Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Dünya / Avropa İttifaqından BMT-yə dəstək: Çoxtərəfli əməkdaşlıq yenilənməlidir

Avropa İttifaqından BMT-yə dəstək: Çoxtərəfli əməkdaşlıq yenilənməlidir

04.09.2026 [21:23]

Avropa İttifaqı və üzv dövlətlər Birləşmiş Millətlər Təşkilatının mərkəzi rolunu qorumaqla çoxtərəfli əməkdaşlığın yenilənməsi və gücləndirilməsinə dəstək ifadə ediblər.

AZƏRTAC xəbər verir ki, bu barədə Aİ-nin Xarici Əlaqələr Xidmətinin yaydığı bəyanatda bildirilib. Sənəddə beynəlxalq hüququn və BMT Nizamnaməsinin prinsiplərinin qaydalara əsaslanan beynəlxalq nizamın əsasını təşkil etdiyi vurğulanıb. Aİ artan geosiyasi gərginliklər və beynəlxalq hüququn, o cümlədən beynəlxalq humanitar qanunvericiliyin ciddi şəkildə pozulmasından narahatlığını ifadə edib.

Aİ BMT-ni sülhün və təhlükəsizliyin qorunmasında, davamlı inkişafın təşviqində əvəzolunmaz qurum kimi qiymətləndirib. İttifaq BMT-nin islahatlarının davam etdirilməsinə, o cümlədən “BMT-80” təşəbbüsünə dəstəyini təsdiqləyib. İttifaq, həmçinin beynəlxalq hüququn pozulmasına görə məsuliyyətin təmin edilməsində beynəlxalq məhkəmələrin rolunu dəstəkləyib.

Paylaş:
Baxılıb: 429 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

Siyasət

Siyasət

Analitik

Sosial

Gündəm

Ədəbiyyat

Ədəbiyyat

Şənbə üçün nəzm

17 Oktyabr 08:35  

YAP xəbərləri

Xəbər lenti

Sosial

İqtisadiyyat

Siyasət

Xəbər lenti

Siyasət

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31