Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / İdman / Azərbaycan təmsilçisi "Sea Breeze 2026" turnirinin qalibi olub

Azərbaycan təmsilçisi "Sea Breeze 2026" turnirinin qalibi olub

13.09.2026 [22:01]

"Sea Breeze Resort" ərazisində, "Havana Beach"də keçirilən çimərlik polosu üzrə "Sea Breeze 2026" beynəlxalq turnirinin yekununda mükafatlandırma mərasimi keçirilib.

AZƏRTAC xəbər verir ki, mərasimdə turnirin qalibinə - Azərbaycan təmsilçisi "Elit" polo klubuna kubok və qızıl medallar təqdim olunub. İsveçrənin "Sankt Moritz" klubu gümüş, Böyük Britaniyanın "Red star" klubu isə bürünc medallarla təltif edilib.

Xatırladaq ki, finalda "Elit" "Sankt Moritz" klubunu 5-3 hesabı ilə məğlub edərək, turnirin qalibi olub. Bürünc medal uğrunda görüşdə isə "Red star" Rusiyanın "Moskva" komandasına 9-5 hesabı ilə qalib gəlib.

Qeyd edək ki, tədbirin rəsmi təşkilatçıları Azərbaycan Respublikasının Atçılıq Federasiyası və "Sea Breeze"dir.

Paylaş:
Baxılıb: 228 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

YAP xəbərləri

Dünya

İqtisadiyyat

Analitik

11 sentyabrın kölgəsi

18 Sentyabr 09:17  

Ədəbiyyat

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30