Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Dünya / Cared Kuşner: Ukrayna üzrə üçtərəfli danışıqların bərpasına ümid edirik

Cared Kuşner: Ukrayna üzrə üçtərəfli danışıqların bərpasına ümid edirik

07.09.2026 [08:50]

ABŞ, Rusiya və Ukrayna arasında Ukraynada sülhün əldə olunmasına dair üçtərəfli danışıqların bərpa olunması mümkündür.

AZƏRTAC xəbər verir ki, bunu ABŞ Prezidentini xüsusi nümayəndəsi Cared Kuşner Kiyevdə keçirilən danışıqlardan sonra mətbuat konfransında deyib.

Bildirib ki, ABŞ-nin xüsusi nümayəndəsi Stiv Vitkoffun iştirakı ilə keçirilən üçtərəfli görüşlər məhsuldar olub. Onun sözlərinə görə, həmin görüşlərdə tərəflər mövqelərini birbaşa müzakirə edib. “Ümid edirik ki, bu formata qayıdacağıq”, - deyə C.Kuşner vurğulayıb.

ABŞ Prezidentinin kürəkəni qeyd edib ki, Vaşinqton tərəflərin mövcud sülh prosesində faydalı ola biləcək bir sıra ideyalar irəli sürüb.

Qeyd edək ki, Rusiya, ABŞ və Ukrayna nümayəndələri arasında son üçtərəfli məsləhətləşmələr fevralın 17-18-də Cenevrədə keçirilib. Görüşlər qapalı formatda, həm ikitərəfli, həm də üçtərəfli müzakirələr şəklində baş tutub.

Paylaş:
Baxılıb: 50 dəfə

Xəbər lenti

Hamısına bax

Sosial

İqtisadiyyat

İqtisadiyyat

Sosial

Siyasət

Ədəbiyyat

Gündoğanda ədəbiyyat

05 Sentyabr 08:54

Ədəbiyyat

Şənbə üçün nəzm

05 Sentyabr 08:30  

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30