Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Dünya / Çində güclü yağışlar fəsadlar törədib: 31 mindən çox insan təxliyə edilib

Çində güclü yağışlar fəsadlar törədib: 31 mindən çox insan təxliyə edilib

14.09.2026 [20:45]

Çinin cənubundakı Haynan əyalətində davam edən güclü yağışlar səbəbindən təhlükəli ərazilərdən 31 mindən çox insan təxliyə edilib.

AZƏRTAC Sinxua informasiya agentliyinə istinadla xəbər verir ki, əyalətin altı şəhər və rayonlarında yağıntının miqdarı 300 millimetri ötüb, ən yüksək göstərici isə Vanninq şəhərində (452,1 mm) qeydə alınıb.

Təbii fəlakətlə əlaqədar bölgədə daşqın nəzarəti üzrə təcili yardım tədbirləri yüksək səviyyəyə çatdırılıb. Təhlükəsizlik məqsədilə altı rayonda məktəblər, səkkiz rayonda isə turistik məkanlar bağlanıb, yollarda hərəkət məhdudlaşdırılıb.

Hazırda xilasetmə qrupları fəlakət zonalarında qabaqlayıcı tədbirlər həyata keçirir.

Paylaş:
Baxılıb: 5 dəfə

Xəbər lenti

Hamısına bax

Sosial

İqtisadiyyat

Xəbər lenti

Gündəm

İqtisadiyyat

İqtisadiyyat

Ədəbiyyat

İRƏVAN ZİYALILARINDAN

12 Sentyabr 09:45  

Sosial

Ədəbiyyat

Kitab sevincləri

12 Sentyabr 08:50

Ədəbiyyat

Şənbə üçün nəzm

12 Sentyabr 08:36  

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30