Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Dünya / Türkiyənin “ROKETSAN” şirkəti ballistik raketlərin siyahısını genişləndirməyi planlaşdırır

Türkiyənin “ROKETSAN” şirkəti ballistik raketlərin siyahısını genişləndirməyi planlaşdırır

14.09.2026 [08:52]

Türkiyənin yeni “İHA-300” hipersəs raketi 250 kilometrdən çox məsafədə yerləşən hədəfi dəqiq vurub.

AZƏRTAC xəbər verir ki, bu barədə “ROKETSAN” müdafiə şirkətinin baş direktoru Murat İkinci jurnalistlərə məlumat verib.

Onun sözlərinə görə, qısamənzilli ballistik raketin sınaq buraxılışı “AKINCI” zərbə PUA-sından həyata keçirilib. Hədəf Qara dənizin akvatoriyasında vurulub.

“Uçuş məsafəsi 300 kilometrədək olan bu “hava-yer” tipli hipersəs raketləri sayəsində Türkiyə Hərbi Hava Qüvvələrinin imkanları əhəmiyyətli dərəcədə genişlənəcək. Biz bu istiqamətdə işlənib hazırlanan məhsulların siyahısını genişləndirməyi hədəfləyirik”, – deyə “ROKETSAN”ın rəhbəri bildirib.

O qeyd edib ki, yeni raketlərin həm hərbi təyyarələrin, həm də zərbə tipli pilotsuz uçuş aparatlarının silahlanmasına daxil edilməsi planlaşdırılır.

“ROKETSAN”ın baş direktoru, həmçinin 1000 kilometrdən çox məsafədəki hədəfləri vurmaq imkanına malik digər Türkiyə ballistik raketi olan “TAYFUN Blok-4”ün yaxın zamanda seriyalı istehsalına başlanacağını açıqlayıb.

Paylaş:
Baxılıb: 14 dəfə

Xəbər lenti

Hamısına bax

Gündəm

İqtisadiyyat

İqtisadiyyat

Ədəbiyyat

İRƏVAN ZİYALILARINDAN

12 Sentyabr 09:45  

Sosial

Ədəbiyyat

Kitab sevincləri

12 Sentyabr 08:50

Ədəbiyyat

Şənbə üçün nəzm

12 Sentyabr 08:36  

YAP xəbərləri

YAP xəbərləri

Ölkəmiz tərəqqi yolunda

11 Sentyabr 17:36  

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30