Avropada qaz ehtiyatlarının azalması enerji bazarlarında riskləri artırır
13.09.2026 [19:17]
Avropada təbii qaz ehtiyatlarının son illərin ən aşağı səviyyələrindən birinə enməsi və neft məhsullarının sürətlə bahalaşması qarşıdakı qış mövsümündə enerji bazarlarında yeni qiymət təzyiqi yarada bilər.
AZƏRTAC xəbər verir ki, Rumıniyanın “Profit.ro” nəşrinin “Bloomberg”in təhlilinə istinadla yaydığı məlumata görə, Avropada təbii qazın qiyməti 2022-ci ilin sonundan bəri ən yüksək səviyyəyə çatıb. Qaz anbarlarının doluluq səviyyəsi isə payızın ilk ayı üçün xüsusilə aşağıdır.
Eyni zamanda, neft məhsulları bazarında xam neftlə müqayisədə daha kəskin bahalaşma müşahidə olunur. “Brent” markalı neft yenidən 1 barrel üçün 100 dollar həddini keçdiyi halda, dizelin topdansatış qiyməti 1 barrel üçün təxminən 200 dollara çatıb. Vergilər nəzərə alındıqda istehlakçı üçün yekun xərc daha yüksək olur.
Beynəlxalq Enerji Agentliyinin qiymətləndirməsinə görə, bazarda yaranmış gərginlik indiyədək strateji və kommersiya ehtiyatlarından əlavə yanacaq və neft buraxılması hesabına müəyyən qədər yumşaldılıb. Lakin mövcud ehtiyatların azalması qış aylarında təkliflə bağlı riskləri artırır.
Qlobal dizel təklifindəki məhdudiyyətlərin əsas səbəbləri sırasında emal güclərinin yetərsizliyi, Rusiya neft məhsullarının ixracına qoyulan məhdudiyyətlər və qış mövsümü yaxınlaşdıqca tələbin artması göstərilir. Yaxın Şərqdə davam edən geosiyasi gərginlik də enerji daşımaları və emal sektoruna əlavə təzyiq yaradır.
“Vitol” şirkətinin rəhbəri Rassell Hardinin qiymətləndirməsinə görə, bazarda neft məhsulları çatışmazlığı xam neft çatışmazlığından daha kəskin hiss olunur. Emal güclərinin mövcud itkiləri kompensasiya etmək üçün kifayət etməməsi dünya üzrə hazır məhsul ehtiyatlarının azalmasına gətirib çıxarır.
Bahalaşmanın Rumıniya bazarına təsiri də artıq hiss olunur. “Profit.ro”nun məlumatına görə, ölkənin aparıcı yanacaqdoldurma şəbəkələri sentyabrın 11-də qiymətləri yenidən artırıb. OMV stansiyalarında dizelin 1 litri 10,43, benzinin 1 litri isə 9,97 leyə çatıb.
Rumıniyada yanacaq aksizinin müvəqqəti azaldılması qiymət artımını müəyyən qədər məhdudlaşdırır. “Profit.ro” hesablayır ki, hazırkı güzəşt tətbiq edilməsəydi, bir sıra şəbəkələrdə dizelin qiyməti 11 ley həddini keçə bilərdi.
Enerjinin qiymətlərinin uzun müddət yüksək qalması Avropada inflyasiya və faiz dərəcələri üçün də əlavə risk yaradır. Enerji və nəqliyyat xərclərinin istehlak qiymətlərinə ötürülməsi mərkəzi bankların pul-kredit siyasətinə təsir edə və iqtisadi artım tempini zəiflədə bilər.
Xəbər lenti
Hamısına baxDünya
05 Oktyabr 23:58
Dünya
05 Oktyabr 23:32
Dünya
05 Oktyabr 22:47
Dünya
05 Oktyabr 22:22
Dünya
05 Oktyabr 21:57
Dünya
05 Oktyabr 21:24
Xarici siyasət
05 Oktyabr 21:10
Dünya
05 Oktyabr 21:03
Dünya
05 Oktyabr 20:47
Dünya
05 Oktyabr 20:22
Dünya
05 Oktyabr 20:00
Dünya
05 Oktyabr 19:57
Dünya
05 Oktyabr 18:09
Gündəm
05 Oktyabr 17:45
İdman
05 Oktyabr 17:43
Sosial
05 Oktyabr 17:11
İdman
05 Oktyabr 17:10
Dünya
05 Oktyabr 17:10
YAP xəbərləri
05 Oktyabr 16:59
YAP xəbərləri
05 Oktyabr 16:56
Sosial
05 Oktyabr 16:29
YAP xəbərləri
05 Oktyabr 16:19
Müsahibə
05 Oktyabr 16:17
YAP xəbərləri
05 Oktyabr 16:12
İqtisadiyyat
05 Oktyabr 16:11
İqtisadiyyat
05 Oktyabr 16:10
Sosial
05 Oktyabr 16:09
Dünya
05 Oktyabr 15:19
Siyasət
05 Oktyabr 14:48
Dünya
05 Oktyabr 14:27
Elm
05 Oktyabr 13:46
Gündəm
05 Oktyabr 12:54
Gündəm
05 Oktyabr 12:12
Gündəm
05 Oktyabr 11:01
YAP xəbərləri
05 Oktyabr 11:01
YAP xəbərləri
05 Oktyabr 11:00
Dünya
05 Oktyabr 10:58
İqtisadiyyat
05 Oktyabr 10:49
YAP xəbərləri
05 Oktyabr 10:46
Dünya
05 Oktyabr 10:45
Dünya
05 Oktyabr 10:37
Sosial
05 Oktyabr 10:30
Dünya
05 Oktyabr 10:25
Dünya
05 Oktyabr 10:22
Sosial
05 Oktyabr 10:19
İdman
05 Oktyabr 10:06
İqtisadiyyat
05 Oktyabr 10:05
İqtisadiyyat
05 Oktyabr 10:04
Dünya
05 Oktyabr 09:42
Elm
05 Oktyabr 09:37
Sosial
05 Oktyabr 09:33
İqtisadiyyat
05 Oktyabr 09:31
Dünya
05 Oktyabr 09:17
Dünya
05 Oktyabr 08:55
Dünya
05 Oktyabr 08:31
YAP xəbərləri
04 Oktyabr 21:50
Dünya
04 Oktyabr 20:43
Dünya
04 Oktyabr 19:30
Dünya
04 Oktyabr 18:19
Dünya
04 Oktyabr 17:37
Dünya
04 Oktyabr 16:22
Dünya
04 Oktyabr 15:18
Dünya
04 Oktyabr 14:45
Dünya
04 Oktyabr 13:32
Dünya
04 Oktyabr 12:20
Dünya
04 Oktyabr 11:19
Dünya
04 Oktyabr 10:23
Analitik
04 Oktyabr 09:43
Sosial
04 Oktyabr 09:05
İdman
04 Oktyabr 08:45

