Rusiya Ermənistanı cəzalandıracaqmı?
04.09.2026 [09:18]
Ermənistan hakimiyyətinin Qərbyönümlü siyasəti Rusiyada xoş qarşılanmır. Xüsusilə, Ermənistanın Avropa İttifaqına qoşulmaq istəyi, KTMT-də fəaliyyətini dondurması, Gümrüdə yerləşən 102-ci baza ilə bağlı ehtimallar Moskvanın etirazlarına səbəb olur. Bu fakt Şanxay Əməkdaşlıq Təşkilatının Bişkekdə keçirilən sammiti çərçivəsində Rusiya Prezidenti Vladimir Putinlə Ermənistanın baş naziri Nikol Paşinyanın görüşündə də özünü açıq şəkildə büruzə verib.
Putin: Ermənistan Aİ və Aİİ arasında seçim etməlidir
Görüşdə V.Putin deyib ki, Ermənistanın Avropa İttifaqına (Aİ) daxil olmaq istəyi onun xalqının qanuni hüququdur, lakin belə kurs ölkənin Avrasiya İqtisadi İttifaqında (Aİİ) gələcək iştirakı üçün çətinliklər yaradır: “Ermənistanın Aİ-yə daxil olmağa can atması ölkənin və xalqın təbii, qanuni hüququdur. Ermənistan suveren dövlətdir. Öz inkişaf istiqamətini müəyyənləşdirmək Ermənistan xalqının hüququdur. Lakin bu, Aİİ-də qalmağa çətinliklər yaradır”, - Putin deyib.
V.Putin Paşinyanın Ermənistanın Aİİ-dən çıxmaq barədə bəyanat vermədiyi ilə bağlı mövqeyi ilə də razılaşmayıb. Rusiya liderinin sözlərinə görə, Ermənistanın başqa iqtisadi təşkilata daxil olmaq prosedurunun başlanması haqqında qanun qəbul etməsi faktiki olaraq Aİİ-dən çıxmaq barədə bəyanat deməkdir, çünki eyni vaxtda iki təşkilatda üzvlük mümkün deyil. “Başqa bir iqtisadi təşkilata daxil olmaq prosedurunun başlanması haqqında qanunun qəbul edilməsi faktiki olaraq bizim təşkilatdan çıxmaq barədə bəyanat deməkdir. Çünki həm orada, həm də burada olmaq mümkün deyil. Problem də bundadır”, - deyə, o vurğulayıb.
Ermənistan referendum keçirməkdən imtina edib?
Buna cavab olaraq Paşinyan bildirib ki, qanunun qəbul edilməsi, əksinə, Ermənistanın Aİ-yə daxil olması ilə bağlı referendum keçirmək ideyasından imtinası demək idi: “Qanunu qəbul etməklə biz referendum ideyasından imtina etdik, çünki bu məsələ xalq qarşısında ifadə oluna biləcək səviyyəyə qədər yetişməyib. Belə ki, Ermənistanın real alternativi yoxdur”. O deyib ki, ölkəsinin Avropa İttifaqı ilə yaxınlaşması prosesi heç bir halda Rusiya Federasiyasına və ya Aİİ-yə qarşı yönəlməyib.
Lakin Paşinyanla razılaşmayan V.Putin bəyan edib ki, Ermənistanın həm Avropa İttifaqında, həm də Avrasiya İqtisadi İttifaqında olması uyğun deyil. Putin bunu “problem” adlandıraraq məsələni sakitcə müzakirə etməyi təklif edib. Rusiya lideri Ermənistan baş nazirini Moskvaya dəvət edib. Liderlər arasında dialoq bununla bitməyib. Paşinyan isə cavabında bəyan edib ki, çox konkret seçim etmək lazım olan vaxt gələcək: “Aİİ ilə Avropaya inteqrasiya arasında seçim etməyin vaxtı hələ gəlməyib. Alternativ reallıq yaradılanda referendum, yaxud onsuz, seçim edəcəyik”. Vladimir Putin referendumun keçirilməsini dəstəkləyərək Paşinyana bunu etməyi məsləhət görüb.
Bundan əlavə, Paşinyan İrəvanın Rusiya ilə münasibətlərin daha da dərinləşdirilməsində və inkişafında maraqlı olduğunu bildirib. Lakin onun fikrincə, regiondakı yeni reallıqlar nəzərə alınmaqla İrəvan və Moskva münasibətlərinə “yeni baxış” lazımdır. Paşinyanın sözlərinə görə, son illər regionda və Ermənistan ətrafında vəziyyət dəyişib, buna görə də iki ölkə arasındakı münasibətlərə yeni reallıqlar nəzərə alınmaqla baxılmalıdır. “Münaqişə şəraitində Rusiya və Ermənistan arasındakı münasibətlər başqa məna daşıyırdı, indi isə, regionda sülh bərqərar olanda, bizə elə gəlir ki, vəziyyətə artıq yeni baxışla baxmaq lazımdır”, - deyən baş nazir belə bir yanaşmanın Ermənistan və Rusiya arasındakı münasibətlərin gələcək inkişafına kömək edəcəyini qeyd edib.
Rusiya 102-ci hərbi bazanı Ermənistandan çıxarmağa hazırdır, amma...
Gümrüdəki 102-ci hərbi bazanın taleyinə gəlincə, Rusiya Prezidenti Bişkekdə keçirdiyi mətbuat konfransında Ermənistanın bu hərbi bazanın mövcudluğunda maraqlı olmadığı təqdirdə, onu Gümrüdən çıxarmağa hazır olduğunu açıqlayıb. O, həmçinin qeyd edib ki, əgər Ermənistan xalqı istəsə, Rusiya hərbi mövcudluğunu qorumağa hazırdır. “Əgər Ermənistan hesab edirsə ki, Rusiya hərbi bazasına ehtiyac duymur, biz ən azı sabah oradan çıxacağıq. Bəs Ermənistan buna hazırdırmı? Biz heç kimə heç nəyi zorla qəbul etdirməyəcəyik. Əgər Ermənistan xalqı hansısa Rusiya hərbi qanadının onların yanında olmasını istəyirsə, biz qalacağıq, işləyəcəyik və əməkdaşlıq edəcəyik”, - deyə Putin vurğulayıb. O, Ermənistanın baş naziri Nikol Paşinyanı Ermənistan-Rusiya münasibətləri ilə bağlı məsələləri sakit atmosferdə və mütəxəssislərin iştirakı ilə müzakirə etmək üçün Moskvaya dəvət etdiyini xatırladıb. “Mən onu Moskvaya dəvət etdim ki, biz onunla və mütəxəssislərimizlə tələsmədən oturub hər bir məqamı nəzərdən keçirə bilək. Orada konkret məsələlər də var, məsələn, dəmir yolu”, - deyən Putin əlavə edib ki, tərəflər dialoqu sakit rejimdə aparmaq barədə razılığa gəliblər.
Xatırladaq ki, Ermənistanda yerləşən 102-ci Rusiya hərbi bazası 1995 -ci ildə yaradılıb. Baza Rusiya Federasiyasının Silahlı Qüvvələrinin Quru Qoşunlarının tərkibindəki Cənub Hərbi Dairəsinə tabedir. Təxminən 5 min nəfərə yaxın şəxsi heyətə malikdir. 102-ci hərbi baza Rusiyanın Ermənistan ilə münasibətlərində mühüm əhəmiyyət daşıyır və Moskvanın xaricdəki azsaylı hərbi bazalarından biridir. Bu günə qədər baza faktiki olaraq, Ermənistanın Moskvanın diktəsilə idarə olunmasına şərait yaradan vacib element rolunu ifa edir. Hərbi baza həm MAXE, həm də gənc çağırışçılarla komplektləşdirilir. Baza ümumilikdə 13 döyüş və 17 təchizat- təminat bölməsindən ibarətdir. Bazada digər silah və hərbi texnika ilə yanaşı, C-300 zenit-raket kompleksi, Miq-29 qırıcıları, Mi-24P və Mi-8MT helikopterləri də var.
Hazırda bazanın Ermənistandan çıxarılması üçün hüquqi əsaslar varmı? Çünki iki ölkə arasında imzalanmış müqaviləyə görə, hərbi baza Ermənistanda 49 il fəaliyyət göstərməlidir. Belə ki, bununla bağlı iki dövlət 1995-ci ildə 25 il müddətinə sənəd imzalayıb. 2010-cu ildə isə hərbi bazanın dislokasiya müddəti uzadılıb. Yəni, imzalanmış sənədə əsasən 102-ci hərbi baza 2044-cü ilə qədər Ermənistan ərazisində qalmalıdır.
Nardar BAYRAMLI
Xəbər lenti
Hamısına baxDünya
07 Oktyabr 19:14
Dünya
07 Oktyabr 18:43
Hadisə
07 Oktyabr 18:22
Dünya
07 Oktyabr 17:45
Dünya
07 Oktyabr 17:19
Elm
07 Oktyabr 16:32
İqtisadiyyat
07 Oktyabr 16:30
YAP xəbərləri
07 Oktyabr 16:26
Hadisə
07 Oktyabr 16:13
Siyasət
07 Oktyabr 16:12
Siyasət
07 Oktyabr 16:12
Siyasət
07 Oktyabr 16:11
Siyasət
07 Oktyabr 16:11
Gündəm
07 Oktyabr 15:38
Sosial
07 Oktyabr 15:18
Siyasət
07 Oktyabr 15:05
Siyasət
07 Oktyabr 15:04
İqtisadiyyat
07 Oktyabr 14:21
Sosial
07 Oktyabr 14:07
Siyasət
07 Oktyabr 13:30
Siyasət
07 Oktyabr 13:07
Siyasət
07 Oktyabr 12:50
Siyasət
07 Oktyabr 12:49
Sosial
07 Oktyabr 12:29
YAP xəbərləri
07 Oktyabr 12:25
Siyasət
07 Oktyabr 12:24
Siyasət
07 Oktyabr 12:12
Siyasət
07 Oktyabr 12:10
Siyasət
07 Oktyabr 12:09
YAP xəbərləri
07 Oktyabr 11:46
YAP xəbərləri
07 Oktyabr 11:45
Gündəm
07 Oktyabr 11:45
Siyasət
07 Oktyabr 11:23
Siyasət
07 Oktyabr 11:22
Gündəm
07 Oktyabr 11:19
Siyasət
07 Oktyabr 11:11
Analitik
07 Oktyabr 10:58
MEDİA
07 Oktyabr 10:56
Gündəm
07 Oktyabr 10:54
Siyasət
07 Oktyabr 10:25
Siyasət
07 Oktyabr 10:09
Analitik
07 Oktyabr 09:42
Gündəm
07 Oktyabr 09:35
Analitik
07 Oktyabr 09:17
Sosial
07 Oktyabr 08:53
Sosial
07 Oktyabr 08:30
Gündəm
07 Oktyabr 08:11
İqtisadiyyat
06 Oktyabr 23:53
Dünya
06 Oktyabr 23:23
YAP xəbərləri
06 Oktyabr 23:04
YAP xəbərləri
06 Oktyabr 22:59
Dünya
06 Oktyabr 22:24
Dünya
06 Oktyabr 21:42
Dünya
06 Oktyabr 21:09
Dünya
06 Oktyabr 20:22
İqtisadiyyat
06 Oktyabr 20:07
Dünya
06 Oktyabr 19:59
Dünya
06 Oktyabr 19:41
Dünya
06 Oktyabr 18:14
Dünya
06 Oktyabr 17:30
Gündəm
06 Oktyabr 16:20
Dünya
06 Oktyabr 16:20
Siyasət
06 Oktyabr 16:15
Elanlar
06 Oktyabr 16:15
Siyasət
06 Oktyabr 16:14
Siyasət
06 Oktyabr 16:12
Siyasət
06 Oktyabr 16:12
Gündəm
06 Oktyabr 16:11
YAP xəbərləri
06 Oktyabr 15:53
Siyasət
06 Oktyabr 15:52

