/ / “Bakı İqlim Fəaliyyəti Həftəsi 2026” çərçivəsində qlobal iqlim liderliyinin inkişafı müzakirə olunub
“Bakı İqlim Fəaliyyəti Həftəsi 2026” çərçivəsində qlobal iqlim liderliyinin inkişafı müzakirə olunub
09.09.2026 [12:13]
“Bakı İqlim Fəaliyyəti Həftəsi 2026” çərçivəsində Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə “COP31-dən sonrakı iqlim liderliyi: Tərəfdaşlıq vasitəsilə icranın təmin edilməsi” mövzusunda yüksəksəviyyəli dəyirmi masa keçirilib.
AZƏRTAC xəbər verir ki, artıq ikinci ildir, Bakı İqlim Fəaliyyəti Həftəsi ilə əməkdaşlıq edən mərkəz bu il də iqlim sahəsində beynəlxalq dialoqun və tərəfdaşlığın gücləndirilməsinə töhfə verir.
COP31-ə hazırlıq çərçivəsində keçirilən dəyirmi masada son onillikdə qlobal iqlim liderliyinin inkişafı və Paris Sazişindən sonra əldə edilən təcrübə müzakirə olunub. İştirakçılar dəyişən geosiyasi şəraitin beynəlxalq iqlim əməkdaşlığına təsiri, iqlim öhdəliklərinin konkret fəaliyyətə çevrilməsi və yeni tərəfdaşlıq imkanları ətrafında fikir mübadiləsi aparıblar.
Tədbirin açılış sessiyasında Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədri, Latviyanın sabiq Prezidenti Vayra Vike-Frayberqa, COP29-un prezidenti, Azərbaycan Respublikası Prezidentinin iqlim məsələləri üzrə nümayəndəsi Muxtar Babayev və Türkiyə Böyük Millət Məclisinin Ətraf mühit komitəsinin sədri Mehmet Qalib Ensarioğlu çıxış ediblər.
Panel müzakirəsində isə COP29-un yüksəksəviyyəli iqlim çempionu, Milli Məclisin deputatı Nigar Arpadarai, COP31 İqlim üzrə Yüksək Səviyyəli Çempionlarının baş müşaviri Kristian Mensah, “Fortescue” şirkətinin İdarə Heyətinin üzvü, “ExxonMobil”in sabiq vitse-prezidenti və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin İdarə Heyətinin üzvü Cin Baderşnayder, Nizami Gəncəvi Beynəlxalq Mərkəzin həmsədri, Dünya Bankının sabiq vitse-prezidenti İsmail Serageldin, BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi Dmitri Şlapaçenko, Bosniya və Herseqovinanın BMT-dəki daimi nümayəndəsi, ölkənin sabiq Baş naziri Zlatko Laqumdziya, Millətlər Birliyinin sabiq Baş katibi, Böyük Britaniya Lordlar Palatasının üzvü Patrisia Skotland, Özbəkistanda Dayanıqlı İnkişaf Mərkəzinin rəhbəri Saida Safayeva, “Baker Hughes” şirkətinin Avropa və MDB üzrə vitse-prezidenti Yelena Akoltseva, Ərəb Liqasının sabiq Baş katibi və Misirin sabiq xarici işlər naziri Əmr Musa, Belçikanın sabiq Baş naziri İv Leterm, eləcə də COP29-un Gənclər üzrə İqlim Çempionu Leyla Həsənova iştirak ediblər.
Panel zamanı geosiyasi dəyişikliklərin beynəlxalq iqlim əməkdaşlığına təsiri, enerji təhlükəsizliyi, iqtisadi rəqabətlilik, səhiyyə, ərzaq sistemləri, texnologiya və dayanıqlı inkişaf məsələləri müzakirə olunub. Eyni zamanda, hökumətlər, beynəlxalq təşkilatlar, maliyyə institutları, biznes və vətəndaş cəmiyyəti arasında əməkdaşlığın gücləndirilməsi, iqlim öhdəliklərinin konkret nəticələrə çevrilməsi və COP31-ə gedən yolda icranın sürətləndirilməsi istiqamətində fikir mübadiləsi aparılıb.
Xəbər lenti
Hamısına baxDünya
07 Oktyabr 19:57
Dünya
07 Oktyabr 19:14
Dünya
07 Oktyabr 18:43
Hadisə
07 Oktyabr 18:22
Dünya
07 Oktyabr 17:45
Dünya
07 Oktyabr 17:19
Elm
07 Oktyabr 16:32
İqtisadiyyat
07 Oktyabr 16:30
YAP xəbərləri
07 Oktyabr 16:26
Hadisə
07 Oktyabr 16:13
Siyasət
07 Oktyabr 16:12
Siyasət
07 Oktyabr 16:12
Siyasət
07 Oktyabr 16:11
Siyasət
07 Oktyabr 16:11
Gündəm
07 Oktyabr 15:38
Sosial
07 Oktyabr 15:18
Siyasət
07 Oktyabr 15:05
Siyasət
07 Oktyabr 15:04
İqtisadiyyat
07 Oktyabr 14:21
Sosial
07 Oktyabr 14:07
Siyasət
07 Oktyabr 13:30
Siyasət
07 Oktyabr 13:07
Siyasət
07 Oktyabr 12:50
Siyasət
07 Oktyabr 12:49
Sosial
07 Oktyabr 12:29
YAP xəbərləri
07 Oktyabr 12:25
Siyasət
07 Oktyabr 12:24
Siyasət
07 Oktyabr 12:12
Siyasət
07 Oktyabr 12:10
Siyasət
07 Oktyabr 12:09
YAP xəbərləri
07 Oktyabr 11:46
YAP xəbərləri
07 Oktyabr 11:45
Gündəm
07 Oktyabr 11:45
Siyasət
07 Oktyabr 11:23
Siyasət
07 Oktyabr 11:22
Gündəm
07 Oktyabr 11:19
Siyasət
07 Oktyabr 11:11
Analitik
07 Oktyabr 10:58
MEDİA
07 Oktyabr 10:56
Gündəm
07 Oktyabr 10:54
Siyasət
07 Oktyabr 10:25
Siyasət
07 Oktyabr 10:09
Analitik
07 Oktyabr 09:42
Gündəm
07 Oktyabr 09:35
Analitik
07 Oktyabr 09:17
Sosial
07 Oktyabr 08:53
Sosial
07 Oktyabr 08:30
Gündəm
07 Oktyabr 08:11
İqtisadiyyat
06 Oktyabr 23:53
Dünya
06 Oktyabr 23:23
YAP xəbərləri
06 Oktyabr 23:04
YAP xəbərləri
06 Oktyabr 22:59
Dünya
06 Oktyabr 22:24
Dünya
06 Oktyabr 21:42
Dünya
06 Oktyabr 21:09
Dünya
06 Oktyabr 20:22
İqtisadiyyat
06 Oktyabr 20:07
Dünya
06 Oktyabr 19:59
Dünya
06 Oktyabr 19:41
Dünya
06 Oktyabr 18:14
Dünya
06 Oktyabr 17:30
Gündəm
06 Oktyabr 16:20
Dünya
06 Oktyabr 16:20
Siyasət
06 Oktyabr 16:15
Elanlar
06 Oktyabr 16:15
Siyasət
06 Oktyabr 16:14
Siyasət
06 Oktyabr 16:12
Siyasət
06 Oktyabr 16:12
Gündəm
06 Oktyabr 16:11
YAP xəbərləri
06 Oktyabr 15:53

