Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Dünya / Alimlər qəribə nəticəyə gəldilər: çox isti çay və qəhvə xərçəng riskini artıra bilər

Alimlər qəribə nəticəyə gəldilər: çox isti çay və qəhvə xərçəng riskini artıra bilər

10.09.2026 [19:17]

Təxminən bir milyon insanın məlumatlarının təhlili çox isti içkilərin müntəzəm qəbulunun qida borusu xərçənginin müəyyən növü ilə əlaqəli ola biləcəyini göstərib.

Lent.az xəbər verir ki, bu barədə “The Guardian“ məlumat yayıb.

Oksford Universitetinin rəhbərlik etdiyi araşdırmada təxminən 980 min insanın məlumatları 14 il ərzində izlənilib.

Nəticələrə görə, xüsusilə çox isti çay və ya qəhvə içənlərdə qida borusunun yastıhüceyrəli xərçəngi riski daha yüksək olub. Alimlər ehtimal edirlər ki, yüksək temperatur qida borusunun selikli qişasına təkrar zərər verə bilər.

Mütəxəssislər çay və qəhvədən imtina etməyi deyil, içkini rahat içilə biləcək temperatura qədər soyutmağı məsləhət görürlər.

Paylaş:
Baxılıb: 21 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

İqtisadiyyat

Analitik

İqtisadiyyat

Sosial

MEDİA

YAP xəbərləri

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30