Fransada Baş nazirin xidmətlərində baş vermiş intiharlarla bağlı istintaq başlayıb
05.08.2026 [14:59]
Fransada Baş nazirin xidmətlərində çalışan bir neçə dövlət qulluqçusunun intihar etməsi və intihara cəhd göstərməsindən sonra Paris Prokurorluğu "mənəvi təzyiq" və "başqalarının həyatını təhlükəyə atma" iddiaları üzrə ilkin istintaqa başlayıb.
AZƏRTAC xəbər verir ki, araşdırma iyunun 25-də Baş nazirin yazışmalar xidmətində çalışan və təhlükəsizlik səbəbindən adı dəyişdirilmiş Flore adlı dövlət qulluqçusunun dörd rəhbəri barəsində verdiyi şikayətdən sonra açılıb. O, rəhbərlik tərəfindən uzun müddət sistemli psixoloji təzyiqə məruz qaldığını bildirib. Flore iki ay əvvəl Parisdə dəmiryol relslərinin üstünə atılaraq intihara cəhd göstərib, son anda xilas edilib.
Həmin gün Baş nazirin xidmətlərində çalışan işçilərin nümayəndəsi də prokurorluğa müraciət edərək, işəgötürənin əməkdaşları qorumaq öhdəliyini yerinə yetirmədiyini iddia edib. Müraciətdə son aylarda müxtəlif dövlət xidmətlərində 2 intihar, 2 intihara cəhd və 2 şübhəli ölüm hadisəsinin qeydə alındığı diqqətə çatdırılıb.
Sənəddə qeyd olunub ki, 2025-ci ilin oktyabrında 1 əməkdaş iş yerində intihara cəhd edib. 2026-cı ilin martında 2 dövlət qulluqçusu həyatına son qoyub. İyun ayında isə hökumət binalarından birində gənc əməkdaşın meyiti aşkarlanıb.
Florenin vəkili Kristel Mazza iş şəraitinin pisləşməsini 2024-cü ildə Milli Assambleyanın buraxılması və ardıcıl hökumət dəyişikliklərindən sonra yaranan institusional qeyri-sabitliklə əlaqələndirib. Onun sözlərinə görə, dövlət xidmətlərində təkrarlanan bu cür intiharlar "dövlət miqyaslı qalmaqal" kimi qiymətləndirilməlidir.
Baş nazirin administrasiyası isə psixososial risklərin qarşısının alınmasının uzun müddətdir prioritet olduğunu bildirərək qeyd edir ki, hər bir hadisə ayrıca araşdırılır və inzibati prosedurlar çərçivəsində qiymətləndirilir. Qurum vurğulayıb ki, adıçəkilən əməkdaşların heç biri birbaşa Baş nazirin kabinetində çalışmayıb və hazırda bütün araşdırmalar davam edir.
Xəbər lenti
Hamısına baxHadisə
09 Avqust 11:52
Dünya
09 Avqust 11:30
Hadisə
09 Avqust 10:45
İdman
09 Avqust 10:17
Hadisə
09 Avqust 09:59
Dünya
09 Avqust 09:25
Dünya
09 Avqust 08:50
Siyasət
09 Avqust 08:33
Dünya
09 Avqust 08:03
Siyasət
09 Avqust 00:20
Dünya
08 Avqust 23:39
Siyasət
08 Avqust 22:17
Hadisə
08 Avqust 21:24
Gündəm
08 Avqust 21:23
Gündəm
08 Avqust 20:08
Gündəm
08 Avqust 19:41
Sosial
08 Avqust 17:21
Sosial
08 Avqust 16:39
Analitik
08 Avqust 15:22
Siyasət
08 Avqust 15:08
Dünya
08 Avqust 13:24
Gündəm
08 Avqust 12:35
Dünya
08 Avqust 12:17
Elm
08 Avqust 12:06
Dünya
08 Avqust 11:35
Siyasət
08 Avqust 10:49
Yeni texnologiyalar
08 Avqust 10:25
Analitik
08 Avqust 09:55
Analitik
08 Avqust 09:32
Ədəbiyyat
08 Avqust 09:17
Sosial
08 Avqust 08:51
Sosial
08 Avqust 08:34
Dünya
07 Avqust 23:21
Maraqlı
07 Avqust 22:17
Maraqlı
07 Avqust 21:35
Analitik
07 Avqust 21:02
Siyasət
07 Avqust 21:00
Siyasət
07 Avqust 20:57
Siyasət
07 Avqust 20:41
Dünya
07 Avqust 20:17
Dünya
07 Avqust 19:22
Dünya
07 Avqust 18:45
Dünya
07 Avqust 18:19
Dünya
07 Avqust 17:49
Dünya
07 Avqust 17:25
Dünya
07 Avqust 16:57
Dünya
07 Avqust 16:40
Dünya
07 Avqust 16:23
İdman
07 Avqust 15:31
Dünya
07 Avqust 15:06
Dünya
07 Avqust 14:45
Hadisə
07 Avqust 14:19
Dünya
07 Avqust 13:50
Siyasət
07 Avqust 13:28
Gündəm
07 Avqust 13:27
Siyasət
07 Avqust 13:26
Siyasət
07 Avqust 13:25
Dünya
07 Avqust 13:25
Siyasət
07 Avqust 13:23
MEDİA
07 Avqust 13:22
Siyasət
07 Avqust 13:22
Sosial
07 Avqust 13:20
MEDİA
07 Avqust 13:04
MEDİA
07 Avqust 12:55
Dünya
07 Avqust 12:43
Hadisə
07 Avqust 12:18
Gündəm
07 Avqust 11:55
Gündəm
07 Avqust 11:40
Siyasət
07 Avqust 11:20
Sosial
07 Avqust 10:50

