YAP ölkənin ictimai-siyasi həyatında əvəzsiz rol oynayır
14.09.2026 [13:50]
Sentyabrın 12-də Yeni Azərbaycan Partiyası (YAP) Binəqədi rayon təşkilatının XI konfransı keçirilib.
Əvvəlcə xalqımızın Ümummilli Lideri Heydər Əliyevin abidəsi ziyarət edilib, abidənin önünə gül dəstələri düzülüb.
Tədbirdə Ulu Öndər Heydər Əliyevin, ölkəmizin ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçmiş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Konfransda hesabat məruzəsi ilə çıxış edən YAP Binəqədi rayon təşkilatının sədri Vüsar İsmayılov bildirib ki, 21 noyabr 1992-ci il tarixində Yeni Azərbaycan Partiyasının yaranması müstəqil Azərbaycan tarixinin ən mütərəqqi siyasi hadisələrindən biri kimi səciyyələnir. Onun sözlərinə görə, Ulu Öndərin siyasi hakimiyyətə qayıdışı ilə Azərbaycan parçalanmaq və məhv olmaq təhlükəsindən xilas olub, ölkəmiz bütün sahələrdə ciddi uğurlara imza atıb. Hesabat dövründə YAP Binəqədi rayon təşkilatının fəaliyyəti, ərazi partiya təşkilatları ilə effektiv koordinasiya və xüsusilə gənclərlə qadınların ictimai fəallığının artırılması yönündə görülən işlər barədə məlumat verən sədr, həmçinin qarşıda duran hədəflərdən də danışıb.
Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Elxan Allahverdiyev çıxış edərək bildirib ki, Ümummilli Lider Heydər Əliyevin müəyyənləşdirdiyi siyasi kurs Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Vurğulanıb ki, qüdrətli Azərbaycan qətiyyətli mövqeyi sayəsində dünyada söz sahibi olan nüfuzlu dövlətlərdən birinə çevrilib. O, bu istiqamətdə partiyanın fəaliyyətinin də mühüm əhəmiyyət kəsb etdiyini diqqətə çatdırıb.
Milli Məclisin deputatı Səbinə Xasayeva çıxışında Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə həyata keçirilən və bütün sahələrdə davamlı inkişafı hədəfləyən uğurlu islahatlardan bəhs edib. O, dövlət siyasətinin sosial rifahın yüksəldilməsinə, iqtisadi imkanların genişləndirilməsinə və Azərbaycanın beynəlxalq mövqelərinin daha da möhkəmləndirilməsinə xidmət etdiyini vurğulayıb.
Milli Məclisin deputatı Kamaləddin Qafarov bildirib ki, Yeni Azərbaycan Partiyası regionun aparıcı siyasi qüvvəsi olaraq ölkəmizin ictimai-siyasi həyatında əvəzsiz rol oynayır. Onun sözlərinə görə, partiyanın milli maraqlarımıza xidmət edən uğurlu fəaliyyəti xalq-iqtidar birliyinin təmin olunmasında mühüm önəm kəsb edir.
Çıxış edən Bakı Dövlət Universitetinin Azərbaycan dili və ədəbiyyatının tədrisi metodikası kafedrasınınm müdiri Hüseyn Əsgərov və partiya fəalı Yusif Tarverdiyev rayon təşkilatının fəaliyyətinə münasibət bildiriblər.
YAP Mərkəzi Aparatının Təşkilat şöbəsinin müdir müavini Rafael Gülməmmədov Yeni Azərbaycan Partiyasının ümummilli mənafeləri rəhbər tutaraq ölkədə ictimai-siyasi sabitliyinin təminatçısı və dayanıqlı inkişafın aparıcı qüvvəsi kimi çıxış etdiyini vurğulayıb.
Konfransda YAP Binəqədi rayon təşkilatının hesabat dövrü ərzindəki fəaliyyəti qənaətbəxş qiymətləndirilib və Yeni Azərbaycan Partiyasının VIII qurultayına nümayəndələr seçilib.
Sonda Yeni Azərbaycan Partiyasının Himni səsləndirilib.
Xəbər lenti
Hamısına baxElm
07 Oktyabr 23:29
Dünya
07 Oktyabr 22:46
İqtisadiyyat
07 Oktyabr 22:03
Dünya
07 Oktyabr 21:30
Dünya
07 Oktyabr 20:57
Dünya
07 Oktyabr 20:33
Dünya
07 Oktyabr 19:57
Dünya
07 Oktyabr 19:14
Dünya
07 Oktyabr 18:43
Hadisə
07 Oktyabr 18:22
Dünya
07 Oktyabr 17:45
Dünya
07 Oktyabr 17:19
Elm
07 Oktyabr 16:32
İqtisadiyyat
07 Oktyabr 16:30
YAP xəbərləri
07 Oktyabr 16:26
Hadisə
07 Oktyabr 16:13
Siyasət
07 Oktyabr 16:12
Siyasət
07 Oktyabr 16:12
Siyasət
07 Oktyabr 16:11
Siyasət
07 Oktyabr 16:11
Gündəm
07 Oktyabr 15:38
Sosial
07 Oktyabr 15:18
Siyasət
07 Oktyabr 15:05
Siyasət
07 Oktyabr 15:04
İqtisadiyyat
07 Oktyabr 14:21
Sosial
07 Oktyabr 14:07
Siyasət
07 Oktyabr 13:30
Siyasət
07 Oktyabr 13:07
Siyasət
07 Oktyabr 12:50
Siyasət
07 Oktyabr 12:49
Sosial
07 Oktyabr 12:29
YAP xəbərləri
07 Oktyabr 12:25
Siyasət
07 Oktyabr 12:24
Siyasət
07 Oktyabr 12:12
Siyasət
07 Oktyabr 12:10
Siyasət
07 Oktyabr 12:09
YAP xəbərləri
07 Oktyabr 11:46
YAP xəbərləri
07 Oktyabr 11:45
Gündəm
07 Oktyabr 11:45
Siyasət
07 Oktyabr 11:23
Siyasət
07 Oktyabr 11:22
Gündəm
07 Oktyabr 11:19
Siyasət
07 Oktyabr 11:11
Analitik
07 Oktyabr 10:58
MEDİA
07 Oktyabr 10:56
Gündəm
07 Oktyabr 10:54
Siyasət
07 Oktyabr 10:25
Siyasət
07 Oktyabr 10:09
Analitik
07 Oktyabr 09:42
Gündəm
07 Oktyabr 09:35
Analitik
07 Oktyabr 09:17
Sosial
07 Oktyabr 08:53
Sosial
07 Oktyabr 08:30
Gündəm
07 Oktyabr 08:11
İqtisadiyyat
06 Oktyabr 23:53
Dünya
06 Oktyabr 23:23
YAP xəbərləri
06 Oktyabr 23:04
YAP xəbərləri
06 Oktyabr 22:59
Dünya
06 Oktyabr 22:24
Dünya
06 Oktyabr 21:42
Dünya
06 Oktyabr 21:09
Dünya
06 Oktyabr 20:22
İqtisadiyyat
06 Oktyabr 20:07
Dünya
06 Oktyabr 19:59
Dünya
06 Oktyabr 19:41
Dünya
06 Oktyabr 18:14
Dünya
06 Oktyabr 17:30
Gündəm
06 Oktyabr 16:20
Dünya
06 Oktyabr 16:20
Siyasət
06 Oktyabr 16:15

