Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Dünya / Konqoda Ebola virusuna yoluxanların sayı 7200-ü ötüb

Konqoda Ebola virusuna yoluxanların sayı 7200-ü ötüb

15.09.2026 [21:59]

Konqo Demokratik Respublikasında Ebola virusuna 7258 təsdiqlənmiş yoluxma halı qeydə alınıb. Epidemiyanın ümumi azalma tendensiyasına baxmayaraq, bəzi əyalətlərdə yoluxma halları artmaqda davam edir.

AZƏRTAC Sinxua informasiya agentliyinə istinadla xəbər verir ki, indiyədək 3510 nəfər xəstəlikdən ölüb, 1726 nəfər sağalıb. Hazırda 905 xəstə xəstəxanada müalicə olunur. Ölüm nisbəti 48,4 faizdir.

Qeyd edilib ki, epidemiya ölkənin yeddi əyalətində 62 sağlamlıq zonasını əhatə edib. Xüsusilə Şimali Kivu, İturi və Haut-Uele əyalətlərində yoluxma davam edir.

Milli Səhiyyə İnstitutu epidemiyanın ümumi dinamikasının aşağıya doğru olduğunu, lakin azalma prosesinin əyalətlər üzrə qeyri-bərabər getdiyini bildirib.

Xatırladaq ki, may ayında başlayan hazırkı epidemiya KDR tarixində ən böyük və ölümcül Ebola epidemiyası hesab olunur.

Paylaş:
Baxılıb: 13 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xalqın seçimidir

15 Sentyabr 15:02  

Sosial

Bakı azadlığına qovuşdu

15 Sentyabr 10:43  

Gündəm

Qarabağa qürur səfəri

15 Sentyabr 09:48  

Analitik

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30