Renoir muzeyində oğurluq: 9 milyon avroluq zərər, iki rəsm hələ də tapılmayıb
09.09.2026 [12:50]
Fransanın Kanya-sür-Mer şəhərində yerləşən Renoir muzeyi sentyabrın 8-də qarət edilib. Soyğunçular muzeyə zorla daxil olaraq dörd rəsm əsərini oğurlayıblar. Lakin qaçarkən əsərlərdən ikisini bağçada atıblar. Hadisə ilə bağlı mütəşəkkil dəstə tərəfindən oğurluq və cinayət törətmək məqsədilə cinayətkar birliyin yaradılması ittihamları üzrə araşdırma başlanıb.
AZƏRTAC xəbər verir ki, ilkin məlumata görə, muzeyin siqnalizasiya sistemi saat 05:48-də işə düşüb. Beş dəqiqə sonra bələdiyyə polisi hadisə yerinə çatıb. Təhlükəsizlik kameralarında iki şəxsin muzeydən əsərləri çıxardığı qeydə alınıb. Soyğunçular villanın hasarını metal mişarla kəsib, rəsmlərin bərkidildiyi hissələri də mişarlayıblar. Pəncərələrdən birinin şüşəsi də zədələnib.
Muzeydən “Coco lisant”, “Portrait de Madame Stephen Pichon”, “Portrait de Madame Colonna Romano” və “Jeune Femme au puits” adlı dörd əsər oğurlanıb. Onlardan “Coco lisant” və “Portrait de Madame Stephen Pichon” muzeyin bağçasında tapılıb. Digər iki əsər – “Portrait de Madame Colonna Romano” və “Jeune Femme au puits” isə hələ də axtarılır. Dörd əsərin ümumi dəyəri təxminən 9 milyon avro qiymətləndirilir.
Hadisə Fransadakı muzeylərin təhlükəsizliyi ilə bağlı narahatlıqları yenidən gündəmə gətirib. Bu oğurluqdan təxminən bir il əvvəl Luvr muzeyində baş vermiş və zərəri 88 milyon avro qiymətləndirilən böyük qarətdən sonra mədəni irsin qorunması məsələsi xüsusilə diqqət mərkəzindədir.
Mədəniyyət Nazirliyi iyul ayında muzeylərdə oğurluqların qarşısının alınması üçün 33 tədbirdən ibarət plan təqdim edib. Planda, xüsusilə, ən həssas eksponatların təhlükəsiz şəraitdə müvəqqəti qorunması və muzeylərin təhlükəsizlik sistemlərinin gücləndirilməsi tövsiyə olunur.
Renoir muzeyi isə araşdırma başa çatanadək ictimaiyyət üçün bağlı qalacaq.
Xəbər lenti
Hamısına baxDünya
07 Oktyabr 19:14
Dünya
07 Oktyabr 18:43
Hadisə
07 Oktyabr 18:22
Dünya
07 Oktyabr 17:45
Dünya
07 Oktyabr 17:19
Elm
07 Oktyabr 16:32
İqtisadiyyat
07 Oktyabr 16:30
YAP xəbərləri
07 Oktyabr 16:26
Hadisə
07 Oktyabr 16:13
Siyasət
07 Oktyabr 16:12
Siyasət
07 Oktyabr 16:12
Siyasət
07 Oktyabr 16:11
Siyasət
07 Oktyabr 16:11
Gündəm
07 Oktyabr 15:38
Sosial
07 Oktyabr 15:18
Siyasət
07 Oktyabr 15:05
Siyasət
07 Oktyabr 15:04
İqtisadiyyat
07 Oktyabr 14:21
Sosial
07 Oktyabr 14:07
Siyasət
07 Oktyabr 13:30
Siyasət
07 Oktyabr 13:07
Siyasət
07 Oktyabr 12:50
Siyasət
07 Oktyabr 12:49
Sosial
07 Oktyabr 12:29
YAP xəbərləri
07 Oktyabr 12:25
Siyasət
07 Oktyabr 12:24
Siyasət
07 Oktyabr 12:12
Siyasət
07 Oktyabr 12:10
Siyasət
07 Oktyabr 12:09
YAP xəbərləri
07 Oktyabr 11:46
YAP xəbərləri
07 Oktyabr 11:45
Gündəm
07 Oktyabr 11:45
Siyasət
07 Oktyabr 11:23
Siyasət
07 Oktyabr 11:22
Gündəm
07 Oktyabr 11:19
Siyasət
07 Oktyabr 11:11
Analitik
07 Oktyabr 10:58
MEDİA
07 Oktyabr 10:56
Gündəm
07 Oktyabr 10:54
Siyasət
07 Oktyabr 10:25
Siyasət
07 Oktyabr 10:09
Analitik
07 Oktyabr 09:42
Gündəm
07 Oktyabr 09:35
Analitik
07 Oktyabr 09:17
Sosial
07 Oktyabr 08:53
Sosial
07 Oktyabr 08:30
Gündəm
07 Oktyabr 08:11
İqtisadiyyat
06 Oktyabr 23:53
Dünya
06 Oktyabr 23:23
YAP xəbərləri
06 Oktyabr 23:04
YAP xəbərləri
06 Oktyabr 22:59
Dünya
06 Oktyabr 22:24
Dünya
06 Oktyabr 21:42
Dünya
06 Oktyabr 21:09
Dünya
06 Oktyabr 20:22
İqtisadiyyat
06 Oktyabr 20:07
Dünya
06 Oktyabr 19:59
Dünya
06 Oktyabr 19:41
Dünya
06 Oktyabr 18:14
Dünya
06 Oktyabr 17:30
Gündəm
06 Oktyabr 16:20
Dünya
06 Oktyabr 16:20
Siyasət
06 Oktyabr 16:15
Elanlar
06 Oktyabr 16:15
Siyasət
06 Oktyabr 16:14
Siyasət
06 Oktyabr 16:12
Siyasət
06 Oktyabr 16:12
Gündəm
06 Oktyabr 16:11
YAP xəbərləri
06 Oktyabr 15:53
Siyasət
06 Oktyabr 15:52

