Parisdə sosial işçilər tətilə çıxıblar: yüzlərlə insan küçədə qalmaq riski ilə üz-üzədir
11.08.2026 [23:15]
Fransada “Samu Social” əməkdaşları iyunun 23-dən davam edən tətil çərçivəsində təcili yerləşdirmə imkanlarının kəskin azaldılmasına etiraz edirlər. Sığınacaq axtaran şəxslərin və “Utopia56” da daxil olmaqla bir sıra assosiasiyaların qoşulduğu aksiyada 350-dən çox insan Parisin cənub-şərqində “Samu Social”ın qarşısındakı meydanda etiraz aksiyası keçirir.
AZƏRTAC xəbər verir ki, etirazın əsas səbəbi qurum daxilində tətbiq edilən qənaət siyasətidir. İyunun əvvəlində “Samu Social” əməkdaşlarına xərclərin azaldılmasının zəruri olduğu bildirilib və bunun üçün sutkalıq 861 gecələmənin ləğv ediləcəyi açıqlanıb. Bu qərarın nəticəsində çoxsaylı benefisiarların yenidən küçədə qalmaq riski yaranıb.
İyunun 23-dən tətil edən “Samu Social” əməkdaşları bu qərarın etirazların əsas səbəbi olduğunu deyiblər. Onların sözlərinə görə, çətin iş şəraitində fəaliyyət göstərmək mümkün olsa da, görülən işin mahiyyəti və məqsədi aradan qalxdıqda bu işi davam etdirmək daha da çətinləşir.
Tətil nəticəsində bəzi şəxslərin yenidən yerləşdirilməsi mümkün olub. Lakin son günlər müvəqqəti sığınacaqlarda yaşayan bəzi şəxslərə telefon mesajları göndərilərək, yaşayış yerlərini tərk etmələri tələb olunub. Səbəb kimi onların artıq prioritet kateqoriyasına daxil olmaması göstərilir.
Etirazçılar bildiriblər ki, hamiləliyin yeddi ayından az müddətində olan qadınlar və üç aylıq uşaqlar artıq prioritet hesab edilməyəcək. Onların sözlərinə görə, bu vəziyyət xüsusilə həssas qrupların yenidən küçədə qalması riskini artırır.
Aksiya iştirakçıları yalnız yerləşdirmə imkanlarının azaldılmasına deyil, sosial işçilərin fəaliyyət resurslarının məhdudlaşdırılmasına da qarşı çıxırlar. Bildirilir ki, sosial sahədə çalışanların iş və həyat şəraiti göstərdikləri xidmətin keyfiyyəti və müraciət edən insanların vəziyyəti ilə birbaşa bağlıdır.
“Samu Social” əməkdaşı bütün gün küçədə qalmaq riski ilə üzləşən şəxslərin yenidən yerləşdirilməsinə nail olunana qədər mübarizənin davam etdiriləcəyini bildiriblər. “Qələbəyə qədər səfərbərliyi davam etdirəcəyik”, – deyə etirazçılar bildiriblər.
Xəbər lenti
Hamısına baxDünya
12 Avqust 23:55
Dünya
12 Avqust 23:45
Dünya
12 Avqust 23:20
Dünya
12 Avqust 22:55
Elanlar
12 Avqust 22:43
Dünya
12 Avqust 22:35
Dünya
12 Avqust 22:05
Dünya
12 Avqust 21:45
Dünya
12 Avqust 21:20
Dünya
12 Avqust 20:50
Dünya
12 Avqust 20:30
Dünya
12 Avqust 19:55
Dünya
12 Avqust 19:35
Dünya
12 Avqust 19:15
Mədəniyyət
12 Avqust 18:56
İqtisadiyyat
12 Avqust 18:50
İqtisadiyyat
12 Avqust 18:25
İdman
12 Avqust 18:05
Mədəniyyət
12 Avqust 17:45
İqtisadiyyat
12 Avqust 17:15
YAP xəbərləri
12 Avqust 17:12
Elm
12 Avqust 16:58
İdman
12 Avqust 16:57
YAP xəbərləri
12 Avqust 16:56
Analitik
12 Avqust 16:52
Elm
12 Avqust 16:45
Elm
12 Avqust 16:30
İdman
12 Avqust 16:22
Sosial
12 Avqust 16:00
Siyasət
12 Avqust 15:35
Sosial
12 Avqust 15:35
Sosial
12 Avqust 15:27
İdman
12 Avqust 15:20
İqtisadiyyat
12 Avqust 15:00
Elm
12 Avqust 14:50
Sosial
12 Avqust 14:35
İqtisadiyyat
12 Avqust 14:20
Sosial
12 Avqust 14:20
Elm
12 Avqust 13:50
Dünya
12 Avqust 13:25
Siyasət
12 Avqust 13:17
İdman
12 Avqust 12:58
Dünya
12 Avqust 12:35
Siyasət
12 Avqust 12:05
Sosial
12 Avqust 11:45
Siyasət
12 Avqust 11:44
Siyasət
12 Avqust 11:22
Siyasət
12 Avqust 11:21
Gündəm
12 Avqust 11:15
Gündəm
12 Avqust 10:45
Analitik
12 Avqust 10:25
Sosial
12 Avqust 10:15
Analitik
12 Avqust 09:40
Sosial
12 Avqust 09:05
Dünya
11 Avqust 23:50
Dünya
11 Avqust 23:30
Dünya
11 Avqust 23:15
Dünya
11 Avqust 22:42
Gündəm
11 Avqust 22:24
Dünya
11 Avqust 22:15
Gündəm
11 Avqust 22:09
Gündəm
11 Avqust 21:59
Gündəm
11 Avqust 21:50
Dünya
11 Avqust 21:50
Gündəm
11 Avqust 21:42
Gündəm
11 Avqust 21:39
Dünya
11 Avqust 21:30
Gündəm
11 Avqust 21:26
Dünya
11 Avqust 20:57
Gündəm
11 Avqust 20:35

