Yeni Azərbaycan Partiyasının fəaliyyəti milli maraqlara əsaslanır
08.09.2026 [17:01]
Sentyabrın 8-də Yeni Azərbaycan Partiyası (YAP) Laçın rayon təşkilatının XII konfransı keçirilib.
Əvvəlcə xalqımızın Ümummilli Lideri Heydər Əliyevin abidəsi ziyarət edilib, abidənin önünə gül dəstələri düzülüb.
Tədbirdə Ulu Öndər Heydər Əliyevin, ölkəmizin ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçmiş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla anılıb. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Konfransda hesabat məruzəsi ilə çıxış edən YAP Laçın rayon təşkilatının sədr müavini Şamo Qasımov Yeni Azərbaycan Partiyasının 34 illik fəaliyyəti ərzində zəngin və şərəfli yol keçdiyini, öz siyasi xətti və fəaliyyəti ilə xalqın partiyasına çevrildiyini bildirib. Qeyd olunub ki, YAP Laçın rayon təşkilatı partiyanın ilk gündən formalaşan rayon strukturlarından biri kimi Laçının işğal altında olduğu dövrdə də fəaliyyətini uğurla davam etdirib. Laçının işğaldan azad edilməsindən sonra isə təşkilat qarşısında yeni və mühüm vəzifələr yaranıb. Hazırda rayon təşkilatı azad Laçında ictimai-siyasi proseslərin fəal iştirakçısı kimi fəaliyyətini davam etdirir. Hesabat dövründə ideoloji fəaliyyət istiqamətində Ümummilli Lider Heydər Əliyevin siyasi irsinin, azərbaycançılıq məfkurəsinin, milli dövlətçilik dəyərlərinin, eləcə də Prezident, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyevin həyata keçirdiyi siyasətin təbliğinə xüsusi diqqət yetirilib.
Konfransda çıxış edən Laçın Rayon İcra Hakimiyyətinin başçısı Aqil Nəzərli Ümummilli Lider Heydər Əliyevin Azərbaycanın dövlətçilik tarixində misilsiz xidmətlərindən danışıb. A.Nəzərli vurğulayıb ki, Heydər Əliyevin siyasi irsinin layiqli davamçısı Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan böyük uğurlar əldə edib. Tarixi Zəfərdən sonra işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən genişmiqyaslı bərpa və quruculuq işləri, o cümlədən Laçında görülən işlər Böyük Qayıdış prosesinin uğurla həyata keçirildiyini nümayiş etdirir. İcra başçısı Yeni Azərbaycan Partiyasının tarixi ilə müasir Azərbaycanın inkişaf salnaməsinin sıx bağlı olduğunu qeyd edib.
Milli Məclisin deputatı Rövşən Muradov çıxışında bildirib ki, Yeni Azərbaycan Partiyası bu gün müasir çağırışlara uyğun olaraq fəaliyyət göstərir. Deputat uğurlu gənclər siyasətinin YAP-ın siyasi dinamizminin əsas istiqamətlərindən biri olduğunu qeyd edərək Azərbaycan gənclərinin Heydər Əliyev ideyalarına və Prezident İlham Əliyevin həyata keçirdiyi siyasətə böyük dəstək verdiyini vurğulayıb. R.Muradov YAP Laçın rayon təşkilatının keçirdiyi tədbirlərin bir çoxunun azad və abad Laçın şəhərində keçirilməsinin əhəmiyyətini qeyd edib və təşkilatın fəaliyyətini yüksək qiymətləndirib.
Konfransda YAP-ın veteran üzvü Səyyaf Məmiyev, YAP Laçın rayon təşkilatının 4 saylı ərazi partiya təşkilatının sədri, Şərqi Zəngəzur Regional Mədəniyyət İdarəsinin baş məsləhətçisi Türkanə Nuruyeva və Vətən müharibəsi qazisi Cövhər Sadıqzadə də çıxış ediblər. Bildirilib ki, Yeni Azərbaycan Partiyasının fəaliyyəti milli maraqlara əsaslanır. Çıxışçlar YAP Laçın rayon təşkilatının fəaliyyətini yüksək qiymətləndirərək təşkilatın Heydər Əliyev ideyalarının, azərbaycançılıq məfkurəsinin və milli-mənəvi dəyərlərin təbliği, eləcə də partiya üzvlərinin fəallığının artırlması istiqamətində həyata keçirdiyi tədbirlərin əhəmiyyətini vurğulayıblar.
Çıxış edən YAP Mərkəzi Aparatının Təşkilat şöbəsinin baş məsləhətçisi Rəşad Abbaszadə isə Yeni Azərbaycan Partiyasının yaranmasından, 34 illik fəaliyyəti dövründə əldə etdiyi uğurlardan və qarşıda duran vəzifələrdən bəhs edib. O bildirib ki, Yeni Azərbaycan Partiyası bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə öz inkişafının yeni mərhələsini yaşayır. R.Abbaszadə YAP-ın xalqın sevgisini və etimadını qazandığını, ölkədə ictimai-siyasi sabitliyin və milli həmrəyliyin möhkəmləndirilməsində mühüm rol oynadığını qeyd edib. Natiq YAP Laçın rayon təşkilatının fəaliyyətini müsbət dəyərləndirib.
Sonra Yeni Azərbaycan Partiyasının VIII Qurultayına nümayəndələr seçilib.
Konfrans Yeni Azərbaycan Partiyasının himninin səsləndirilməsi ilə başa çatıb.
Xəbər lenti
Hamısına baxDünya
05 Oktyabr 23:58
Dünya
05 Oktyabr 23:32
Dünya
05 Oktyabr 22:47
Dünya
05 Oktyabr 22:22
Dünya
05 Oktyabr 21:57
Dünya
05 Oktyabr 21:24
Xarici siyasət
05 Oktyabr 21:10
Dünya
05 Oktyabr 21:03
Dünya
05 Oktyabr 20:47
Dünya
05 Oktyabr 20:22
Dünya
05 Oktyabr 20:00
Dünya
05 Oktyabr 19:57
Dünya
05 Oktyabr 18:09
Gündəm
05 Oktyabr 17:45
İdman
05 Oktyabr 17:43
Sosial
05 Oktyabr 17:11
İdman
05 Oktyabr 17:10
Dünya
05 Oktyabr 17:10
YAP xəbərləri
05 Oktyabr 16:59
YAP xəbərləri
05 Oktyabr 16:56
Sosial
05 Oktyabr 16:29
YAP xəbərləri
05 Oktyabr 16:19
Müsahibə
05 Oktyabr 16:17
YAP xəbərləri
05 Oktyabr 16:12
İqtisadiyyat
05 Oktyabr 16:11
İqtisadiyyat
05 Oktyabr 16:10
Sosial
05 Oktyabr 16:09
Dünya
05 Oktyabr 15:19
Siyasət
05 Oktyabr 14:48
Dünya
05 Oktyabr 14:27
Elm
05 Oktyabr 13:46
Gündəm
05 Oktyabr 12:54
Gündəm
05 Oktyabr 12:12
Gündəm
05 Oktyabr 11:01
YAP xəbərləri
05 Oktyabr 11:01
YAP xəbərləri
05 Oktyabr 11:00
Dünya
05 Oktyabr 10:58
İqtisadiyyat
05 Oktyabr 10:49
YAP xəbərləri
05 Oktyabr 10:46
Dünya
05 Oktyabr 10:45
Dünya
05 Oktyabr 10:37
Sosial
05 Oktyabr 10:30
Dünya
05 Oktyabr 10:25
Dünya
05 Oktyabr 10:22
Sosial
05 Oktyabr 10:19
İdman
05 Oktyabr 10:06
İqtisadiyyat
05 Oktyabr 10:05
İqtisadiyyat
05 Oktyabr 10:04
Dünya
05 Oktyabr 09:42
Elm
05 Oktyabr 09:37
Sosial
05 Oktyabr 09:33
İqtisadiyyat
05 Oktyabr 09:31
Dünya
05 Oktyabr 09:17
Dünya
05 Oktyabr 08:55
Dünya
05 Oktyabr 08:31
YAP xəbərləri
04 Oktyabr 21:50
Dünya
04 Oktyabr 20:43
Dünya
04 Oktyabr 19:30
Dünya
04 Oktyabr 18:19
Dünya
04 Oktyabr 17:37
Dünya
04 Oktyabr 16:22
Dünya
04 Oktyabr 15:18
Dünya
04 Oktyabr 14:45
Dünya
04 Oktyabr 13:32
Dünya
04 Oktyabr 12:20
Dünya
04 Oktyabr 11:19
Dünya
04 Oktyabr 10:23
Analitik
04 Oktyabr 09:43
Sosial
04 Oktyabr 09:05
İdman
04 Oktyabr 08:45

