Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Dünya / Pentaqonun keçmiş rəhbəri: ABŞ-İran münaqişəsi daha altı ay davam edə bilər

Pentaqonun keçmiş rəhbəri: ABŞ-İran münaqişəsi daha altı ay davam edə bilər

07.09.2026 [08:37]

ABŞ ilə İran arasında silahlı münaqişənin daha altı ay davam etməsi mümkündür.

AZƏRTAC xəbər verir ki, bunu ABŞ-nin keçmiş müdafiə naziri Leon Panetta “The Guardian” qəzetinə müsahibəsində deyib.

Panetta bildirib ki, tərəflər “dəhşətli çıxılmaz vəziyyətdədir” və müharibəyə son qoymaq üçün mümkün variantların sayı çox azdır. Onun sözlərinə görə, Donald Tramp administrasiyasının Yaxın Şərqdə uzunmüddətli müharibəyə cəlb olunmaq riski var.

Keçmiş müdafiə naziri ABŞ Prezidentinin qarşısında üç əsas variantın olduğunu qeyd edib. Bunlardan birincisi, hərbi əməliyyatlara son qoymaq, ikincisi, hava zərbələrini davam etdirmək, üçüncüsü isə Hörmüz boğazına nəzarəti ələ keçirməkdir.

Panetta hesab edir ki, hava hücumlarının davam etdirilməsi münaqişənin uzanmasına səbəb ola bilər. Hörmüz boğazına nəzarətin ələ keçirilməsi isə İranın mühüm strateji üstünlüyünü itirməsi ilə nəticələnə bilər.

Keçmiş Pentaqon rəhbəri Vaşinqtonun İraq və Əfqanıstan müharibələrinə bənzər “başqa bir uğursuz müharibəyə” cəlb olunmasından narahatlığını da ifadə edib.

Paylaş:
Baxılıb: 80 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

Sosial

İqtisadiyyat

İqtisadiyyat

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30