Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Dünya / Rəsmi Dəməşq və Moskva Suriyadakı hərbi bazalar ilə bağlı razılığa gəlib

Rəsmi Dəməşq və Moskva Suriyadakı hərbi bazalar ilə bağlı razılığa gəlib

10.08.2026 [08:55]

Suriya Xarici İşlər Nazirliyi rəsmi Moskva ilə apardığı bir il yarım davam edən danışıqlardan sonra Hmeymim və Tartusdakı Rusiya bazalarının gələcəyi ilə bağlı razılığın əldə olunduğunu açıqlayıb.

AZƏRTAC “Anadolu” agentliyinə istinadən xəbər verir ki, razılaşma çərçivəsində Suriya sahillərində mülki obyektlərin idarəçiliyi Suriyaya təhvil veriləcək, Hmeymim Hava Limanı və Tartus Limanı mərhələli şəkildə Suriya idarəçiliyinə keçəcək.

Rusiyaya məxsus hərbi baza və obyektlərin yenidən nizamlanması barədə də razılıq əldə olunduğu və bu bazaların Suriya təlim və məşq mərkəzlərinə çevriləcəyi qeyd edilib.

Yeni tənzimləmələrin keçid prosesinin tamamlanması üçün ən çoxu 3 aylıq müddət təyin olunub. 

Qeyd edək ki, Rusiya 2015-ci ildə devrilmiş Əsəd rejiminin tələbi ilə Suriyaya hərbi müdaxilə edərək Hmeymim və Tartusda hərbi bazalar qurmuşdu. Suriya vətəndaş müharibəsində mülki bölgələrə yönəlmiş yüzlərlə hücum bu bazalardan qalxan təyyarələr tərəfindən həyata keçirilmişdi. Əsəd rejiminin 2024-cü ilin dekabrında devrilməsindən sonra Rusiya ilə yeni Suriya hökuməti bu bazaların gələcəyi barədə danışıqlara başlamışdı.

Paylaş:
Baxılıb: 366 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

Analitik

Analitik

Analitik

Ədəbiyyat

Mədəniyyət dronları

26 Sentyabr 08:51

Ədəbiyyat

Şənbə üçün nəzm

26 Sentyabr 08:33  

Gündəm

YAP xəbərləri

YAP xəbərləri

Qürur günümüz

25 Sentyabr 13:08

Gündəm

Gündəm

72-ci əfv...

25 Sentyabr 12:18

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30