YAP zəngin inkişaf yolu keçib
15.09.2026 [15:30]
Sentyabrın 15-də Yeni Azərbaycan Partiyası (YAP) Beyləqan rayon təşkilatının XII konfransı keçirilib.
Əvvəlcə xalqımızın Ümummilli Lideri Heydər Əliyevin abidəsi ziyarət edilib, önünə gül dəstələri düzülüb.
Tədbirdə Ulu Öndər Heydər Əliyevin, ölkəmizin ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçmiş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla anılıb. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Konfransda YAP Beyləqan rayon təşkilatının sədri Müşfiq Səfərov hesabat məruzəsi ilə çıxış edib. O bildirib ki, müasir müstəqil Azərbaycan Prezident, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyevin rəhbərliyi ilə möhtəşəm uğurlara imza atır. Müxtəlif sahələrdə həyata keçirilən islahatlar, Azərbaycanın təşəbbüsü ilə reallaşdırılan beynəlxalq əhəmiyyətli layihələr ölkəmizin daha da güclənməsinə, iqtisadi və siyasi mövqelərinin möhkəmlənməsinə mühüm töhfə verir.
Beyləqan Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 2020-ci ildə Vətən müharibəsində qazanılmış Qələbə və 2023-cü ildə keçirilmiş lokal xarakterli antiterror tədbirləri ilə ölkəmizin suverenliyinin tam bərpa edildiyini vurğulayıb. O qeyd edib ki, aparılan bərpa və quruculuq işləri ilə işğaldan azad olunmuş ərazilərimiz yenidən canlanır.
YAP İdarə Heyətinin üzvü, Milli Məclisin Gənclər və idman komitəsinin sədri Şahin İsmayılov vurğulayıb ki, partiyanın milli maraqlara əsaslanan siyasi mövqeyi ölkənin davamlı inkişafına və dövlətçilik ənənələrinin möhkəmləndirilməsinə xidmət edir. O həmçinin qeyd edib ki, YAP Beyləqan rayon təşkilatı hesabat dövründə fəallığı ilə seçilib, qarşıya qoyulan vəzifələrin icrasında partiya üzvlərinin birgə fəaliyyəti mühüm rol oynayıb.
Rayon Ağsaqqallar Şurasının sədri, partiya veteranı Etibar İmanov qeyd edib ki, Azərbaycan xalqı tarixi Zəfərlərin qürurunu və sevincini yaşayır. Bu möhtəşəm nailiyyətlərin əldə olunmasında Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu və bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla fəaliyyət göstərən Yeni Azərbaycan Partiyasının mühüm rolu var.
YAP Mərkəzi Aparatın məsul əməkdaşı Fəsli Nəbiyev Yeni Azərbaycan Partiyasının milli maraqlara əsaslanan siyasi xəttindən, dövlətçilik ənənələrinin qorunub möhkəmləndirilməsindəki mühüm rolundan danışıb. Qeyd olunub ki, partiya ötən illər ərzində cəmiyyətin böyük etimadını qazanıb və bu etimadı ardıcıl, məqsədyönlü fəaliyyəti ilə doğruldub.
Konfransda YAP Beyləqan rayon təşkilatının hesabat dövrü ərzindəki fəaliyyəti qənaətbəxş qiymətləndirilib və Yeni Azərbaycan Partiyasının VIII qurultayına nümayəndələr seçilib.
Sonda Yeni Azərbaycan Partiyasının Himni səsləndirilib.
Xəbər lenti
Hamısına baxAnalitik
07 Oktyabr 09:42
07 Oktyabr 09:35
Analitik
07 Oktyabr 09:17
Sosial
07 Oktyabr 08:53
Sosial
07 Oktyabr 08:30
07 Oktyabr 08:11
İqtisadiyyat
06 Oktyabr 23:53
Dünya
06 Oktyabr 23:23
YAP xəbərləri
06 Oktyabr 23:04
YAP xəbərləri
06 Oktyabr 22:59
Dünya
06 Oktyabr 22:24
Dünya
06 Oktyabr 21:42
Dünya
06 Oktyabr 21:09
Dünya
06 Oktyabr 20:22
İqtisadiyyat
06 Oktyabr 20:07
Dünya
06 Oktyabr 19:59
Dünya
06 Oktyabr 19:41
Dünya
06 Oktyabr 18:14
Dünya
06 Oktyabr 17:30
Gündəm
06 Oktyabr 16:20
Dünya
06 Oktyabr 16:20
Siyasət
06 Oktyabr 16:15
Elanlar
06 Oktyabr 16:15
Siyasət
06 Oktyabr 16:14
Siyasət
06 Oktyabr 16:12
Siyasət
06 Oktyabr 16:12
Gündəm
06 Oktyabr 16:11
YAP xəbərləri
06 Oktyabr 15:53
Siyasət
06 Oktyabr 15:52
YAP xəbərləri
06 Oktyabr 15:49
Sosial
06 Oktyabr 15:41
Dünya
06 Oktyabr 15:39
Siyasət
06 Oktyabr 15:23
Siyasət
06 Oktyabr 15:22
Siyasət
06 Oktyabr 15:10
YAP xəbərləri
06 Oktyabr 14:25
YAP xəbərləri
06 Oktyabr 14:22
Dünya
06 Oktyabr 14:18
YAP xəbərləri
06 Oktyabr 13:35
İdman
06 Oktyabr 13:32
YAP xəbərləri
06 Oktyabr 13:10
Siyasət
06 Oktyabr 13:07
Gündəm
06 Oktyabr 12:51
Siyasət
06 Oktyabr 12:32
Sosial
06 Oktyabr 12:27
İqtisadiyyat
06 Oktyabr 12:12
Hadisə
06 Oktyabr 12:11
Xəbər lenti
06 Oktyabr 12:10
İqtisadiyyat
06 Oktyabr 12:09
Siyasət
06 Oktyabr 11:58
YAP xəbərləri
06 Oktyabr 11:43
Müsahibə
06 Oktyabr 11:23
YAP xəbərləri
06 Oktyabr 11:22
YAP xəbərləri
06 Oktyabr 11:20
İqtisadiyyat
06 Oktyabr 10:47
Siyasət
06 Oktyabr 10:14
Analitik
06 Oktyabr 09:40
Analitik
06 Oktyabr 09:22
Sosial
06 Oktyabr 08:52
Sosial
06 Oktyabr 08:37
Gündəm
06 Oktyabr 08:10
Dünya
06 Oktyabr 00:14
Dünya
05 Oktyabr 23:58
Dünya
05 Oktyabr 23:32
Dünya
05 Oktyabr 22:47
Dünya
05 Oktyabr 22:22
Siyasət
05 Oktyabr 22:14
Dünya
05 Oktyabr 21:57
Dünya
05 Oktyabr 21:24
Xarici siyasət
05 Oktyabr 21:10

