Qaradağ rayonunda 600-dən yüksək bal toplayan 48 abituriyentlə görüş keçirilib
14.09.2026 [22:29]
14 sentyabr 2026-cı il tarixində Qaradağ Rayon İcra Hakimiyyətində rayon ərazisində fəaliyyət göstərən tam ümumtəhsil məktəblərinin ali məktəblərə qəbul imtahanlarında 600-dən yüksək bal toplamış məzunları ilə görüş keçirilib.
Görüşdə Qaradağ Rayon İcra Hakimiyyəti başçısının səlahiyyətlərini icra edən, başçının birinci müavini Emil Abbasov, Yeni Azərbaycan Partiyası Qaradağ rayon təşkilatının sədri İlqar İlyasov, Qərbi Azərbaycan İcmasının Qaradağ Rayon təşkilatı sədrinin müavini İbad Mehdiyev, rayon icra hakimiyyətinin məsul əməkdaşları, 600-dən yüksək bal toplayaraq tələbə adını qazanan 48 nəfər abituriyent, onların valideynləri və ümumtəhsil məktəblərinin nümayəndələri iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan Emil Abbasov gəncləri ali məktəblərə qəbul olaraq tələbə adını qazanmaları münasibətilə təbrik edib, onların yüksək nəticə əldə etməsini böyük zəhmətin, məqsədyönlü hazırlığın və əzmkarlığın nəticəsi kimi qiymətləndirib.
Emil Abbasov Ulu Öndər Heydər Əliyevin Azərbaycanda təhsilin inkişafına, gənc nəslin yüksək səviyyədə yetişdirilməsinə və savadlı, intellektual kadrların hazırlanmasına hər zaman xüsusi əhəmiyyət verdiyini vurğulayıb. O qeyd edib ki, Heydər Əliyevin müəyyən etdiyi dövlət təhsil siyasəti bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Ölkəmizdə təhsilin maddi-texniki bazasının möhkəmləndirilməsi, müasir məktəblərin tikilməsi, gənclərin bilik və bacarıqlarının inkişaf etdirilməsi istiqamətində həyata keçirilən ardıcıl tədbirlər bunun bariz nümunəsidir.
Bildirmişdir ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən dövlət gənclər siyasətinin əsas istiqamətlərindən biri gənclərin hərtərəfli inkişafına, onların keyfiyyətli təhsil almasına və ölkənin gələcək inkişafında fəal iştirak etməsinə geniş imkanlar yaradılmasıdır. Bu gün yüksək bal toplayan 48 abituriyentin uğuru da gənclərə yaradılan imkanlardan onların səmərəli istifadə etmələrinin göstəricisidir.
Birinci vitse-prezident Mehriban xanım Əliyevanın da təhsil, mədəniyyət və gənclərin inkişafı sahəsində həyata keçirdiyi çoxsaylı layihə və təşəbbüslərin əhəmiyyətinə toxunan Emil Abbasov qeyd edib ki, gənclərin savadlı, dünyagörüşlü və cəmiyyət üçün faydalı şəxsiyyət kimi formalaşması dövlətimizin daim diqqət mərkəzində olan məsələlərdəndir.
O, abituriyentlərə müraciət edərək bildirib ki, 600-dən yüksək bal toplamaq böyük uğurdur, lakin bu nəticə gənclərin qarşısında yeni və daha böyük məqsədlər qoyur. Tələbəlik illərində əldə etdikləri bilikləri daim artırmalarını, seçdikləri ixtisas üzrə peşəkar mütəxəssis kimi formalaşmalarını, ölkəmizin inkişafına və cəmiyyətimizin tərəqqisinə öz töhfələrini vermələrini arzulayıb.
Sonra çıxış edən YAP Qaradağ rayon təşkilatının sədri İlqar İlyasov da yüksək nəticə göstərən abituriyentləri təbrik edib.
İlqar İlyasov çıxışında Ulu Öndər Heydər Əliyevin “Azərbaycanın gələcəyi gənclərdən asılıdır” prinsipinə əsaslanan dövlət gənclər siyasətinin bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini qeyd edib. Bildirib ki, ölkənin gələcəyi məhz yüksək bilik və bacarıqlara malik, vətənpərvər və fəal gənclərin yetişməsindən asılıdır.
İlqar İlyasov vurğulayıb ki, Qaradağ rayonunun ümumtəhsil məktəblərindən 48 abituriyentin 600-dən yüksək bal toplaması rayon təhsilinin inkişafının və müəllimlərin, valideynlərin, şagirdlərin birgə əməyinin mühüm göstəricisidir. Bu nəticə eyni zamanda digər məktəblilər üçün də böyük stimul və nümunədir.
O, gənclərə müraciət edərək qeyd edib ki, qarşıda onları yeni imkanlar və məsuliyyətli həyat mərhələsi gözləyir. Ali məktəbdə əldə edəcəkləri bilikləri gələcək fəaliyyətlərində uğurla tətbiq etmələri, Azərbaycanın inkişafına layiqli töhfə vermələri və ölkəmizin adını beynəlxalq səviyyədə yüksəkdə tutmaları əsas məqsədlərdən biri olmalıdır.
İbad Mehdiyev də çıxış edərək bildirmişdir ki, ölkəmizdə əsası Ümummilli Liderimiz Heydər Əliyev tərəfindən qoyulmuş və bu gün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilən milli təhsil quruculuğu və islahatları öz töhfəsini verməkdədir. O, abituriyentlərə seçdikləri ixtisaslar üzrə uğurlar arzulayıb, bundan sonrakı təhsil həyatlarında da yüksək nəticələr əldə etmələrini diləyib.
Tədbirin sonunda 600-dən yüksək bal toplayaraq yüksək nəticə göstərən 48 nəfər abituriyentə xüsusi diplomlar və hədiyyələr təqdim olunub.
Sonda yüksək nəticə göstərən gənclərlə xatirə fotosu çəkdirilib.
Tələbə adını qazanan bütün gəncləri bir daha təbrik edir, onlara möhkəm can sağlığı, təhsildə uğurlar, seçdikləri ixtisaslarda yüksək nailiyyətlər və gələcək fəaliyyətlərində böyük müvəffəqiyyətlər arzulayırıq.
Xəbər lenti
Hamısına baxElm
07 Oktyabr 23:29
Dünya
07 Oktyabr 22:46
İqtisadiyyat
07 Oktyabr 22:03
Dünya
07 Oktyabr 21:30
Dünya
07 Oktyabr 20:57
Dünya
07 Oktyabr 20:33
Dünya
07 Oktyabr 19:57
Dünya
07 Oktyabr 19:14
Dünya
07 Oktyabr 18:43
Hadisə
07 Oktyabr 18:22
Dünya
07 Oktyabr 17:45
Dünya
07 Oktyabr 17:19
Elm
07 Oktyabr 16:32
İqtisadiyyat
07 Oktyabr 16:30
YAP xəbərləri
07 Oktyabr 16:26
Hadisə
07 Oktyabr 16:13
Siyasət
07 Oktyabr 16:12
Siyasət
07 Oktyabr 16:12
Siyasət
07 Oktyabr 16:11
Siyasət
07 Oktyabr 16:11
Gündəm
07 Oktyabr 15:38
Sosial
07 Oktyabr 15:18
Siyasət
07 Oktyabr 15:05
Siyasət
07 Oktyabr 15:04
İqtisadiyyat
07 Oktyabr 14:21
Sosial
07 Oktyabr 14:07
Siyasət
07 Oktyabr 13:30
Siyasət
07 Oktyabr 13:07
Siyasət
07 Oktyabr 12:50
Siyasət
07 Oktyabr 12:49
Sosial
07 Oktyabr 12:29
YAP xəbərləri
07 Oktyabr 12:25
Siyasət
07 Oktyabr 12:24
Siyasət
07 Oktyabr 12:12
Siyasət
07 Oktyabr 12:10
Siyasət
07 Oktyabr 12:09
YAP xəbərləri
07 Oktyabr 11:46
YAP xəbərləri
07 Oktyabr 11:45
Gündəm
07 Oktyabr 11:45
Siyasət
07 Oktyabr 11:23
Siyasət
07 Oktyabr 11:22
Gündəm
07 Oktyabr 11:19
Siyasət
07 Oktyabr 11:11
Analitik
07 Oktyabr 10:58
MEDİA
07 Oktyabr 10:56
Gündəm
07 Oktyabr 10:54
Siyasət
07 Oktyabr 10:25
Siyasət
07 Oktyabr 10:09
Analitik
07 Oktyabr 09:42
Gündəm
07 Oktyabr 09:35
Analitik
07 Oktyabr 09:17
Sosial
07 Oktyabr 08:53
Sosial
07 Oktyabr 08:30
Gündəm
07 Oktyabr 08:11
İqtisadiyyat
06 Oktyabr 23:53
Dünya
06 Oktyabr 23:23
YAP xəbərləri
06 Oktyabr 23:04
YAP xəbərləri
06 Oktyabr 22:59
Dünya
06 Oktyabr 22:24
Dünya
06 Oktyabr 21:42
Dünya
06 Oktyabr 21:09
Dünya
06 Oktyabr 20:22
İqtisadiyyat
06 Oktyabr 20:07
Dünya
06 Oktyabr 19:59
Dünya
06 Oktyabr 19:41
Dünya
06 Oktyabr 18:14
Dünya
06 Oktyabr 17:30
Gündəm
06 Oktyabr 16:20
Dünya
06 Oktyabr 16:20
Siyasət
06 Oktyabr 16:15

