləhət xarakterli rəy alınmasıdır. Belə rəylər hüquqi baxımdan məcburi olmasa da, ciddi siyasi təsir göstərə bilir. 2019-cu ildə Mavrikin Çaqos arxipelaqı ilə bağlı əldə etdiyi məsləhət rəyi bunun nümunəsi hesab olunur və Vanuatu öz arqumentlərinin həmin işlə oxşarlıq təşkil etdiyini vurğulayır.
Beynəlxalq hüquq üzrə mütəxəssis Jeraldin Jirodonun fikrincə, Vanuatunun əsas arqumenti Çaqos işi ilə əhəmiyyətli dərəcədə üst-üstə düşür. O qeyd edir ki, “Matthew” və “Hunter” adaları yaşayışsız olsa da, müstəmləkə ərazisinin bütövlüyü baxımından yerli əhalinin razılığı prinsipi yenə də əhəmiyyət daşıyır.
Fransa isə adalar üzərində onilliklərdir faktiki və davamlı suverenlik həyata keçirdiyini əsas arqument kimi irəli sürür. Bununla belə, bəzi hüquqşünaslar hesab edirlər ki, beynəlxalq məhkəmə tərəflər arasındakı imkan fərqini də nəzərə ala bilər.
Baş nazir Cotam Napat çıxışında Vanuatunun mövqeyini bir daha vurğulayaraq bildirib: “Biz kiçik dövlətik, lakin böyük ölkələrlə bərabər səviyyədə danışmaqdan çəkinmirik”.
İqlim dəyişikliyi məsələsində kiçik ada dövlətlərinin aparıcı sözçülərindən biri kimi tanınan Vanuatu beynəlxalq hüquqi mexanizmlərdən istifadə sahəsində geniş təcrübəyə malikdir. Ölkə yaxın gələcəkdə “Matthew” və “Hunter” adaları ilə bağlı iddiasını müdafiə etmək üçün də bu vasitələrə yenidən müraciət edə bilər.
Xəbər lenti
Hamısına baxDünya
09 Avqust 21:35
Maraqlı
09 Avqust 20:17
Dünya
09 Avqust 19:24
Dünya
09 Avqust 18:49
Dünya
09 Avqust 18:31
Dünya
09 Avqust 17:43
Dünya
09 Avqust 17:10
Dünya
09 Avqust 16:34
Dünya
09 Avqust 16:18
Siyasət
09 Avqust 16:00
İdman
09 Avqust 15:56
İqtisadiyyat
09 Avqust 15:23
Maraqlı
09 Avqust 14:50
İdman
09 Avqust 14:35
Dünya
09 Avqust 13:42
Maraqlı
09 Avqust 13:16
Yeni texnologiyalar
09 Avqust 12:34
Dünya
09 Avqust 12:19
Hadisə
09 Avqust 11:52
Dünya
09 Avqust 11:30
Hadisə
09 Avqust 10:45
İdman
09 Avqust 10:17
Hadisə
09 Avqust 09:59
Dünya
09 Avqust 09:25
Dünya
09 Avqust 08:50
Siyasət
09 Avqust 08:33
Dünya
09 Avqust 08:03
Siyasət
09 Avqust 00:20
Dünya
08 Avqust 23:39
Siyasət
08 Avqust 22:17
Hadisə
08 Avqust 21:24
Gündəm
08 Avqust 21:23
Gündəm
08 Avqust 20:08
Gündəm
08 Avqust 19:41
Sosial
08 Avqust 17:21
Sosial
08 Avqust 16:39
Analitik
08 Avqust 15:22
Siyasət
08 Avqust 15:08
Dünya
08 Avqust 13:24
Gündəm
08 Avqust 12:35
Dünya
08 Avqust 12:17
Elm
08 Avqust 12:06
Dünya
08 Avqust 11:35
Siyasət
08 Avqust 10:49
Yeni texnologiyalar
08 Avqust 10:25
Analitik
08 Avqust 09:55
Analitik
08 Avqust 09:32
Ədəbiyyat
08 Avqust 09:17
Sosial
08 Avqust 08:51
Sosial
08 Avqust 08:34
Dünya
07 Avqust 23:21
Maraqlı
07 Avqust 22:17
Maraqlı
07 Avqust 21:35
Analitik
07 Avqust 21:02
Siyasət
07 Avqust 21:00
Siyasət
07 Avqust 20:57
Siyasət
07 Avqust 20:41
Dünya
07 Avqust 20:17
Dünya
07 Avqust 19:22
Dünya
07 Avqust 18:45
Dünya
07 Avqust 18:19
Dünya
07 Avqust 17:49
Dünya
07 Avqust 17:25
Dünya
07 Avqust 16:57
Dünya
07 Avqust 16:40
Dünya
07 Avqust 16:23
İdman
07 Avqust 15:31
Dünya
07 Avqust 15:06
Dünya
07 Avqust 14:45
Hadisə
07 Avqust 14:19

