Fransada keçiriləcək 2030 Qış Olimpiya Oyunlarının təşkilində böhran dərinləşir
11.09.2026 [18:34]
2030-cu Qış Olimpiya və Paralimpiya Oyunlarının Təşkilat Komitəsi (Cojop) son iki ildə ardıcıl istefalar, idarəetmə problemləri və gecikmələrlə üzləşib. Komitənin prezidenti, Olimpiya çempionu Edqar Qrospironun istefası isə böhranı yenidən gündəmə gətirib.
AZƏRTAC xəbər verir ki, Fransa Alplarında 2030-cu il Qış Olimpiya Oyunlarının keçirilməsi 2024-cü il iyulun 24-də Beynəlxalq Olimpiya Komitəsi tərəfindən təsdiqlənsə də, layihə ilk gündən siyasi və təşkilati çətinliklərlə qarşılaşıb. Dövlətin maliyyə zəmanətinin təqdim edilməsi Fransadakı siyasi qeyri-sabitlik səbəbindən gecikib.
Olimpiya qanununun qəbul edilməsi də doqquz ay çəkib. Qanun yalnız 2026-cı il fevralın 5-də parlament tərəfindən təsdiqlənib. Sənəd Oyunların hazırlanması üçün şəhərsalma, mənzil, səhiyyə, əmək və təhlükəsizlik sahələrində bir sıra xüsusi imkanlar nəzərdə tutur.
Komitədə rəhbərlik böhranı isə 2025-ci ilin sonlarından daha da kəskinləşib. Əməliyyatlar direktoru, kommunikasiya direktoru, mükafatlandırma komitəsinin rəhbəri və baş direktor daxil olmaqla bir sıra yüksək vəzifəli şəxslər istefa veriblər. Ayrı-ayrı rəhbər şəxslər idarəetmə və strategiya ilə bağlı ciddi fikir ayrılıqlarından danışıblar.
Bu vəziyyət hazırlıq işlərinə də təsir göstərib. 2026-cı ilin martında Fransanın idman naziri Marina Ferrari layihənin qrafikdən bir ay yarım geri qaldığını açıqlayıb və idarəetmənin yenidən qaydaya salınmasının vacibliyini vurğulayıb.
Komitə daxilində iş şəraiti ilə bağlı da narazılıqlar səsləndirilib. İşçilər “qorxu”, “kobudluq” və “təzyiq” mühitindən danışıb, bunun ardınca əməkdaşların psixoloji vəziyyətinə dair audit elan edilib.
Nəhayət, Cojop-un prezidenti Edqar Qrospironun istefası rəsmən elan edilib. Hazırda əsas sual onun yerinə kimin keçəcəyi və yeni idarəetmənin 2030-cu il Oyunlarının hazırlığında yaranmış problemləri nə dərəcədə aradan qaldıra biləcəyidir.
Xəbər lenti
Hamısına baxDünya
07 Oktyabr 19:14
Dünya
07 Oktyabr 18:43
Hadisə
07 Oktyabr 18:22
Dünya
07 Oktyabr 17:45
Dünya
07 Oktyabr 17:19
Elm
07 Oktyabr 16:32
İqtisadiyyat
07 Oktyabr 16:30
YAP xəbərləri
07 Oktyabr 16:26
Hadisə
07 Oktyabr 16:13
Siyasət
07 Oktyabr 16:12
Siyasət
07 Oktyabr 16:12
Siyasət
07 Oktyabr 16:11
Siyasət
07 Oktyabr 16:11
Gündəm
07 Oktyabr 15:38
Sosial
07 Oktyabr 15:18
Siyasət
07 Oktyabr 15:05
Siyasət
07 Oktyabr 15:04
İqtisadiyyat
07 Oktyabr 14:21
Sosial
07 Oktyabr 14:07
Siyasət
07 Oktyabr 13:30
Siyasət
07 Oktyabr 13:07
Siyasət
07 Oktyabr 12:50
Siyasət
07 Oktyabr 12:49
Sosial
07 Oktyabr 12:29
YAP xəbərləri
07 Oktyabr 12:25
Siyasət
07 Oktyabr 12:24
Siyasət
07 Oktyabr 12:12
Siyasət
07 Oktyabr 12:10
Siyasət
07 Oktyabr 12:09
YAP xəbərləri
07 Oktyabr 11:46
YAP xəbərləri
07 Oktyabr 11:45
Gündəm
07 Oktyabr 11:45
Siyasət
07 Oktyabr 11:23
Siyasət
07 Oktyabr 11:22
Gündəm
07 Oktyabr 11:19
Siyasət
07 Oktyabr 11:11
Analitik
07 Oktyabr 10:58
MEDİA
07 Oktyabr 10:56
Gündəm
07 Oktyabr 10:54
Siyasət
07 Oktyabr 10:25
Siyasət
07 Oktyabr 10:09
Analitik
07 Oktyabr 09:42
Gündəm
07 Oktyabr 09:35
Analitik
07 Oktyabr 09:17
Sosial
07 Oktyabr 08:53
Sosial
07 Oktyabr 08:30
Gündəm
07 Oktyabr 08:11
İqtisadiyyat
06 Oktyabr 23:53
Dünya
06 Oktyabr 23:23
YAP xəbərləri
06 Oktyabr 23:04
YAP xəbərləri
06 Oktyabr 22:59
Dünya
06 Oktyabr 22:24
Dünya
06 Oktyabr 21:42
Dünya
06 Oktyabr 21:09
Dünya
06 Oktyabr 20:22
İqtisadiyyat
06 Oktyabr 20:07
Dünya
06 Oktyabr 19:59
Dünya
06 Oktyabr 19:41
Dünya
06 Oktyabr 18:14
Dünya
06 Oktyabr 17:30
Gündəm
06 Oktyabr 16:20
Dünya
06 Oktyabr 16:20
Siyasət
06 Oktyabr 16:15
Elanlar
06 Oktyabr 16:15
Siyasət
06 Oktyabr 16:14
Siyasət
06 Oktyabr 16:12
Siyasət
06 Oktyabr 16:12
Gündəm
06 Oktyabr 16:11
YAP xəbərləri
06 Oktyabr 15:53
Siyasət
06 Oktyabr 15:52

